2012-01-05 10:39
Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd olunur
Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd olunur.
Gənclər və İdman Nazirliyi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 30 dekabr tarixdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 saylı Xüsusi internat məktəbində görüş keçirmişdir.
Sağlamlıq imkanları məhdud uşaqlarla növbəti görüş isə 6 nömrəli xüsusi internat məktəbindəki yeniyetmə və gənclərlə keçiriləcəkdir.
Görüş zamanı yeniyetmə və gənclərə bayram hədiyyələri təqdim olunacaq.














