DÇ-da 55, 66 və 96 kq-da yunan-Romaçılar mübarizəyə başlayır
Dünən Moskvada keçiriləcək güləş üzrə dünya çempionatının ilk gününün püşkatması keçirilib. Proqrama əsasən yarışın ilk günündə 55, 66 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Bu çəkilərdə təmsilçilərimizin ilk rəqibləri aşağıdakı kimidir:
55 kq – Elçin Əliyev – Vüqar Rəhimov (UKRAYNA)
66 kq – Vitali Rəhimov – Kumar Sunil (HİNDİSTAN)
96 kq – Səbuhi Hümbətov – Timofey Jeniçenko (BELARUSİYA)
İlkin görüşlər Bakı vaxtı ilə saat 14.00-da, final görüşləri axşam saat 20.30-da başlayacaq. Final görüşləri Türkiyənin TRT-3 kanalından canlı yayımlanacaq.














