Ministry of Youth and Sports
2012-01-17 12:16
2012-01-17 10:51
2012-01-16 15:47
2012-01-16 12:04
2012-01-12 10:55
2012-01-12 10:53
2012-01-09 17:42
2012-01-05 14:07
2012-01-05 10:39
2011-12-29 15:00
2011-12-28 17:32
2011-12-28 11:51
2011-12-27 17:30
2011-12-27 16:35
2011-12-24 14:34
2011-12-24 13:59
2011-12-23 12:28
2011-12-19 13:46
2011-12-17 15:17
2011-12-16 21:05
XƏBƏRLƏR
2010-08-20 16:56
Azərbaycanın kanoeçi dueti daha bir məsafəyə yürüşdə finala çıxdı

Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenko Polşanın Poznan şəhərində davam edən dünya çempionatında daha bir məsafəyə yürüşdə finala çıxıblar. 2 nəfərlik qayıqda (C-2) çıxış edən Bezuqlıy – Prokopenko dueti 500 metr məsafəyə seçmə mərhələ yürüşündə də rəqib tanımayıb.

Startdaca liderliyə yiyələnən kanoeçi cütlüyümüzlə bir müddət Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) dueti birincilik uğrunda rəqabət aparıb. Lakin rumıniyalı rəqiblərini də 6,68 saniyə geridə qoyan təmsilçilərimiz finişə 1 dəqiqə 41 saniyə 423 mikrosaniyəyə çatıblar.

Bununla da seçmə mərhələ yürüşündə 1-ci yeri tutan Bezuqlıy –Prokopenko cütlüyü bu gün Bakı vaxtı ilə saat 18:15 və 18:20-də keçiriləcək yarımfinal yürüşlərində iştirak etmədən birbaşa əsas finala vəsiqə qazanıblar. 500 metr məsafəyə həlledici yürüş avqustun 22-də Bakı vaxtı ilə saat 14:14-də baş tutacaq.

Qeyd edək ki, Sergey Bezuqlıy – Maksim Prokopenko avqustun 19-da 1000 metr məsafəyə seçmə yürüşü də 1-ci pillədə tamamlayaraq, birbaşa əsas finala çıxıb. Bu məsafəyə final yürüşü avqustun 21-də Bakı vaxtı ilə saat 14:10-da olacaq. Həmin gün Bezuqlıy – Prokopenko cütlüyü 200 metr məsafəyə seçmə və yarımfinal yürüşlərində də çıxış edəcək.

Texniki nəticələr
Kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatı
2 nəfərlik kanoe qayığı (C-2)
Məsafə: 500 metr
Seçmə mərhələ

1. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) – 1:41.423
2. Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) – 1:48.103
3. Qabor Seleş – David Varqa (Macarıstan) – 1:49.387
4. Boqomil İvanov – Georgi Velinov (Bolqarıstan) – 1:50.495
5. Ferents Seksardi – Sebastian Marçak (Avstraliya) – 1:51.735
6. Knaq Do Hyunq – Kim Seon Ho (Cənubi Koreya) – 1:52.711
7. Endryu Alerio Viktor – Fortunato Pakavira (Anqola) – 2:19.651

Dünya çempionatının rəsmi saytı: kayak2010.com
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 496

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva