Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışlarına artıq start verilib. İlk olaraq AGF-nin 6 saylı nümayəndəliyinin pəhləvanları mübarizəyə başlayıb. Yevlax Uşaq Gənclər və İdman məktəbində keçirilən təsnifat yarışlarında sərbəst güləş üzrə 84, yunan-Roma güləşi üzrə 65 pəhləvan iştirak edib.
Sərbəst güləş yarışlarında İlkin Həşimov (42 kq, Yevlax), Nəcməddin Cibrayev (46 kq, Zaqatala), Qurban Ariyev (50 kq, Zaqatala), Şamil Qurbanov (54 kq, Balakən), Elçin Süleymanov (58 kq, Yevlax), Murad Ömərov (63 kq, Balakən), Röyal Mehdiyev (69 kq, Yevlax), Rüstəm Xoçperov (76 kq, Balakən), Fərhad Abbasov (85 kq, Yevlax), Beyrək Şükürlü (100 kq, Bərdə) bütün rəqiblərindən üstün olub.
Yunan-Roma güləşi yarışlarında isə Cavad Məcidzadə (42 kq, Mingəçevir), Şaban Şiriyev (46 kq, Balakən), Xalid Xalidov (50 kq, Balakən), Məhəmməd Şuxiyev (54 kq, Balakən), İsmayıl İbrahimli (58 kq, Mingəçevir), Elman Papaxov (63 kq, Balakən), Hacımurad Bağmanov (69 kq, Balakən), Samir Sevindikzadə (76 kq, Mingəçevir), Məhəmməd Bazarov (85 kq, Balakən), Hacımurad Çöpçiyev (100 kq, Balakən) fəxri kürsüdə ən yüksək pillədə qərarlaşıb.














