2010-03-11 12:32
Azərbaycanın fəxri gənci bu gün saat 18:30 da Beynəlxalq Muğam Mərkəzində mükafatlandırılacaq.
2001 – ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan gənclərinin beynəlxalq, regional və ölkədaxili səviyyədə əldə etdiyi nailiyyətləri nəzərə alaraq, istedadlı gənclərin üzə çıxarılması, onların bilik və bacarığını dövlət müstəqilliyimizin möhkəmlənməsinə və demokratik dövlət quruculuğu işlərinə yönəldilməsi, bədən tərbiyəsi və idmanın inkişafı, beynəlxalq gənclər təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, savadlı və perspektivli gənclərin Azərbaycanın milli maraqları və mənafeyi naminə xidmətlərinin daha da stimullaşdırılması və ümumilikdə gənclər işinin inkişafına tövhə vermək məqsədi ilə “Fəxri Gənc” mükafatını təsis etmişdir.
Mükafat aşağıdakı nominasiyalar üzrə qaliblərə təqdim ediləcəkdir:
“Gəncləri ən çox dəstəkləyən yerli qeyri – hökumət qurumu”
“Gəncləri ən çox dəstəkləyən dövlət qurumunun başçısı”
“Gənclərin beynəlxalq əlaqələrinin inkişafında və Mədəniyyətlərarası dialoqda göstərdiyi tövhəyə görə”
“Elm və Təhsil sahəsindəki nailiyyətlərinə görə”
“Gənclərin təşkilatlanmasında göstərilən xidmətlərə görə”
“İdman sahəsində nailiyyətlərinə görə”
“Gənclərin hərbi – vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərə görə”
“Mədəniyyət və incəsənət sahəsində nailiyyətlərə görə”
“Gəncləri ən çox dəstəkləyən biznes qurumu”
“Gənclərin sağlam həyat tərzinin maarifləndirilməsində xidmətlərinə görə”
“Gənclərə milli mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasında fərqlənən gənclər təşkilatı”
“Gənclərin hüquqlarını maarifləndirilməsi sahəsində xidmətlərinə görə”
“Fəxri Gənc” Mükafatı fiziki və hüquqi şəxslərə yuxarıda qeyd olunan nominasiyalar üzrə təqdim olunur.














