| Adınız və Soyadınız: Ulker Yasin | 2011-09-16 10:52 |
|
Şöbə: - Kadr hazırlığı sektoru Mətn: № 79: - Müraciət Salam Men Ulker Yasin.MKC sirketinin bash direktoruyam.2007 - ci ilde MKC şirkıtini açmışam. Sizə yazib bildirirem ki yaşadığım Xırdalan şəhərində normal bütün şəraitlərə uyğun baxça yoxdur və mənim müasir standartlara uyğun baxça layihem var ancaq maddi cəhətdən çətinliyin var. Sizin təhsilə qayğınızı bildiyim üçün əlaqə yartamaq istədim. Təşəkkürlər... | |
|
(2011-09-16 10:52) Hörmətli Ülkər xanım! Sizdən xahiş edirik Təhsil Nazirliyinə müraciət edəsiniz. | |
| Adınız və Soyadınız: KAMIL KERIMOV | 2011-10-03 17:45 |
|
Şöbə: - Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektoru Mətn: № 78: - Ərizə hormetli nazir evvela cox sag olun ki bizim ne derdimiz varsa sizlerle boluse bilirik ve fikirlerimizi bildire bilirik sizden yegane 1 xaisim vardi ki, men vetenime xidmet etmeyden otru ne istesez ederem menim 7 ile yaxin tecrubem var herbi xidmetinden men 1.9 il agdamda 4/6 il;deki daskesen ve H.Z.TAGIYEV QESEBESINDE YERLEDEN HERBI HIDDELERDE QULLUQ ETMIDEM VE INDIDE VETENE XIDMET ELEMEYE CALISIRAM AMA MENI APARMIRLAR XAIS EDIREM MENE KOMEKLIK EDESINIZ 1.9 IL AGDAMDA OLMUSAM 1998 CI ILDEN 2000 CI ILE QEDER VE BIRDE 2006 CI ILDEN 2010 CU ILE QEDER ISE CAVUSLUQ KURSUNU OXUYUB cavus olaraq islemisem diqqetinize qore sagolun | |
|
(2011-10-03 17:45) Hörmətli Kamil Kərimov, Sizin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır. Müraciətinizdə 7 ilə yaxın bir müddətdə orduda xidmət etməyinizi nəzərə alaraq yenidən hərbi xidmətdə olmaq istəyiniz qeyd olunmuşdur. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətkeçmə “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” qanunvericilik və digər müvafiq normativ – hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Bununla əlaqədar müvafiq orqanlara müraciət etməyiniz daha məqsədəuyğun olardı. Xahiş edirik nəzərə alasınız. | |
| Adınız və Soyadınız: Günel Muxtarova | 2011-09-16 10:33 |
|
Şöbə: - Elm və təhsil şöbəsi Mətn: № 77: - Müraciət Mən Muxtarova Günel, Türkiyə Respublikası Ege Universiteti Biyomühəndislk Bölümündə doktorantura təhsili alıram. Təhsilim başa vurmaqçün Ege Universitetinın təyin etdiyi “Azərbaycanın Şimal- Qərb bölgəsində Ailəvi Aralıq Dənizi Atəşi ( FMF; Familial Medeterrenean Fever ) xəstəliyinin daşıyıcılıq oranının müəyyən edilməsi” mövzusunda Dissertasiya işi yazmalıyam.FMF, Aralıq Dənizi sahillərində ve Yaxın Şərqdə yaşayan Türk, Yahudi, Ərəb ve Ermənilərdə görülən genetik xəstəlikdir. FMF-ə dair tədqiqatlar 1946-cı ildə başlamış və davam etdirilməkdədir. Təəssüf ki, 2500 illik yaşı olan FMF-ə aid Azərbaycanda heç bir tədqiqat aparılmamışdır, bu da FMF-in düzgün diagnoz ve müalicəsində çətinlik yaradır. Mütəxəssislərə görə Azərbaycanda FMF-in yayılma derecesi 10%- 15% -dir. Bu ciddi rəqəm ilk addım olaraq genetik araşdırma aparılmasını tələb edir. Azərbaycanın bütün ərazisində FMF-ə dair araşdırmalar böyük miqdarda maddi dəstək tələb etdiyi üçün Azərbaycanın Şimal-Qərb bölgəsində FMF-in yayılma dərəcəsini arıdirmaq tapşırılmışdır. Dissertasiya işim bu istiqamətdə gələcəkdə aparılacaq çox geniş miqyaslı tədqiqatlar üçün ilk addım ataraq tibb mütəxəssislərinni diqqətini bu önəmli mövzuya çəkəcək və nəticələrin http//fmf.igh.cnrs.fr/infevers Məlumat Bazasında yayınlanmasıyla Azərbaycanımızın adını bu sahədə dünyaya tanıdacaq genetik araşdırma olacaqdır.Təhsilimi başa vurmaq üçün maddi dəstəyə ehtiyacım var. Sizin təhsilimdə mənə dəstək verəcəyinizə ümüd edirəm. | |
|
(2011-09-16 10:33) Hörmətli Günel xanım! Nəzərinizə çatdırırıq ki, tələbələrin təhsil haqqından azad edilməsi və ya təhsil haqqlarının ödənilməsinə maliyyə yardımı göstərilməsi Gənclər və İdman Nazirliyinin səlahiyyətləri xaricindədir. Bununla əlaqədar olaraq, aidiyyəti üzrə müraciət etməyinizi məqsədəuyğun hesab edirik. Xahiş edirik nəzərə alasınız. | |
| Adınız və Soyadınız: Paşayev Elnur Rasim oğlu | 2011-09-15 15:32 |
|
Şöbə: - Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru Mətn: № 76: - Müraciət Salam,hörmətli Nazir.Məm Daşkəsən şəh.Daşkəsən qəsəbə orta məktəbində psixoloq işləyirəm.Əmək haqqım 150 man-dır.2 ildir nışanlıyam.Bu şərtlərlə ipoteka kreditini necə götürə bilərəm? | |
|
(2011-09-15 15:31) Hörmətli Elnur Paşayev, Gənclər və İdman Nazirliyinə ünvanladığınız suala görə minnətdarlığımızı bildiririk. Hal-hazırda nazirlikdə müzakirələr aparılır ona görə da dəqiq məlumatı Sizə verə bilmərik. Ətraflı məlumat əldə etmək üçün www.amf.az və www.nba.az saytlarına müraciət etməyinizi tövsiyyə edirik. | |
| Adınız və Soyadınız: allahverdiyeva BAHAR | 2011-09-16 10:36 |
|
Şöbə: - Elm və təhsil şöbəsi Mətn: № 75: - Müraciət SALAM!MEN BDU-NUN 5CI KURS BIOLOGIYA FAKULTESININ TELEBESIYEM.EN BOYUK ARZUM TIBB SAHESINDE ISLEMEKDIR.SIZDEN XAHIS EDIREM KI MENIM XARICDE TIBB SAHESINDE TEHSIL ALMAGIMA KOMEK EDESINIZ VE MENI ARZUMA CATDIRASINIZ.OXUMAQ,TEHSIL HEYAT SUARIMDIR.EVVELCEDEN TESEKKURLER.INSALLAH MENI SEVINDIRERSINIZ ALLAH DA SIZI SEVINDIRER. | |
|
(2011-09-16 10:36) Hörmətli Bahar Allahverdiyeva, Nəzərinizə çatdırırıq ki, tələbələrin təhsil haqqından azad edilməsi və ya təhsil haqqlarının ödənilməsinə maliyyə yardımı göstərilməsi Gənclər və İdman Nazirliyinin səlahiyyətləri xaricindədir. Bununla əlaqədar olaraq, aidiyyəti üzrə müraciət etməyinizi məqsədəuyğun hesab edirik. Xahiş edirik nəzərə alasınız. | |
| Adınız və Soyadınız: Səməd Mahmudov | 2011-09-15 15:31 |
|
Şöbə: - 9. Ümumi şöbə Mətn: № 74: - Müraciət Ipoteka kredisi almaq isterdim. Hormetli Nazirimizin bu gun ki, cixisini dinledim ve 35.000 azn. deyerinde 15 illik olan ve illiyi 4% olmaqla kredi alaraq Gence seherinde menzil almaq isterdim. | |
|
(2011-09-15 15:30) Hörmətli Səməd müəllim! Gənclər və İdman Nazirliyinə ünvanladığınız suala görə minnətdarlığımızı bildiririk. Hal-hazırda nazirlikdə müzakirələr aparılır ona görə da dəqiq məlumatı Sizə verə bilmərik. Ətraflı məlumat əldə etmək üçün www.amf.az və www.nba.az saytlarına müraciət etməyinizi tövsiyyə edirik. | |
| Adınız və Soyadınız: Məhin Allahverdiyeva | 2011-09-15 15:33 |
|
Şöbə: - Gənclərlə iş şöbəsi Mətn: № 73: - Müraciət Hörmətli Azad müəllim! Mən - Bakı Dövlət Universitetinin əməkdaşı gənc ailələrin mənzillə təminatını asanlaşdıran ipoteka kreditinin verilməsini dəstəkləyir və buna sevinirəm. Lakin təəsüflə qeyd etməliyəm ki, güzəştli ipoteka krediti subay gənc alimlərə verilmədiyindən, mən bu kreditdən yararlana bilmirəm. Bakı şəhərində 17 ildir kirayə mənzildə yaşadığımı nəzərə alaraq, mümkün olduğu halda mənim güzəştli ipoteka krediti almağıma imkan yaratmağınızı Sizdən xahiş edirəm. | |
|
(2011-09-15 15:32) Hörmətli Məhin xanım, Gənclər və İdman Nazirliyinə ünvanladığınız suala görə minnətdarlığımızı bildiririk. Hal-hazırda nazirlikdə müzakirələr aparılır ona görə da dəqiq məlumatı Sizə verə bilmərik. Ətraflı məlumat əldə etmək üçün www.amf.az və www.nba.az saytlarına müraciət etməyinizi tövsiyyə edirik. | |
| Adınız və Soyadınız: Ibrahimov Elsen | 2011-10-13 14:47 |
|
Şöbə: - 9. Ümumi şöbə Mətn: № 72: - Müraciət Salam 22yawim var Qazax rayonunda yawayiram hal hazirda Azerbaycan Dovlet Iqtisat unveristetinin 3kurs telebesiyem tehsilmi qiyabi olaraq davam eliyirem isteyiremki ixtisasim uzre neft sirketinde iwe duzelim ixtisasim Coxiwlenen mallarin texnalogiyasidi xaiw edirem mene meslehet verin men hara muraciet etmeliyem iwe duzelmekcun? Evvelceden minnetdarligmi bildirirem | |
|
(2011-10-13 14:47) Hörmətli Elşən İbrahimov, Sizin Azərbaycan Respublikası Dövlət Neft Şirkətində natamam ali təhsilli kadr kimi işə düzəlməyinizə köməklik göstərilməsi məqsədi ilə, Gənclər və İdman Nazirliyinə ünvanladığınız müraciətə Nazirlikdə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, müraciətdə qeyd etdiyiniz ixtisas üzrə işə düzəlməyiniz barədə aidiyyəti üzrə Dövlət Neft Şirkətinə müraciət etməyiniz məqsədəuyğundur. | |
| Adınız və Soyadınız: ELNUR ŞİRİNOV | 2011-09-15 15:28 |
|
Şöbə: - Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru Mətn: № 71: - Təklif FAIZSIZ IPOTEKA KREDITI NE VAXT VERILECEK VE SERTLERINI DEYE BILERSIZ. | |
|
(2011-09-15 15:28) Hörmətli Elnur Şirinov, Gənclər və İdman Nazirliyinə ünvanladığınız suala görə minnətdarlığımızı bildiririk. Hal-hazırda nazirlikdə müzakirələr aparılır ona görə da dəqiq məlumatı Sizə verə bilmərik. Ətraflı məlumat əldə etmək üçün www.amf.az və www.nba.az saytlarına müraciət etməyinizi tövsiyyə edirik. | |
| Adınız və Soyadınız: Quliyeva Ruhiyye | 2011-09-15 15:25 |
|
Şöbə: - Gənclərlə iş şöbəsi Mətn: № 70: - Ərizə Salam. Cox xahis edirem menim erizeme baxib cavablandirasiniz. Ipoteka krediti ucun muraciet etmekden artiq yorulmusuq. Ozumuzde YAP-in Gencler teskilatin uzvuyuk. Lakin bize genc bir aile kimi hele bir dovlet orqani komek etmek istemir. Bizim emek haqqimiz ipoteka krediki goturmeye yol verir. Cox xahis edirem bize komeklik edesiniz. Hormetle | |
|
(2011-09-15 15:25) Hörmətli Ruhiyyə xanım! Gənclər və İdman Nazirliyinə ünvanladığınız suala görə minnətdarlığımızı bildiririk. Hal-hazırda nazirlikdə müzakirələr aparılır ona görə da dəqiq məlumatı Sizə verə bilmərik. Ətraflı məlumat əldə etmək üçün www.amf.az və www.nba.az saytlarına müraciət etməyinizi tövsiyyə edirik. | |
| Adınız və Soyadınız: İmanova Gülnar | 2011-06-28 16:20 |
|
Şöbə: - Elm və təhsil şöbəsi Mətn: № 69: - Şikayət Salam.Mənim Qardaşım 9 illik bazadan C.Naxçıvanski mektebine qebul olunub.Oranı bitirdikden sonra H.Əliyev adına Ali Hərbi məktəbə daxil olur .Sonuncu kursdan fiziki-tərbiə fənnindən kafi alaraq Tərtər rayonuna cebhe bölgesine gönderilir.1il herbi xidmetde olur yeniden imtahan verir 3 normativden 2 tam verir.Yene herbi xidmete gönderilir.8 illik emek bes hara getdi?indi bu uşaq diplomsuz qaldi.Bu ne derecede doğrudur?Çox xahiş edirem bizim aileni nezere alın ve bu işle ciddi meşğul olun. | |
|
(2011-06-28 16:19) Hörmətli Gülnar xanım, Sizin Gənclər və İdman Nazirliyinə ünvanlandığınız müraciətə baxılmışdır. H.Əliyev adına Ali Hərbi Məktəb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir. Aidiyyəti üzrə müraciət etməyinizi xahiş edirik. | |
| Adınız və Soyadınız: Memmedli Shamil | 2011-06-28 15:53 |
|
Şöbə: - Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektoru Mətn: № 68: - Müraciət salam men gence seherinde yasayiram men gencede kecirilen butun seir demek uzre musabiqelerin birincisiyem ve oz itedadima guvenirem gence seherinde kecirilen Nizami Genceviye hesr olunmus yaradiciliq gecesinde Mecnun rolunda 1 ci yere cixmisam ve ser demek istedadima cox guvenirem coxx xahis edirem menimle elaqe saxlayib istedadimi sizde yoxladiqdan sonra menide turkiyede kecirilecek 9 cu turkce olimpiyatlarina aparasiniz size guvenerek dahada heveslenirem.sadece meni gormeyinizi isderdim ondan sonra sina ozume guveniremki sececeksiniz meni saqolun | |
|
(2011-06-28 15:53) Hörmətli Şamil Məmmədli, Sizin Gənclər və İdman Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır. Məlumat üçün bildiririk ki, yalnız rəsmi dəvət məktubunuz olduğu təqdirdə hər hansısa bir tədbirdə iştirak ilə əlaqədar köməklik göstərilməsi üçün müraciət edə bilərsiniz. Bu halda prosedur qaydalarına müvafiq olaraq 1 ay öncədən və yazılı surətdə müraciət etməyinizi tövsiyə edirik. Onu da qeyd edək ki, Gənclər və İdman Nazirliyi hər zaman istedadlı gənclərin təşəbbüslərinin reallaşdırılmasını dəstəkləyir, onların aşkara çıxarılmasına və inkişafına şərait yaradır. Bu məqsədlə Nazirlik tərəfindən mütəmadi olaraq yaradıcı gənclərin iştirakı ilə festival, müsabiqə, olimpiadalar keçirilir. Keçiriləcək tədbirlər haqqında daha geniş məlumatı rəsmi internet saytımızdan əldə edə bilərsiniz. | |
| Adınız və Soyadınız: Melahet Abdullazade | 2011-06-22 17:28 |
|
Şöbə: - Gənclərlə iş şöbəsi Mətn: № 67: - Müraciət 16 iyunda keçiriləcək sərginin yeri və vaxtini bilmek istəyirdim.Təşəkkür edirəm | |
|
(2011-06-22 17:27) Hörmətli Məlahət xanım, Nəzərinizə çatdırırıq ki, oktyabr ayında Gənclərin VI Forumu keçirildiyi üçün sərginin vaxtı dəyişdirilərək, sentyabr ayına keçirilmişdir. Belə ki, sərgi VI Forum çərçuivəsində keçirilən tədbirlərdən biri olacaqdır. Bu haqda əlavə məlumat sentyabr ayında veiləcəkdir. | |
| Adınız və Soyadınız: Rizvan Məmmədov | 2011-06-10 11:33 |
|
Şöbə: - Gənclərlə iş şöbəsi Mətn: № 66: - Təklif Cənab Nazir, Son zamanlar Sizin gənclər üçün faizsiz ipoteka verilməsi təşəbbüsünüz bizi sevindirir.Ancaq bilmək istərdim ki,"gənc" statusu kimlərə aiddir? Mənim 31 yaşim var və 3 övladim var. Mən gənc sayıla bilərəmmi? Hörmətlə, Rizvan. | |
|
(2011-06-10 11:33) Hörmətli Rizvan Məmmədov, İpoteka ilə bağlı əlavə məlumat almaq üçün www.amf.az saytına daxil ola bilərsiniz. "Gənclər siyasəti haqqında" Qanuna görə gənc 14-29 yaş, "gənc ailə" isə 35 yaşadək müəyyən edilmişdir. | |
| Adınız və Soyadınız: Hüseynova Səbinə | 2011-05-16 12:20 |
|
Şöbə: - Elm və təhsil şöbəsi Mətn: № 65: - Müraciət Salam Mən Gəncə Humanitar Kollecinin İbtidai Təhsil şöbəsinin 3cü kurs tələbəsiyəm.Təhsilimi başa vurduqdan sonra orta məktəbdə müəllimə işləyə bilərəm?ve yaxud da Bağçada Tərbiyəçi işləyə bilərəmmi?Xahiş edirəm cavablandirasiniz | |
|
(2011-05-16 12:20) Hörmətli Səbinə xanım, Müəllimlərin yeni iş yerlərinə qəbulu 2001-ci ilin avqust ayında imtahan vasitəsilə aparılır. Bu barədə məlumatlar Təhsil Nazirliyinin www.edu.gov.az saytında məlumatlar yerləşdiriləcəkdir. Daha ətraflı məlumat əldə etməyiniz üçün Təhsil Nazirliyinə müraciət etməyinizi məqsədəmüvafiq hesab edirik. Bəli, sizin kollecin məzunları da diger məzunlar kimi müsabiqədə iştirak edə bilərlər. | |














