Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi altında nazirlik əməkdaşları və gənclər təşkilatlarının nümayəndərindən ibarət 6 nəfər tərkibda nümayəndə heyətinin qatıldığı Dünya Gənclər Konfransı 27 iyun tarixində sona çatdı.
Dünya Gənclər Konfransı 23 avqust 2010-cu il tarixlərdə Meksikanın Leon şəhərində BMT tərəfindən 12 avqust 2010-12 avqust 2011-ci il müddətində elan edilmiş Gənclər İli çərçivəsində keçirilmişdir. Konfrans BMT-nin Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNİCEF), Qadınların İnkişafı Fondu (UNİFEM) və İnkişaf Proqramının (UNDP) dəstəyi ilə Meksika Hökuməti tərəfindən keçirilir. Milli Komitə Meksikanın Xarici Əlaqələr, İctimai Təhsil Nazirlikləri və ölkənin gənclər siyasətini həyata keçirən Meksika Gənclər İnstitutu tərəfindən idarə olunur.
Dünya Gənclər Konfransının keçirilməsində əsas məqsəd – hökümət və gənclərin qeyri-hökumət təşkilatları nümayəndələrinin birgə müzakirəsi ilə beynəlxalq səviyyədə müəyyən edilmiş Minilliyin İnkişaf Məqsədlərinə (MDG) nail olmaq üçün hazırki mərhələdə gənclər sahəsinin aparıcı prioritetlərini müəyyən etmək, ölkələr və gənclər sahəsinin əsas iştirakçıları arasında əlaqələri gücləndirilməkdir.
Təşkilat Komitəsindən verilən məlumata əsasən Dünya Gənclər Forumuna bütövlükdə təxminən 110 ölkədən 3500 nəfərə qədər insan qatılıb. Bu, ölkələrin gənclər sahəsinə cavabdeh hökümət rəsmiləri və mütəxəssiləri, gənclərin qeyri-hökumət nümayəndələri, beynəlxalq təşkilatlar və elmi tədqiqat institutlarının nümayəndələri olmuşdur. Konfrans 2 hissədə təşkil edilmişdir: İctimai (gənclər) Forumu və Hökumət Forumu.
Hökumət Forumunun rəsmi açılışında Alonso Lühambia - Meksikanın Təhsil naziri və Meksika Prezidentinin Konfransda rəsmi nümayəndəsi, Priscila Vera Hernandez – Meksika Gənclər İnstitutunun Baş direktiru, BMT-nin Əhali Fondunun İcraçı direktorunun müavini – Purnima Mane, Meksikanın Quanaxuato ştatının qubernatoru və s. rəsmilər çıxış etmişlər.
Hökumət Forumu gənclər siyasətinin MDG ilə ahəng olan 11 əsas mövzu üzrə - yoxsulluq, işsizlik, təhsil, texnologiya və iinovasiya, sağlamlıq, gender bərabərliyi, davamlı inkişaf, beynəlxalq miqrasiya, qlobal əməkdaşlıq və s. Mövzular üzrə keçirilən seksiyalarda öz işini davam etmişdir. Bundan sonra keçirilən plenar iclasda Gənclər və idman nazirinin müavini İ.Babayev ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində əldə edilmiş əsas nəticələr haqqında çıxış etmişdir. Çıxışda gənclərin ictimai həyatda artan iştirakı, işsizliyin azalması, gənclərin təhsilə cəlb edilməsi və hamı üçün təhsi sahəsində əldə edilmiş nəticələr, gənclərin beynəlxalq əməkdaşlığı və gənclər təşkilatlarının iştirakının stimullaşdırılması üçün hökümət tərəfindən dəstəklənməsi məsələləri qeyd edilmişdir. Eyni zamanda Ermənistanın Azərbaycana təcavüzü haqqında iştirakçılara məlumat verilmişdir.
İkitərəfli beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə Dünya Gənclər Konfransı çərçivəsində Azərbaycan gənclər və idman nazirinin müavini İ.Babayev Meksika Gənclər İnstitutunun Baş direktoru xanım P.Hernendezlə görüş keçirmişdir. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşliğa dair niyyət protokolunun imzalanması və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.
Konfrans işini davam edir. Sonuncu gün 2010 Dünya Gənclər Konfransının Deklarasiyasının qəbul edilməsi nəzərdə tutulub.














