Ministry of Youth and Sports
2012-02-22 13:29
2012-02-22 12:40
2012-02-17 14:13
2012-02-17 11:39
2012-02-16 11:29
2012-02-15 14:24
2012-02-15 14:20
2012-02-14 12:56
2012-02-13 15:19
2012-02-13 14:37
2012-02-13 14:05
2012-02-13 11:49
2012-02-11 10:32
2012-02-11 10:11
2012-02-10 14:37
2012-02-09 17:00
2012-02-09 15:45
2012-02-09 15:41
2012-02-09 13:00
2012-02-08 14:41
XƏBƏRLƏR
2011-12-28 11:51
Gənclər üçün Təhsil Mərkəzi İtaliya QHT-ləri ilə birgə layihəyə başlayır

Gənclər üçün Təhsil Mərkəzi növbəti ilin əvvəlindən etibarən İtaliyanın “Provincia di Rieti” və  “Gruppo il Samaritano” təşkilatları ilə gənc könüllülərin mübadiləsi layihəsinə başlayır.
Avropa Birliyinin “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində dəstəklənən əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycan və İtaliyanın gənc könüllülərinin uzunmüddətli mübadiləsi təşkil olunacaq.
Mərkəzin icraçı direktoru Rasim Ağayevin bildirdiyinə görə, mübadiləyə ilk olaraq, Azərbaycan tərəfdən Mərkəzin nümayəndəsi Həvvaxanım Qurbanova başlayır. O, 12 ay müddətində İtaliyada “Qaçqınlar” adlı layihədə xidmət göstərəcək və mübadilə proqramını davam etdirəcək. Layihə çərçivəsində Azərbaycandan olan gənc könüllülər İtaliyaya gələn qaçqınlar və sığınacaq axtaranlar üçün yaradılmış məntəqələrdə onların qəbuluna, onlarla işin təşkilinə, cəmiyyətə inteqrasiyalarına və s. kömək edəcək.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi bu il Azərbaycandan gənc könüllülərin göndərilməsinə və Avropadan könüllülərin qəbul edilməsinə dair Avropa Birliyinin xüsusi akkreditasiyasından keçmişdir.
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 561

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva