Ministry of Youth and Sports
2012-02-22 13:29
2012-02-22 12:40
2012-02-17 14:13
2012-02-17 11:39
2012-02-16 11:29
2012-02-15 14:24
2012-02-15 14:20
2012-02-14 12:56
2012-02-13 15:19
2012-02-13 14:37
2012-02-13 14:05
2012-02-13 11:49
2012-02-11 10:32
2012-02-11 10:11
2012-02-10 14:37
2012-02-09 17:00
2012-02-09 15:45
2012-02-09 15:41
2012-02-09 13:00
2012-02-08 14:41
XƏBƏRLƏR
2011-12-24 14:34
2011-ci ilin idman yekunlarına həsr olunmuş toplantıda gənclər və idman naziri cənab Azad Rəhimovun ç ı x ı ş ı

Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Ölkə həyatının bütün sahələrində olduğu kimi bədən tərbiyəsi və idman sahəsində də əlamətdar hadisələrlə zəngin olan 2011-ci ilin son günlərini yaşayırıq.
Fürsətdən istifadə edib hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Bildiyiniz kimi son illərdə ölkəmiz bir idman dövləti kimi böyük nüfuz qazanmışdır. Bu gün Azərbaycanda idmanın inkişafı daim sürətli inkişaf, kütləvilik, yüksək nailiyyətlərlə müşahidə olunur.
Artıq başa çatmaqda olan 2011-ci il ölkəmizin idman həyatında əlamətdar il olmuş, mühüm idman hadisələri ilə yadda qalmışdır.
İdmanın maddi-texniki bazasının möhkəmlənməsi, nüfuzlu beynəlxalq yarışların ölkəmizdə keçirilməsi, əldə edilmiş uğurların və medalların sayının ildən-ilə artması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı yeni layihələrin həyata keçirilməsi haqlı olaraq idman ictimaiyyətinin, o cümlədən bütün vətəndaşlarımızın sevincinə səbəb olmuşdur.
Bu gün paytaxtımız da daxil olmaqla bölgələrimizdə müasir standartlara cavab verən 33 Olimpiya idman kompleksinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda idmançılara yaradılan şəraitin parlaq nümunəsidir. Bu komplekslərdən 4-ü – Tovuz, İmişli, Qəbələ və Sumqayıt Olimpiya idman kompleksləri 2011-ci ildə istismara verilmişdir. Daha 10 Olimpiya idman kompleksi isə qarşıdakı illərdə tikilib istifadəyə veriləcəkdir.
Son illərdə mötəbər beynəlxalq turnirlərin, dünya və Avropa çempionatlarının keçirilmə hüququnun tez-tez Azərbaycana verilməsi artıq ölkəmizdə yaradılmış bu şəraitin və Azərbaycanın beynəlxalq nüfuzunun nəticəsidir.
Məlumat üçün bildirim ki, 2011-ci il ərzində Azərbaycanda 42 beynəlxalq idman tədbiri, o cümlədən dünya və Avropa çempionatları təşkil edilmişdir.
Bu il ölkəmizdə 84 idman növü üzrə 415 Azərbaycan birincilikləri, çempionatları, Kubok yarışları və digər respublikadaxili yarışlar keçirilmişdir. Bu yarışlarda demək olar ki, respublikanın bütün şəhər və rayonlarından 100 minə yaxın idmançı iştirak etmişdir. Ayrı-ayrı olimpiya və qeyri-olimpiya idman növləri üzrə milli yığma komandalarımızın üzvləri 139 dünya və Avropa birincilik və çempionatlarına, 39 Dünya Kuboku, 18 Avropa Kuboku, 12 Qran-Pri yarışlarına və 67 beynəlxalq turnirə ezam edilmişlər.
İl ərzində respublikamızda keçirilən və hər biri 14 gündən az olmayan 110 təlim-məşq toplanışında 4000-dən çox idmançı iştirak etmişdır.
Bundan başqa idmançılarımız Avropa və dünyanın müxtəlif ölkələrində keçirilmiş 79 beynəlxalq təlim-məşq toplantılarına ezam edilmişlər.
Müqayisə üçün bildirim ki, əgər idmançılarımız tərəfindən 2010-cu ildə 675 medal (206 olimpiya, 469 qeyri-olimpiya) qazanılmışdırsa, cari ildə bu nəticə daha da yüksəlmiş, 276 olimpiya və 429 qeyri-olimpiya idman növü üzrə olmaqla ümumilikdə 705 medal qazanılmışdır.
Eyni zamanda onu da qeyd edim ki, belə yüksək nəticələrin əldə olunmasında yeniyetmə və gənc idmançılarımızın xüsusi payı vardır ki, bu da artıq Azərbaycan idmanının qarşıdakı illər üçün güclü potensialının əyani göstəricisidir.
Sevindirici haldır ki, bu gün həmçinin Mərkəzi Ordu İdman Klubunun fəaliyyətə başlamasının 50-illik yubileyidir. Bildiyiniz kimi, hərbi xidmətə yollanan gənc idmançılarımızın vətənpərvərlik ruhunda tərbiyə edilməsi, yüksək idman formalarını qoruyub saxlaya bilmələrində Ordu İdman Klubunun rolu əvəzsizdir. Fürsətdən istifadə edib bu yubiley münasibətilə Mərkəzi Ordu İdman Klubunun rəhbərliyini və bütün zabit və əsgər heyətini təbrik edir, onlara şərəfli işlərində uğurlar arzulayıram.

Hörmətli mərasim iştirakçıları!
Bildiyiniz kimi 2012-ci il Olimpiya ilidir və bununla əlaqədar 2011-ci ildə qarşımızda duran ən böyük vəzifələrdən biri XXX London Yay Olimpiya Oyunlarına maksimum lisenziya əldə etmək idi.
Bu günədək idmançılarımız artıq 10 idman növü üzrə 29 lisenziya əldə etmişlər. Proqnozlara əsasən 2012-ci ilin ilk yarısında idmançılarımızın daha 15-20 lisenziya əldə etmək imkanları vardır.
Eyni zamanda Azərbaycan paralimpiyaçıları da London Olimpiya Oyunlarına artıq 18 lisenziya əldə etmişlər.
Təbii ki bütün bu uğurlar möhtərəm prezidentimiz, cənab İlham Əliyevin Azərbaycan idmanına, ölkəmizdə olimpiya hərəkatının yüksəlməsinə, bu sahədə fəaliyyət göstərən hər bir idman mütəxəssisinə göstərdiyi davamlı diqqətin, qayğının nəticəsidir.
Fürsətdən istifadə edib hər zaman idmanın və olimpiya hərəkatının inkişafına, idmançı və məşqçilərə göstərdiyi diqqət və qayğıya görə idman ictimaiyyəti adından ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.

Hörmətli mərasim iştirakçıları!
Biz belə nailiyyətlərlə, belə tərəqqi ilə London Olimpiya Oyunlarına doğru addımlayırıq.
Bu qeyd etdiklərim 2011-ci ildə ölkəmizin idman uğurlarının çox az bir hissəsidir. Mən yeni layihələrdən, idmanın qanunvericilik bazasından, başqa dövlətlərlə idman sahəsində apardığımız beynəlxalq əməkdaşlıqdan və digər yeniliklərdən söhbət açsam kifayət qədər vaxt almış olaram.
Ona görə də bunlarla kifayətlənərək Sizin hər birinizi, əldə edilmiş uğurlar münasibətilə, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münaibətilə bir daha təbrik edir, yeni ildə hər birinizə yeni nailiyyətlər, can sağlığı, ölkə idmanına böyük həvəslə xidmət etməyinizi arzulayıram.
Diqqətinizə görə sağ olun.
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 561

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva