Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenko Polşanın Poznan şəhərində davam edən dünya çempionatında avqustun 20-da 500 metr məsafəyə yürüşdə iştirak edəcəklər.
2 nəfərlik qayıqda (C-2) çıxış edən Bezuqlıy – Prokopenko dueti seçmə mərhələdə mübarizəyə Bakı vaxtı ilə saat 14:53-də başlayacaqlar. Onların ilk rəqibləri Ferents Seksardi – Sebastian Marçak (Avstraliya), Boqomil İvanov – Georgi Velinov (Bolqarıstan), Qabor Seleş – David Varqa (Macarıstan), Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya), Alerio Viktor – Fortunato Pakavira (Anqola) və Knaq Do Hyunq – Kim Seon Ho (Cənubi Koreya) duetləri olacaq.
1-ci yerin sahibi birbaşa əsas finala yüksələcək. 2 – 7-ci yerləri tutanlar isə bu gün Bakı vaxtı ilə saat 18:15 və 18:20-də keçiriləcək yarımfinal yürüşündə çıxış edəcəklər. 500 metr məsafəyə final yürüşü avqustun 22-də Bakı vaxtı ilə saat 14:14-də baş tutacaq.
Qeyd edək ki, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti artıq 1000 metr məsafəyə seçmə yürüşü 1-ci pillədə tamamlayaraq, birbaşa əsas finala çıxıb. Bu məsafəyə final yürüşü avqustun 21-də Bakı vaxtı ilə saat 14:10-da olacaq.
Həmin gün Bezuqlıy – Prokopenko cütlüyü 200 metr məsafəyə seçmə və yarımfinal yürüşlərində də çıxış edəcək.














