Ministry of Youth and Sports
2012-01-17 12:16
2012-01-17 10:51
2012-01-16 15:47
2012-01-16 12:04
2012-01-12 10:55
2012-01-12 10:53
2012-01-09 17:42
2012-01-05 14:07
2012-01-05 10:39
2011-12-29 15:00
2011-12-28 17:32
2011-12-28 11:51
2011-12-27 17:30
2011-12-27 16:35
2011-12-24 14:34
2011-12-24 13:59
2011-12-23 12:28
2011-12-19 13:46
2011-12-17 15:17
2011-12-16 21:05
XƏBƏRLƏR
2010-09-06 17:45
“Yeniyetmələr arasında Sinqapur şəhərində təşkil olunmuş Yay Olimpiya oyunları bizim sizinlə olan görüşümüzü bir az yubatdı. Amma uğurlarımız üçün gözləməyə dəyərdi. ”

Gənclər və dİman nazirliyində bu gün təşkil olunmuş mətbuat konfransını nazir Azad Rəhimov bu sözlərlə başladı. Jurnalistləri salamlayan nazir ilk olaraq böyük fəxrlə Sinqapurda təşkil olunmuş yeniyetmələrin Yay Olimpiya oyunlarında Azərbaycan idmançılarının qazandığı qələbə, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin onları qəbul edib, nəticəni yüksək qiymətləndirməsini vurğuladı. Azad Rəhimov yarışın nəticəsi olaraq Azərbaycanın 51 Avropa dövlətləri arasında VI yer, 15 MDB ölkələri arasında III yer, 62 İslam dövlətləri arasında isə I yer tutduğunu qeyd etdi. 

İdman sahəsində görülən işlər haqda məlumat verən nazir 27 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini, 9-nun tikildiyini və 3- Xaçmaz, Şirvan,Göygöl OİK-in təməlinin qoyulduğunu, Mingəçevirdə Kür Olimpiya Tədris İdman Mərkəzinin açılışı olacağını, 2011-ci ildə Hovuz Kompleksinin tikintisi nəzərdə tutulduğunu, Daşkəsəndə inşa edilən Olimpiya İdman Kompleksinin profilininin dəyişdiyini, qərara əsasən Xoşbulaqda tikilən idman obyektinin Gənclər Mərkəzinə çevrildiyini”. qeyd etdi. Azad Rəhimov: “İdman sahəsində bu 8 ay ərzində ölkəmizdə 200-ə yaxın respublika səviyyəli yarış, 35 Beynəlxalq tədbirlər keçirilib, ilin sonuna kimi 10-a yaxın tədbir keçirilməsi nəzərdə tutulub. Ən mühüm tədbirlərə gəldikdə body building üzrə dünya çempionatı, Karate - Baku Open turniri, Cüdo üzrə qadınlar arasında Dünya kubokunu qeyd etmək istərdim. Bu il İdmançılarımız 250-dan çox beynəlxalq səviyyəli yarışlarda iştirak ediblər. Qazanılan ümumi medalların sayı isə 300-dən çoxdur. “
Sentyabr ayında ölkəmizdə baş tutacaq mötəbər tədbirlər sırasında Avropa Şurası İdman nazirlərinin toplantısı da xüsusi vurğulandı. Azad Rəhimov Avropa mədəniyyət konvensiyasına əsasən 50 ölkənin 30-nun qeydiyyatdan keçdiyini, 150 sayda qonağın olacağını, oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini qoruyub saxlamaq, ümumavropa idman əməkdaşlığı məsələlərini müzakirə etdirmək, məlumat və təcrübə mübadiləsini təmin etmək, idmançıların viza almaları məsələsini yüngülləşdirməyin toplantı zamanı əsas müzakirə mövzuları olacağını diqqətə çatdırdı.
Beynəlxalq əlaqələr mövzusuna da toxunan Azad Rəhimov bu il ərzində İordaniya, Küveyt, Misirlə gənclər və idman sahəsində saziş və memorandumlar imzalandığını, qarşılılqlı proqramlar çərçivəsində Koreya, Rusiya, Küveyt və İordaniyalı gənclərin azarbaycana, Azərbaycanlı gənclər bu ölkələrə səfər etdiklərini, növbəti illərdə idman və gənclər sahəsində Tunis, Liviya, Rusiya federasiyası və Mərakeş ilə Hökumətlərarası və qurumlararası sazişin imzalanacağını nəzərdə tutulduğunu söylədi.
Azad Rəhimov: “ Qədim abidələrimizdən biri olan “Səadət” sarayının bərpa işləri Gənclər və İdman Nazirliyinin İnvestisiya Proqramına daxil edilib. Düzü bunun bərpasının bizim nazirliyə niyə aid edildiyini deyə bilmərəm. Bəldə buna səbəb daim gənclərin ora nigar kəsdirməyə, ailə qurmağa gəldikləri üçün. Amma nəzərinizə çatdırım ki, hal hazırda orada Serbiyanın “Serbas” şirkəti tərəfindən çox yüksək səviyyədə bərpa təmir işləri aparılır. İki ildir bu binanın dəqiq və professional şəkildə bərpası ilə bağlı iş gedir. Aparılan əsas iş isə fundamentlə əlaqədardır. Bina üzünün, fasadının olduğu kimi qalması şərtilə bərpa edilir. Bina təmirdən sonra hətta 9 bala qədər zəlzələyə davamlı olacaq. “
Gənclər sahəsi haqda da geniş məlumat verən Gənclər və idman Naziri nazirliyin xətti ilə 40-dan artıq ümumrespublika səviyyəli gənclər tədbirlərinin keçirildiyini və bu tədbirlər vasitəsilə 60.000-dən artıq gəncin əhatə olunduğunu söylədi. Azad Rəhimov vurğuladı ki, 100-ə Azərbaycan gəncinin xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda, təlim kurslarında və festivallarda iştirakı təmin edilib. Azərbaycanda keçirilən beynəlxalq gənclər tədbirlərində isə 250-ə yaxın xarici ölkələrin gəncləri iştirak ediblər.
Azad Rəhimov: “Bu il 12 gənclər təşkilatı da qeydiyyatdan keçib. Ümumilikdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Gənclər təşkilatları ilə birgə 30 layihə icra edilib. Bu layihələr əsasən informasıia texnalogiyalarının təbliği, gənc alimlərin əsərlərinin nəşr olunması, gənclərin peşə seçiminin düzgün stimullaşdırılması, ekoloji düşərgələrin keçirilməsi, tele layihələrin hazırlanması, gənclər arasında sağlam həyat tərzinin təbliği və s. sahələri əhatə edib.İlin sonuna kimi 20-dən artıq layihənin icrası nəzərdə tutulub.”
Hal hazırda 7 (Göy-göl, Şirvan, Yevax, Balakən, Abşeron, Sabirabad, Lənkəran)gənclər evinin fəaliyyət göstərdiyini deyən nazir prossesin davam etdiyini bildirdi.
BMT tərəfindən 12 avqust 2010- 12 avqust 2011-ci ilin Gənclər ili elan olunduğunu və bu il ərzində nazirliyin həyata keçirmək arzusunda olduğu bir çox layihələrlə yanaşı, gənclərin məşğulluq mövzusunun daha prioritet olduğunu qeyd edərək: “Gənclərin məşğulluğu sahəsində -11 tədbir bu il həyata keçirilib. Ən böyük tədbir “Məzun yarmarkası” olub ki, orada da 700 vakansiya təqdim olunmuşdu. “Gənclər üçün Karyera Mərkəzi”ndə 2010-cu ilin yanvar-iyun ayları ərzində 500 nəfərdən çox gənc üçün iqtsadi fəaliyyətlərin əsaslarına dair 11 təlim kursu keçirilmişdir.” bildirdi.
Mətbuat konfransının sonunda nazir jurnalistlərin suallarını cavablandırdı.
 






AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 496

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva