| Adınız və Soyadınız: Hesenova Gulnar | 2012-01-11 11:21 |
|
Şöbə: - Gənclərlə iş şöbəsi Mətn: № 94: - Müraciət Salam.sizin nazirliyin adi Gencler ve Idman Nazirliyidir.duzdurmu? mende gencem.ancaq menem problemlerim haqda hec kes maraqlanmir.Ish orasindadirki men nece ildirki ishlemek isteyirem,lakin ozume uygun seviyyeli yerlere meni hec kes cagirmir.ozunuz bilirsizde indiki veziyyeti ve ishe duzelmeyin nece cetin oldugunu.Mende sizden xahish etmek isteyiremki genclere qarshi biraz duyarli olasiz.Onlarin ishle temin olunmalari uchun hech olmasa emek yarmarkalari teshkil edesiz yaxud bashqa variantlar.Bu problem tek mende yox butun genclerde var.Size bu sahede feal olmaga cagiriram. | |
|
(2012-01-11 11:21) Hörmətli Gülnar xanım, Sizin müraciətinizə cavab olaraq bildirmək istəyirik ki, Gənclər və İdman Nazirliyi gənclərin məşğulluğunun dəstəklənməsi sahəsinə aid olan layihələrin keçirilməsinə xüsusi diqqət ayırır və bununla əlaqədar olaraq hər il çoxlu sayda müxtəlif tədbirlər keçirir. Bütün tədbirlərin elanı www.mys.gov.az internet səhifəsində və gənclərin sosial şəbəkələrində yerləşdirilir. Nazirliyin təşkilati dəstəyi ilə hər il Azərbaycan Dövlət İqtisad Universitetində əmək yarmarkası keçirilir. 2012-ci ildə əmək yarmarkasının may ayında keçirilməsi planlaşdırılıb. Bu və digər sahələrdə Nazirlik tərəfindən keçirilən tədbirlər haqqında məlumatı əldə etmək üçün mütamadi olaraq saytımızı izləyin. | |
| Adınız və Soyadınız: huseynova rumiye | 2012-01-09 16:06 |
|
Şöbə: - Elm və təhsil şöbəsi Mətn: № 93: - Müraciət men sumqayit dovlet universitetinin kimya ve biologiya fakultesinde pullu tehsil aliram,Ailemiz boyukdur atam fehledi kecen il yixilib qabirgalarini sindirdiqdan sonram is qabilliyetini itirmisdir hal hazirdada islemir,aile veziyyetimiz cox agirdir hec yerdeb komeyimiz yoxdur..menim pullu tehsilden pulsuz tehsile kecme imkanim varmi?EGer bu meselelere siz baxmirsinizsa xahis ediremki muraciet ede bileceyim yerleri yazasiz size minnetdarligimi bildirirem | |
|
(2012-01-09 16:06) Hörmətli Rumiyə Hüseynova, Sizin Gənclər və İdman Nazirliyinə ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, ödənişli əsaslarla ali məktəblərə qəbul olunan tələbələr (məcburi köçkünlər istisna olunmaqla) təhsil haqqını ödəməlidirlər. Tələbələrin təhsil haqqlarının ödənilməsinə maliyyə yardımı göstərilməsi Gənclər və İdman Nazirliyinin imkanları xaricindədir. Xahiş edirik nəzərə alasınız. | |
| Adınız və Soyadınız: Namazova Ayten | 2012-01-09 16:02 |
|
Şöbə: - Elm və təhsil şöbəsi Mətn: № 92: - Müraciət Salam! Men ADPU-un Filologiya fakultesinin 1-ci kurs telebesiyem.Kesrlerle bagli problemim oldugu ucun universitetden xaric olunuram.Mene yeniden 1 sans verile bilermi? Bunun ucun her hansisa aidiyyati qurumlara muraciet ede bileremmi? Mene bu haqda melumat vermeyinizi cox xahis edirem. | |
|
(2012-01-09 16:02) Hörmətli Aytən xanım, Sizin Gənclər və İdman Nazirliyinə ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, qaldırdığınız problem nazirliyin səlahiyyətləri və imkanları xaricindədir. Odur ki, məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumuna müraciət etməyinizi tövsiyə edirik. Xahiş edirik nəzərə alasınız. | |
| Adınız və Soyadınız: Emin Memmedov | 2011-12-14 15:12 |
|
Şöbə: - Elm və təhsil şöbəsi Mətn: № 91: - Müraciət Salam.men 2003-cu ilde sumqayit dovlet universitetinin tarix fakultesine odenisli esasla qebul olmusam.2004-cu ilde 2-ci kursun 1-ci smestrinde tehsil haqqini odeye bilmediyime gore tehsilimi mecburen dayandirib herbi xidmete getmisem.menim hal-hazirda universitete berpa olunmagim mumkundurmu?xais edirem eger berpa olunmaq mumkundurse mene meslehet verin. | |
|
(2011-12-14 15:12) Hörmətli Emin Məmmədov, Nəzərinizə çatdırırıq ki, qaldırdığınız məsələ Gənclər və İdman Nazirliyinin səlahiyyətləri xaricindədir. Odur ki, aidiyatı üzrə müraciət etməyinizi məsləhət görürük. Xahiş edirik nəzərə alasınız. | |
| Adınız və Soyadınız: Semile Memmedli | 2011-11-14 10:24 |
|
Şöbə: - Gənclərlə iş şöbəsi Mətn: № 90: - Müraciət Men Memmedli Semile Hesenaga qizi,ADPU cografiya fakultesinde bakalavr tehsili almisam,BDU nun dovlet hesabina magistratura pillesinde qiyabi tehsil aliram.Turizm nazirliyinde islemek,bu sahede calismag en boyuk arzumdur.Bu arzumu heyata kecirtmekde mene komek etmeyinizi isterdim. | |
|
(2011-11-14 10:24) Hörmətli Şəmilə Məmmədli, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyiniz xahiş olunur. | |
| Adınız və Soyadınız: RzayevAllahverdi | 2011-11-10 13:06 |
|
Şöbə: - Elm və təhsil şöbəsi Mətn: № 89: - Müraciət Azerbaycan Respublikasinin Gencler ve Idman Nazirliyi cenablarina 2011-ci il I-ci Kursa daxil olmus telebe Rzayev Allahverdi terefinden ERIZE Cox hormetli Gencler ve Idman Nazirliyi cenablari,yazib Sizden xahis ediremki,baxmayaraq bu il Azerbaycan Dovlet Iqtisad Universitetinin <<Kommersiye>> fakultesine dovlet sifarisine daxil olmusam,halbuki arzumMusteqil Azerbaycan Respublikasinin vetendasi kimi,onu bir sira Avropa dovletlerinde tanitdirmaq,oz bilik ve bacarigimla ucrengli bayragimizi yukseklere qaldirmaqdir.Dostlarimin ve muellim heyetinin teklifinden sonra size yazmagi ozume borc bildim.Buna uygun olaraq 19.05.2011-ci il tarixinde dunya universitetleri terefinden taninan <<IELTS>> imtahanini muveffeqiyyetle basa vurub setifikatla teltif olunmusam (testin meruze formasinin kodu- 11AZ000483RZAA001A).Azerbaycani Avropa dovletlerinde tanitdirmaq ucun Londona <<Queen Mary>>, <<Essex>> ,Turkiyede <<Ozyegin>>, Sotlandiyada <<Robert Gordon>> Universitetlerine sened gondermisem ve 18.08.2011-ci il tarixinde Queen Mary-den, 01.08.2011-ci il tarixde Essex-den, 27.08.2011-ci tarixinde Ozyeginn ve 15.09.2011-ci il tarixinde Robert Gordon Universitetlerinden musbet cavab almisam.Amma men bu son Robert Gordon Universitetinde oxumaq istirem. Lakin aile veziyyetimi nezere alaraq atamin Qarabag muharibesi elili( vesiqe nomresi 073767) oldugundan tehsil haqqinda finans problem olduguna gore Sizden artiq derecede xahis edirem ki, menim erizemi qebul edib oz komekliyinizi esirgemiyesiz cunki bir nece gunum qalib odenis ucun yoxsa universitet qebulumu legv edecek…. Evvelceden tesekkur ve minnetdarligimi bildirirem. | |
|
(2011-11-10 13:05) Hörmətli Allahverdi Rzayev, Bildiyiniz kimi, ölkə gənclərinin xaricdə təhsil almaları "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Qeyd etdiyiniz məsələ Gənclər və İdman Nazirliyinin səlahiyyətləri xaricindədir. | |
| Adınız və Soyadınız: Ramil Hacıyev | 2011-10-28 17:02 |
|
Şöbə: - Gənclərlə iş şöbəsi Mətn: № 88: - Müraciət Hörmətli Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşları! Sizi Müstaqil Azərbaycanımızın 20 illiyi münasibətiylə təbrik edirəm. Gənclərin rifahının yaxşılaşdırılması üçün tətbiq olunmuş ipoteka layihəsi dövlətimizin gənclərə göstərdiyi qayğının nümunəsidir. Bu layihədən ehtiyacı olan bütün gənclər istifadə etməyi düşünür. Lakin ilkin ödənişinin 15 faiz olması şərti ən minimal ev üçün ilkin ödəniş 7000-8000 manat təşkil edir. Bu məbləği həqiqətəndə evi olmayan gənc bir ailənin ödəməsi demək olarki mümkünsüzdür. Şərtlərin yüngülləşdirilməsi məqsədilə dayandırılmış ipoteka krediti layihəsi haqqında dəqiq heç bir məlumat açıqlanmır. Biz gənclərin bu layihəyə böyük ehtiyacı olduğunu nəzərə alaraq, yüngülləşdirilmiş şərtləri və bu layihənin istifadəsi nə vaxtdan başlayacağı haqqında gəncləri məlumatlandırmanız üçün Sizə müraciət edirik və Sizdən köməklik göstərməyinizi xahiş edirik. Hörmətlə Ramil Hacıyev. | |
|
(2011-10-28 17:02) Hörmətli Ramil Hacıyev, Sizin Gənclər və İdman Nazirliyinə ünvanladığınız suala görə minnətdarlığımızı bildiririk. Ətraflı məlumat əldə etmək üçün www.amf.az və www.nba.az saytlarına müraciət etməyinizi tövsiyə edirik. | |
| Adınız və Soyadınız: Fərhad Baloğlanov | 2011-10-27 15:11 |
|
Şöbə: - Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektoru Mətn: № 87: - Müraciət Hörmətli cənab NAZİR! Sizə rayonlarımızın birində yaşayan radioidmançı-pensiyaçı müraciət edir.Biz,radioidmançılar,bu yaxinlarda DQ-nin cəbhə bölgəsindən ekspedisiyadan qayıtdıq.Ekspedisiya işini uğurla başa vurdu. (Müvafiq icazə ilə)Ekspedisiyanı öz r/stansiyamız və vəsaitimiz hesabına həyata keçirdik. Mən rayonda eyni zamanda gənclər arasında radio idmanını yaymaq istəyirəm.Gənc radioidmançıların olması həmdə gələcəkdə ordumuzun rabitəci-radistlərlə təmin olunmasında kiçikdə olsa köməyimiz olardi.Düşünürəmki,buda bir vətənpərvərlkdən irəli gələn arzudur.Lakin yüksək texniki göstərıcilərə malik radio həvəskarlar üçun olan radiostansiyaya ehtiyacım var.Çox ümid edirəmki hörmətli Cənab NAZİR mənim bu təşəbbüsümün həyata keçməsi üçün öz koməyini əsirgəməyəcəkdir.Başqa bir neçə yüksək qurumlara müraciət etdimsədə nəticə olmadı. Hörmətli AZAD müəllim! Ümidim yalnız SİZƏdir. Hörmət və ehtiramla F.Baloğlanov-4K3MA- | |
|
(2011-10-27 15:11) Hörmətli Fərhad Baloğlanov, Sizin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Gənclər və İdman Nazirliyi gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə kömək edən istənilən məqsədyönlü layihələrin, təşəbbüslərin reallaşdırılmasını təqdirəlayiq hesab edir. Lakin, Könüllü Hərbivətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurası tərəfindən qeyd etdiyiniz sahədə, xüsusilə də zəruri ixtisaslar üzrə məktəblilərin hərbi xidmətə hazırlanması istiqamətində aparılan işlər tərəfimizdən dəyərləndirilir. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd etdiyiniz məsələ Nazirliyin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə müraciət etməyinizi məqsədyönlü hesab edirik. Xahiş edirik nəzərə alasınız. | |
| Adınız və Soyadınız: Valeh Agayev | 2011-10-04 15:54 |
|
Şöbə: - 9. Ümumi şöbə Mətn: № 86: - Müraciət Salam hörmətli nazir, Sosial vəzyiyyətimin ağır olması ilə əlaqədar xahiş edirəm güzəştli şərtlərlə ipoteka almaqda mənə yardımçı olasınız | |
|
(2011-10-04 15:53) Hörmətli Valeh Agayev, Gənclər və İdman Nazirliyinə ünvanladığınız suala görə minnətdarlığımızı bildiririk və ətraflı məlumat əldə etmək üçün www.amf.az və www.nba.az saytlarına müraciət etməyinizi tövsiyə edirik. | |
| Adınız və Soyadınız: Emin Rzayev | 2011-09-30 11:25 |
|
Şöbə: - Gənclərlə iş şöbəsi Mətn: № 85: - Müraciət Mən 2010-cu ilde BDU-nun geologiya fakultesini bitirmişəm. Müvafiq iş tapmaqda mənə köməklik etməyinizi sizdən xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm Sizə. | |
|
(2011-09-30 11:25) Hörmətli Emin Rzayev, Sizin Gənclər və İdman Nazirliyinə ünvanladığınız ərizəyə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Sizin işlə təmin olumnağınızı Dövlət qulluğu haqqında Qanuna əsasən test üsulu ilə mümkündür. Bununla əlaqədar olaraq, kütləvi informasiya vasitələrini izləməyiniz tövsiyə olunur. | |
| Adınız və Soyadınız: Fəridə Məmmədova | 2011-09-28 15:50 |
|
Şöbə: - Tələbə və tələbə təşkilatları ilə iş sektoru Mətn: № 84: - Müraciət Salam cənab nazir.Size bu ərizəni yazmaqda məqsədim bundan ibatətdirki mən 2010 tarixində imtahanla Qobustan qəsəbəsi Yusif əliyev adına məktəbə informatika məlliməsi olaraq işə qəbul olmuşam.Artıq 2ci ildirki mən işə başlayıram ama özüm nərimanov rayonunda yaşadıgıma görə yol problemim var,həmdə səhtimlə bağlı problemlərim var,bakı içində harda olmasından aslı olmayaraq məni informatikadan boş vakant yerlərdən birinə təyinatımı versəydiz size cox minnətdar olardım.Diqqətiniz üçün cox sağolun | |
|
(2011-09-28 15:50) Hörmətli Fəridə xanım, Təhsil Nazirliyinə müraciət etməyiniz xahiş olunur. | |
| Adınız və Soyadınız: Xuraman Memmedova | 2011-09-28 17:10 |
|
Şöbə: - Elm və təhsil şöbəsi Mətn: № 83: - Müraciət Salam.Men Xuraman Memmedova Tibb universitetini bitirmisem.Internami Hematologiya ixtisasi uzre Merkezi Klinikada kecmisem.Ixtisasimi derinden oyrenib,hematologiya uzre en yeni nailiyyetleri derinden arasdirib,xalqimiz ucun cox yaxsi bir kadr kimi yetismek en boyuk meqsed ve arzularimdandir.Dusunurem ki,oktyabr ayinda Turkiyede olacaq"Beynelxalq Hematoloji Konqres"mene bu istiqametde bir cox yeniliklerle tanis olmagima cox komeyi deye biler.Ora qatilmagi cox isteyirem.Ama maddi imkanim buna mane olur.Fikirlesdim ki,siz belke mene komek ede bilersiniz.Genc dostlarimdan esitdiyime gore Gencler ve Idman Nazirliyi bele meselelerde genclere desteyini esirgemir.mende bu meselede sizin yardiminizdan yararlana bileremmi?Evvelceden tesekkurler... | |
|
(2011-09-28 17:10) Hörmətli Xuraman xanım, Sizin Gənclər və İdman Nazirliyinə ünvanladığınız elektron məktuba müvafiq şöbələrdə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının müstəqilliyinin iyirminci ildönümü və Azərbaycan Gənclərinin VI Forumunun təşkili ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Qeyd olunanlarla əlaqədar olaraq, Sizin Türkiyədə keçiriləcək "Beynəlxalq Hemotoloji Konqres"də iştirakınıza nazirlik tərəfindən maliyyə yardımı göstərilməsi imkan xaricindədir. | |
| Adınız və Soyadınız: Ramin Zeynalabdiyev | 2011-09-30 11:25 |
|
Şöbə: - Gənclərlə iş şöbəsi Mətn: № 82: - Müraciət Yazib size bildirmek isteyirem ki men orta tehsilliyem 5 il iş stajim var.ama indi işsizem,,xaiş edirem meni işle temin olunmagim ucun muvafiq strukturlara gosteriş veresiz işle temin olum,,hara gediremse meni işe qebul etmirler,,sizin mene destek vereceyinize umid edirem.... | |
|
(2011-09-30 11:24) Hörmətli Ramin müəllim, Sizin Gənclər və İdman Nazirliyinə ünvanladığınız ərizəyə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Sizin işlə təmin olumnağınızı Dövlət qulluğu haqqında Qanuna əsasən test üsulu ilə mümkündür. Bununla əlaqədar olaraq, kütləvi informasiya vasitələrini izləməyiniz tövsiyə olunur. | |
| Adınız və Soyadınız: Sadıqova İradə | 2011-09-22 16:54 |
|
Şöbə: - Gənclərlə iş şöbəsi Mətn: № 81: - Müraciət Yazıb Sizdən xahiş edirəm ki, mənə təhsilimə uyğun işlə təmin olumağım üçün müvafiq strukturlara göstəriş verəsiniz. 2004-2008-ci il məzunu AzMİU Ekolog | |
|
(2011-09-22 16:54) Hörmətli İradə xanım, Sizin ərizənizə Gənclər və İdman Nazirliyində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, işlə təmin olunmağınız Dövlət qulluğu haqqında Qanuna əsasən test üsulu ilə mümkündür. Bunun üçün kütləvi informasiya vasitələrini izləməyiniz tövsiyə olunur. | |
| Adınız və Soyadınız: Yaqut Səfərova | 2011-09-22 16:36 |
|
Şöbə: - Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru Mətn: № 80: - Müraciət Cənab Nazir sizdən xahiş edirəm ki, maddi vəziyyətim aşağı olduğu üçün oğlumu üzgüçülüyə qoya bilmirəm.Səhhəti ilə əlaqədar həkimin məsləhətinə görə bu vacibdir. | |
|
(2011-09-22 16:36) Hörmətli Yaqut Səfərova, Sizin Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimova ünvanladığınız məktub İdman şöbəsində baxılmışdır. Oğlunuzun səhhəti ilə əlaqədar olaraq üzgücülüklə məşğul olması üçün Hövsan Olimpiya İdman Kompleksinin rəhbərliyinə tərəfimizdən müraciət olunmuş və razılıq alınmışdır. Hövsan Olimpiya İdman Kompleksinə müraciət etməyiniz Sizdən xahiş olunur. | |














