Olesya Zamula Ümumdünya döyüş sənəti oyunlarının qalibi olub
Qadın güləşi üzrə yığmamızın üzvü Olesya Zamula (63 kq) Pekində keçirilən birinci Ümumdünya döyüş sənəti oyunlarında uğurla çıxış edib.
Olesya Zamula ilk olaraq qrupda İspaniya təmsilçisi İren Qarsiyaya (5:0, 8:0) və Kanadalı Steysi Anakaya (2:0, 1:1) qalib gəlib, yalnız polşalı Paulina Qrabovskayaya (4:4, 1:3) məğlub olub. Buna baxmayaraq finala yüksəlib.
Finalda ABŞ nümayəndəsi Amberi Montqomeriyə (4:2, 6:0) qalib gələn Olesya Zamula qızıl medal qazanıb.














