Ministry of Youth and Sports
2012-02-22 13:29
2012-02-22 12:40
2012-02-17 14:13
2012-02-17 11:39
2012-02-16 11:29
2012-02-15 14:24
2012-02-15 14:20
2012-02-14 12:56
2012-02-13 15:19
2012-02-13 14:37
2012-02-13 14:05
2012-02-13 11:49
2012-02-11 10:32
2012-02-11 10:11
2012-02-10 14:37
2012-02-09 17:00
2012-02-09 15:45
2012-02-09 15:41
2012-02-09 13:00
2012-02-08 14:41
XƏBƏRLƏR
2011-12-23 12:28
Bakının 2020-ci il Olimpiadasına namizədliyinin loqosonun təqdimatı keçirilib

Bakı Biznes Mərkəzində Bakının 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə namizədliyinin loqosunun təqdimatı baş tutub.
İlk olaraq çıxış edən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışdı. Daha sonra səhnəyə olimpiya çempionları Zemfira Meftahəddinova və Elnur Məmmədli, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, eləcə də “Gələcək Olimpiya çempionları” olan gimnastlar çıxdılar.

Z. Meftahəddinova 2020-ci il Yay Olimpiya və Paraolimpiya Oyunlarının Bakıda keçiriləcəyinə əminlik ifadə edib. İ. Zəkiyev Azərbaycanın çox qısa müddətdə böyük uğurlara imza atdığını və Olimpiada təşkilinə də nail olacağını bildirib. E. Məmmədli 2020-ci il Olimpiadasını Bakıda keçirmək üçün Azərbaycanın çox böyük şanslara malik olduğunu açıqlayıb: “Həmin vaxt 32 yaşım olacaq. İnanıram ki, idmançı kimi həmin Olimpiadada iştirak edəcəyəm”.

Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında bəyan edib ki, Azərbaycan Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırdır: “2012-ci il fevralın 15-nə qədər sifariş kitabçamız Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunmalıdır. Hazırda bununla bağlı iş gedir. Eyni zamanda “piar” sahəsində işlər aparılır”. Nazir qeyd etdi ki, bu işdə ən böyük dəstək xalqdan gəlməlidir.
Daha sonar loqonun t\qdimatı üçün səhnəyə təqdimat üçün səhnəyə “Bakı-2020” Təşkilat komitəsinin rəhbəri Yaqub Eyyubov, gənclər və idman naziriAzad Rəhimov, olimpiya çempionaları Namiq Abdullayev, Zemfira Meftiheddinova, Ferid Mansurov, Elnur Memmedli və tanınmış idmançılarımız dəvət edilib.

Qeyd edək ki, bizim ərizəmizin sloqanı “Birlikdə bacararıq!” devizidir. Ərizənin rəsmi saytı - www.baku2020.com.


Təşkilat Komitəsinin üzvləri “Bakı-2020”nin loqosunu təqdim ediblər. Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin iştirakı ilə reklam roliki də nümayiş etdirildi.
 




























AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 561

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva