Azərbaycanın tanınmış maliyyə qurumlarından olan və hər zaman gənclər sektoru ilə əməkdaşlığa böyük əhəmiyyət verən AGBank, dünyada ən böyük tələbə təşkilatı olan AIESEC-lə gənclərin təcrübə mübadilə proqramı üzrə anlaşma memorandumu imzalayıb.
Bundan sonra, AGBank və AIESEC gənclərin bilik və bacarıqlarını artırmaq istiqamətində
əməkdaşlıq edəcəklər. Bu əməkdaşlıq çərçivəsində AGBank-ın gənc işçilərinin
AIESEC-in beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməsi, eləcə də
xarici tələbələr və universitet məzunlarına AGBank-da təcrübə keçmək imkanlarının yaradılması nəzərdə tutulur.
Dünyanın 110-dan çox ölkəsində 50 mindən yuxarı üzvü olan AIESEC təşkilatı gənclərə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməklə liderlik bacarıqları qazanmaq və qlobal təhsil proqramlarından faydalanmağa şərait yaradır.
DIGƏR HƏBƏRLƏR










