Ministry of Youth and Sports
2012-01-17 12:16
2012-01-17 10:51
2012-01-16 15:47
2012-01-16 12:04
2012-01-12 10:55
2012-01-12 10:53
2012-01-09 17:42
2012-01-05 14:07
2012-01-05 10:39
2011-12-29 15:00
2011-12-28 17:32
2011-12-28 11:51
2011-12-27 17:30
2011-12-27 16:35
2011-12-24 14:34
2011-12-24 13:59
2011-12-23 12:28
2011-12-19 13:46
2011-12-17 15:17
2011-12-16 21:05
XƏBƏRLƏR
2010-08-24 17:17
Radoslav Kutsev Sinqapur olimpiadasında kanoe slalom növündə ¼ finala yüksəldi

Azərbaycanlı avarçəkən Radoslav Kutsev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında bu gün kanoe slalom növündə mübarizəyə başlayıb. Kutsev ilk dəfə yarışdığı kanoe slalom növündə 8 ən güclünün yer aldığı ¼ finala yüksəlib. 

17 yaşlı idmançımız əvvəlcə sınaq yürüşlərində mübarizə aparıb. O, 1 dəqiqə 57,56 saniyə nəticə ilə 16 iştirakçı arasında 7-ci olub. Bundan sonra Kutsev 1-ci mərhələdə iştirak edib. Avarçəkənimizin rəqibi Edqar Babayan (Ermənistan) olub. Yığmamızın üzvü 1 dəqiqə 54,31 saniyə nəticə göstərdiyi halda, Babayan 2 dəqiqə 6,43 saniyə göstərici ilə xeyli arxada qalıb. Nəticədə Kutsev təsəlliverici yürüş sayılan 2-ci mərhələyə qatılmadan birbaşa 3-cü mərhələyə yüksəlib. Həmin mərhələdə isə slalomçumuz Patrik Sokolla (Polşa) üz-üzə gəlib. Kutsev yenə rəqibindən üstün olub. O, 1 dəqiqə 53,53 saniyə, Sokol isə 1 dəqiqə 56,59 saniyə nəticə göstərib. Beləliklə, idmançımız kanoe növündə olduğu kimi, kanoe slalomda da 4-cü mərhələyə, daha dəqiqi, ¼ finala çıxıb.

Növbəti mərhələdə təmsiçimizin rəqibi Anatoli Melnik (Ukrayna) olacaq. Yarış avqustun 25-də yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə saat 12:20-də) başlayacaq.

Qeyd edək ki, Radoslav Kutsev 21-22 avqustda kanoe növündə də çıxış edib. Kutsev ¼ finalda uduzaraq, 6-cı yeri tutub. Olimpiya çempionu adını isə onu üstələyən kubalı Kaserio Sardenas qazanıb.
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 496

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva