Ministry of Youth and Sports
2012-02-22 13:29
2012-02-22 12:40
2012-02-17 14:13
2012-02-17 11:39
2012-02-16 11:29
2012-02-15 14:24
2012-02-15 14:20
2012-02-14 12:56
2012-02-13 15:19
2012-02-13 14:37
2012-02-13 14:05
2012-02-13 11:49
2012-02-11 10:32
2012-02-11 10:11
2012-02-10 14:37
2012-02-09 17:00
2012-02-09 15:45
2012-02-09 15:41
2012-02-09 13:00
2012-02-08 14:41
XƏBƏRLƏR
2012-01-09 17:42
Müşviq İsayevin xatirəsinə sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək

14 yanvar 2012-ci il tarixdə Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Almaniya, Gürcüstan, Türkiyə, İran,  Özbəkistan, Tacikistan, Qazaxstan, Latviya və Litvadan olan güləşçilər də mübarizə apacaq.
Yarışlarda müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.
Yarışlar 14 yanvar 2012-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək. Turnirin rəsmi açılış mərasimi həmin gün saat 16.30-da baş tutacaq.
13 yanvar 2012-ci il tarixdə saat 12.00-da isə, Federasiya nümayəndələri MOK və GİN təmsilçiləri və turnir iştirakçıları ilə birlikdə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 561

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva