Ministry of Youth and Sports
2012-01-17 12:16
2012-01-17 10:51
2012-01-16 15:47
2012-01-16 12:04
2012-01-12 10:55
2012-01-12 10:53
2012-01-09 17:42
2012-01-05 14:07
2012-01-05 10:39
2011-12-29 15:00
2011-12-28 17:32
2011-12-28 11:51
2011-12-27 17:30
2011-12-27 16:35
2011-12-24 14:34
2011-12-24 13:59
2011-12-23 12:28
2011-12-19 13:46
2011-12-17 15:17
2011-12-16 21:05
XƏBƏRLƏR
2010-08-23 11:01
Dünya çempionatında ilk medal

Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb. Ölkəmizi təmsil edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 500 metr məsafəyə final yürüşündə gümüş medala sahib çıxıb.

Gərgin mübarizə şəraitində keçən həlledici yürüşdə qələbəni Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) dueti əldə edib. Onlar finişə 1 dəqiqə 40 saniyə 781 mikrosaniyəyə çatıblar. Nəticədə rumıniyalı duet 1000 metr məsafədə olduğu kimi, 500 metr məsafədə də dünya çempionu adına yiyələnib. Bezuqlıy – Prokopenko dueti isə seçmə mərhələ yürüşündə 6,68 saniyə arxada qoyduğu Dumitresku – Mixalaki cütlüyündən finalda 0,496 saniyə geridə qalıb. Daha dəqiqi, kanoeçilərimiz 1 dəqiqə 41 saniyə 277 mikrosaniyə nəticə göstəriblər. Onlar Pavel Petrov – Aleksandr Kostoqlod (Rusiya) duetini son anda 68 mikrosaniyə geridə qoymağı bacarıblar.

Bakı vaxtı ilə saat 16:29-da isə Bezuqlıy – Prokopenko dueti 200 metr məsafəyə final yürüşdə çıxış edəcək. 2-ci cığırda yer alacaq təmsilçilərimizin rəqibləri Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya), Pavel Skovronski – Pavel Baraşkeviç (Polşa), Yevgeni İqnatov - İvan Ştıl (Rusiya), Raymundas Labukas – Tomas Qadeykis (Litva), Dmitri Rabçanka – Aleksandr Vavçetski (Belarus), Roleksis Baes Avila – Sergey Torres Madriqal (Kuba), Byorn Vaeşke – Stefan Kiray (Almaniya) və Li Vey Ji Li – Hui Donq (Çin) olacaq.

Avqustun 21-də keçirilmiş 1000 metr məsafəyə final yürüşündə isə kanoeçi cütlüyümüz 5-ci yeri tutub.

Qeyd edək ki, 2 – 4 iyulda İspaniyanın Trasona şəhərində təşkil olunmuş Avropa çempionatında da Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıb.

Texniki nəticələr
Kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatı
2 nəfərlik kanoe qayığı (C-2)
Məsafə: 500 metr
Final A

1. Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) – 1:40.781
2. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) – 1:41.277
3. Pavel Petrov – Aleksandr Kostoqlod (Rusiya) – 1:41.345
4. Dmitri Rabçanka – Aleksandr Vavçetski (Belarus) – 1:41.685
5. Roman Rınkeviç – Mariuş Kruk (Polşa) – 1:42.417
6. Tomas Holl – Benjamin Russell (Kanada) – 1:43.249
7. Vitali Verxeles – Denis Kamerilov (Ukrayna) – 1:43.893
8. Gerasim Koçnev – Serik Mirbekov (Özbəkistan) – 1:44.961
9. Anton Knezis – Qatis Pranks (Latviya) – 1:45.109

Gerasim Koçnev – Serik Mirbekov (Özbəkistan), Roman Rınkeviç – Mariuş Kruk (Polşa), Vitali Verxeles – Denis Kamerilov (Ukrayna), , Dmitri Rabçanka – Aleksandr Vavçetski (Belarus), Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya), Tomas Hall – Benjamin Russell (Kanada), Anton Knezis – Qatis Pranks (Latviya)
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 496

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva