Ministry of Youth and Sports
2012-01-17 12:16
2012-01-17 10:51
2012-01-16 15:47
2012-01-16 12:04
2012-01-12 10:55
2012-01-12 10:53
2012-01-09 17:42
2012-01-05 14:07
2012-01-05 10:39
2011-12-29 15:00
2011-12-28 17:32
2011-12-28 11:51
2011-12-27 17:30
2011-12-27 16:35
2011-12-24 14:34
2011-12-24 13:59
2011-12-23 12:28
2011-12-19 13:46
2011-12-17 15:17
2011-12-16 21:05
MƏKTUB YAZMAQ
Adınız və Soyadınız: *
e-Mail: *
Telefon: *
Ünvan: *
*
Şöbə: *
Mətn: *
* göstərilən xanaların doldurulması mütləqdir!


Adınız və Soyadınız: Agasi Cəbrayılov 2011-05-19 10:14
Şöbə: - 9. Ümumi şöbə
Mətn: № 64: - Müraciət
Salam. Zaman qəzetinin 12.05.2011 buraxılışında belə bir xəbər dərc olunub. “Hazırda bir müddət əvvəl gündəmdə olan “Gənclər şəhərciyi” layihəsinin reallaşdırılması mexanizmi üzərində iş gedir”. Bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verib. Onun sözlərinə görə, mövcud qanunvericiliyə və bazar iqtisadiyyatına uyğun bir mexanizm hazırlanır “İnanıram ki, layihə gənclərlə bağlı dövlət proqramında əks olunan ipoteka bəndləri ilə uzlaşdırılacaq və yaxın gələcəkdə buna nail ola biləcəyik”. İ. Babayev bildirib ki, təxminən 1500 gənc ailənin yerləşə biləcəyi bir layihədən söhbət gedir “Çox güman ki, burada da biz sosial ipoteka şərtlərinə uyğun şərtlərdən istifadə edəcəyik. Yəni kim vaxtında irəli durub müraciət etsə, o da evlə təmin olunacaq”. Bu layihədən istifadə etmək üçün nə etmək lazımdır. Müraciət necə olunmalıdır. Xahiş edirəm bu barədə etraflı məlumat verəsiniz. Təşəkkürlər.
(2011-05-19 10:14)
Hörmətli Ağasi Cəbrayılov, Sizin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə ünvanladığınız məktuba baxılmışdır. Bununla əlaqədar olaraq məlumat almaq üçün www.amf.az saytına müraciət etməyinizi tövsiyə edir və Nazirliyimiz tərəfindən əlavə köməklik göstərilməsinin imkan xaricində olduğunu bildiririk.

Adınız və Soyadınız: Vurğun Həsənli 2011-05-10 14:38
Şöbə: - Kadrların uçotu sektoru
Mətn: № 63: - Ərizə
Salam. Mən Vurğun Həsənli 30 aprel 1985-ci ildə anadan olmuşam. Ali təhsil dərəcəm magistrantam. Ali Təhsilimi Türkiyənin Ankara Universitetində almışam. ixtisasım Yaponşünaslıqdır. Həm bakalavrı, həm də magistraturanı universitet birinciliyi ilə bitirmişəm. Diplom qiymətim bakalavr 100-lük sistemlə 95, magistr diplom qiymətim isə 93-dür. iş stajım isə 2 ilə yaxındır. 1 ilə yaxın AR-in Xarici İşlər Nazirliyinin Şərqi Asiya Şöbəsində, 8 ay isə AR-in Yaponiyadakı Səfirliyinin Siyasi və hərbi-siyasi məsələlər üzrə attaşesi vəzifəsində çalışmışam. Anamın rəhmətə getməsi ilə əlaqədar olaraq, cari ilin 7 aprel tarixində öz istəyimlə Səfirlikdəki işimdən çıxmışam. Azərbaycan hüdudlarında dövlət işi axtarıram. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə əlaqədar 6 aprel 2011-ci il tarixli sərəncamına əsasən, xaricdə təhsil almış bir gənc kimi bizim nazirlik olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə mənim münasib işlə təmin olunmağımla bağlı köməklik göstərilməsi xahiş edirəm. Onu da bildirmək istərdim ki, mən AR-in Xarici İşlər Nazirliyinə işə qəbul olunarkən imtahan vermişəm və sözügedən imtahanı uğurla keçmişəm. Lazım olduğu təqdirdə CV-imi göndərə bilərəm. Xahiş edirəm ərizəmə müsbət cavab verəsiniz. Hörmətlə, Vurğun Həsənli 09 May 2011-ci il
(2011-05-10 14:38)
Hörmətli Vurğun m! Sizin işlə təmin olunmaq barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır. Ətraflı məlumatı Azərbaycan Respublikasının Prezidenti yaninda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytından (www.csc.gov.az) əldə edə bilərsiniz.

Adınız və Soyadınız: IlhamƏliyev 2011-05-06 17:35
Şöbə: - İdman şöbəsi
Mətn: № 62: - Müraciət
Mən fiziki səxs kimi və ya hüqüqi səxs kimi mərc oyunları keçiriməsi və ya həmin bizneslə məşğul olmaq üçün sizin nazirlikdən litenziyz almaq istəyirəm.Bunun üçün hansı şöbəyə müraciət etməliyəm.Təşşəkürümü bildirirəm.
(2011-05-06 17:35)
Hörmətli İlham Əliyev Mərc oyunları ilə əlaqədar Sizin müraciətinizə Gənclər və İdman Nazirliyində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, hüquqi və ya fiziki şəxs kimi bu fəaliyyətlə məşğul olmaq üçün lazımi sənədlər barədə məlumat əldə etmək məqsədilə nazirlik tərəfindən akkreditasiya olunmuş Bakı şəhəri Həsən Əliyev küçəsi 208 ünvanında yerləşən “Azərinteltek” QSC-nə müraciət edə bilərsiniz.

Adınız və Soyadınız: Sərvər Nəcəfov 2011-05-02 11:37
Şöbə: - Gənclərlə iş şöbəsi
Mətn: № 61: - Müraciət
Cənab Nazir! Yazıb Sizə bildirirəm ki, Mən-Nəcəfov Sərvər Tahir oğlu 15.05.1991 - ci ildə Ağdam rayonunun Qalayçılar kəndində anadan olmuşam. 2006 - cı ildə Bərdə rayon İdman Kompleksində Boksla məşğul olmağa başlamışam. 3 il ərzində şəraitlə əlaqədar olaraq Bakı şəhərində keçirilən Respublika səviyyəli yarışlarda iştirak edə bilməmişəm. Ancaq 2009 -cu ilin mart ayında Sumqayıt şəhərində keçirilən Respublika çempionatında Brünc medalla təltif olunmuşam. Bundan sonra Ağdam RHK tərəfindən Hərbi xidmətə çağırılmışam və Hərbi xidmətimi Daxili Qoşunların XTB - sində xidmətimi başa vurmuşam. Hal - hazırda çox istərdim ki, yenidən boksla profissyonal səviyyədə məşgul olam və Azərbaycan bayrağını tez bir zamanda dunya səviyyəli yarışlarda ən yüksək zirvələrə qaldırım. Ancaq Bərdə rayonunda şəraitim olmadığı üçün heç nə edə bilmirəm və Sizin də Gənc idmançılarımıza verdiyiniz dəstəyə inanaraq Bakı şəhərində idmanla məşğul olmağım üçün mənə şərait yaratmagınızı xahiş edirəm.
(2011-05-02 11:37)
Sizin müraciət maktubunuza İdman şöbəsində baxılmışdır. Son illər rayonlarda boks idman növünün inkişafı üçün müəyyən işlər gürülmüşdür. Bərdə və Tərtər rayonlarında boks üzrə məşqçi-müəllimlər fəaliyyət göstərir və Respublika yarışlarında yetirmələri ilə çıxış edirlər. Sizin göstərilən rayonların idman idarələrinin rəislərinə müraciət etməyinizi məqsədəuyğun hesab edirik.

Adınız və Soyadınız: Leyla Gülməmmədli 2011-04-22 11:08
Şöbə: - Gənclərlə iş şöbəsi
Mətn: № 60: - Tövsiyyə
salam.Mən Mehriban xanım Əliyevaya məktub yazmaq istəyirəm.Amma bilmirəm bunun üçün hara müraciət edim.Xahiş edirəm mənə kömək edəsiniz.Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
(2011-04-22 11:08)
Hörmətli Leyla xanım, Siz Heydər Əliyev Fonduna müraciət edə bilərsiniz. Fondun saytını Sizə göndərlrlk www.heydar-aliyev-foundation.org

Adınız və Soyadınız: qadimov museyib 2011-04-20 10:35
Şöbə: - Elm və təhsil şöbəsi
Mətn: № 59: - Müraciət
salam men qedimov museyib 25/01/2010 ilde herbi xidmete cagrilmisam.hal hazirdada agdamda N sayli herbi hissede xidmet edirem.herbi xidmeti 01/07/2011 ilde basa vururam bu il ali mektebe imtahan vere bilerem,?xahish cavablandirasiz
(2011-04-20 10:35)
Hörmətli Müseyib m! Ali məktəblərə sənəd qəbulu 2011-ci il aprel ayının 20-dən may ayının 31-dək aparılır. Odur ki, Siz növbəti ildə qəbul imtahanlarında qüvvənizi sınaya bilərsiniz.

Adınız və Soyadınız: ELNUR MEMMEDOV 2011-04-15 10:17
Şöbə: - Elm və təhsil şöbəsi
Mətn: № 58: - Müraciət
Salam! MEN SANKT-PETERBURG SHEHERINDE POLIS AKADEMIYASINDA TEHSIL ALIRAM! MEN INGILIS DILINDE ELMI MEQALE YAZMISHAM VE BU MEQALEYE IRQI AYRI SECKILIK SALARAQ RUS PROFESSORLARI QIYMET VERMEK ISTEMIRLER! MEN SADECE OLARAQ BU MEQALENIN AVROPADA CAP OLUNMAGINI ISTEYIREM! MOVZU YENI-YETMELERIN CINAYETKARLIGI VE AILE! BELE BIR KONTEKSDEN BAXIRIQ! XAISH EDIREM MENE KOMEK EDESINIZ!
(2011-04-15 10:17)
Salam. Nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələnin həll olunmasında hər hansı formada iştirak etmək Gənclər və İdman Nazirliyinin səlahiyyətləri xaricindədir. Təhsil aldığınız Polis Akademiyasının daxili qaydalarına tərəfimizdən hər hansı fikir bildirilməsi yolveriıməzdir.

Adınız və Soyadınız: Əmrahova Aysel 2011-03-02 11:39
Şöbə: - Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektoru
Mətn: № 57: - Təklif
Salam. Men Baki Avrasiya Universitetinin emekdashiyam.Kontingentimizin az olmasina baxmayaraq, universitetimizin yaradici, savadli ve potensialli telebeleri coxdur. Sozu geden telebelerle birlikde cox maraqli iwlere imza atmishiq, narkomaniya eleyhine qisametrajli film bele cekmishik. Hal-hazirda telebelerimizin yeni hedefi milli qehremanlarimizin eziz xatiresini ebedileshdirecek filmler chekmekdir. Filmin ideyasi 3 qehreman haqqinda reportaj, musahibe ve slaydlardan ibaret olan qeyri-adi terzli layihe hazirlamaqdir.Universitetimizle emekdashliq edib filmin partnyoru qisminde chixish etmenizi teklif edirem. Sizlerle ishlemek bizim uchun sheref olardi. Hormetle, BAAU Xarici elaqeler uzre mutexessis-Emrahova Aysel Ilham qizi
(2011-03-02 11:39)
Hörmətli Aysel xanım, Sizin 24 fevral 2011-ci il tarixdə Gənclər və İdman Nazirliyinin elektron poçt ünvanına müraciətinizə baxılmışdır. Müraciətlə əlaqədar bildiririk ki, təşəbbüsünüzü təqdirə layiq hesab edirik. Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Qəhramanlarımızı tanıyaq və tanıdaq” adlı layihə həyata keçirilir. Bununla əlaqədar olaraq, Sizin həmin təşkilata müraciət etməyinizi tövsiyə edirik.

Adınız və Soyadınız: Orxan Novruzov 2011-02-24 11:21
Şöbə: - Dopinqə qarşı mübarizə sektoru
Mətn: № 56: - Ərizə
Men 1984-cu ilde Baki sheherinde anadan olmusham. 2000-ci ilde orta mektebi bitirib Azerbaycan Dovlet Beden Terbiyyesi ve Idman Akademiyasini bitirmishem, 2004-cu ilde orani bitirmishem. 2004-2005 ci illerde herbi xidmetde olmusham, xidmetim Merkezi Ordu Idman Klubunda olub. Ozum Idmanchiyam, idmanin cudo novu ile meshgul olmusham ve hal hazirdada meshglerimi davam etdirirem. Xaish edirem meni Idman nazirliyinin dopingle mubarize shobesi ishe gebul edesiniz. mektubu oxudugunuza gore minnetdaram.
(2011-02-24 11:21)
Hörmətli Orxan Novruzov, Sizin işlə təmin olunmaq barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ünvanlandığınız müraciətə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz nazirliyin aparatında və strukturuna daxil olan qurumlarında inzibati vəzifələrində vakansiya yarandığı təqdirdə "Dövlət Qulluğu Haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən boş vəzifələrin tutulması üçün müsabiqə elan edilir və bu elanda boş inzibati vəzifənin adı, bu vəzifənin tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələb və şərtlər göstərilir. Yalnız müsabiqədə qalib gələn namizədlərin dövlət qulluğuna işə qəbul edilməsi mümkündür. Ətraflı məlumatı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında www.csc.gov.az əldə edə bilərsiniz.

Adınız və Soyadınız: Raksana Qasimova 2011-02-21 15:42
Şöbə: - Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektoru
Mətn: № 55: - Müraciət
Salam mən Uluslar Arasi Türkcə olimpiadasina qatilmaq isteyirəm.Lakin bunun üçün hara müraciət edəcəyimi bilmirəm.Xahis edirəm bu barədə məlumat verəsiniz.
(2011-02-21 15:42)
Hörmətli Rəqsanə xanım, Uluslar Arası Türkcə olimpiadası ilə bağlı bütün məlumatları tədbirin resmi saytından öyrənə bilərsiniz — www.turkceolimpiyatlari.org Ümüdvarıq ki, gələcəkdə bu cür məlumatları özünüz internet vasitısi ilə tapa biləcəksiniz.

Adınız və Soyadınız: Azimov Aziz 2011-02-21 15:40
Şöbə: - Gənclərlə iş şöbəsi
Mətn: № 54: - Müraciət
salam xahish edirem menim sualima cavab veresiniz Azerbaycanda indiye qeder nece defe gencler forumu olub
(2011-02-21 15:40)
Hörmətli Aziz müəllim, Sualınızla bağlı bildiririk ki, Gənclər və İdman Nazirliyin rəsmi saytında göstərildiyi kimi bu günədək Azərbaycan Gənclərinin 5 Formu keçirilmişdir I — 1996-ci ildə II — 1999-cu ildə III — 2003-cü ildə IV — 2005-ci ildə V — 2008-ci ildə. Azərbaycan Gənclərinin VI Forumu 2011-ci ildə keçiriləçəkdir.

Adınız və Soyadınız: Anar Samadzade 2011-02-21 15:45
Şöbə: - Gənclərlə iş şöbəsi
Mətn: № 53: - Müraciət
Salam mən gənclərlə bağlı nazirliyin keçirdiyi hər hansı bir tədbirlərlə bağlı işlərində iştirak etmək istəyirəm. Maraqlı, intellektual, görüşlərdə tədbirlərdə iştirak üçün necə və kiminlə əlaqə saxlamaq olar Hörmətlə Anar Səmədzadə
(2011-02-21 15:45)
Hörmətli Anar müəllim, Bildiririk ki, Gənclər sahəsində keçirilən tədbirlərlə bağlı məlumatlar Gənclər və İdman Nazirliyinin rəsmi saytında yerləşdirilir (www.mys.gov.az). Bu tədbirlərdə gənclərin iştirakı tədbirin məqsədi və mahiyyətindən asılıdır. Tədbirlərdə iştirak seçim (müsabiqə tipli tədbirlər), rəsmi dəvət (konfrans, trening və s. tədbirlər), elan əsasında dəvət və s. vasitələrlə hayata keçirilir. Daha ətraflı məlumat almaq üçün Nazirliyinin rəsmi saytına və yaşadığınız rayonun Gənclər və İdman idarəsindən ala bilərsiniz. Həmçinin gənclər hərəkatında daha fəal iştirak üçün gənclərin Qeyri Hökümət Təşkilatlarına və ali məktəblərdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarına müraciət edə bilərsiniz.

Adınız və Soyadınız: Vasif Abdullayev 2011-01-24 16:44
Şöbə: - Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektoru
Mətn: № 52: - Müraciət
salam biz Ucar rayonunda gənclər ücün hərbi idman kulubu yaratmaq istəyirik ancaq Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə əməkdaşlıq etmək istəyirik Çox xaiş edirəm KHVTİC nin unvanın email adresime göndərəsiniz svastika88@box.az 051 9223711
(2011-01-24 16:44)
Hörmətli Vasif m! Sizin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ünvanladığınız elektron məktuba nazirliyi İdman şöbəsində baxılmışdır. Müraciətdə qeyd etdiyiniz məsələ ilə bağlı Respublika Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika şurasına (sədr N. Novruzov tel 494 88 10; 596 75 23 (faks) müraciət edə bilərsiniz.

Adınız və Soyadınız: Elnur Tagiyev 2011-01-26 11:59
Şöbə: - Elm və təhsil şöbəsi
Mətn: № 51: - Müraciət
Hormetli nazir.Bu muraciyetim bununla elaqedardir ki,2009 Azerbaycan Dovlet Beden Terbiyesi Akademiyasini bitirmisem.Akademiyani bitirdikden sonra herbi xidmete yollanmisam.Vetene borcumu verdikden oz ixtisasimla calismaq isteyirem.Ixtisasim idman oyun novleridir.Ozum cudo uzre mesgul oluram.Idman usdasi derecesi almisam.Muraciyetim budurki meni ixtisasima uygun isle teklif edesiniz.Hormetle Elnur Tagiyev
(2011-01-26 11:58)
Hörmətli Elnur Tagıyev, Sizin işlə təmin olunmaq barədə elektron ərizə ilə müraciətinizə Gənclər və İdman Nazirliyində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Gənclər və İdman Nazirliyi dövlət orqanıdır. Nazirliyin aparatında və strukturuna daxil olan qurumlarda inzibati vəzifələrdə vakansiya yarandıgı təqdirdə bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qullugu Məsəslələri üzrə Komissiyaya məlumat verilir. Komissiya tərəfindən “Dövlət Qullugu Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən boş vəzifələrin tutulması üçün müsabiqə elan edilir. Elanda boş inzibatı vəzifənin adı, vətəndaşlar qarşısında qoyulan tələb və şərtlər göstərilir. İşə qəbul bu Komissiya tərəfindən aparılır. Ətraflı məlumatı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qullugu Məsəslələri üzrə Komissiyanın internet saytında (www.csc.gov.az) əldə edə bilərsiniz.

Adınız və Soyadınız: Azər Əliyev 2011-02-02 12:05
Şöbə: - Gənclərlə iş şöbəsi
Mətn: № 50: - Təklif
Salam. Sizi narahat edən Buzovna və Albalılıq qəsəbələri sakinləridir. Öncə onu qeyd etmək istərdik ki, hörmətli Prezident tərəfindən olimpiya komplekslərinin tikintisi təşəbbüsünü alqışlayır və bu dəyərli işdə aidiyyatı bütün qurumlara uğurlar arzulayırıq. Təəssüflə bir məsələni qeyd etmək istərdik ki, Buzovna və Albalılıq qəsəbələrində heç bir idman zalı, idman kompleksi yoxdur. Bu qəsəbələrə ən yaxın idman kompleksləri Şağan və Maştağa qəsəbələrində yerləşir. Lakin yolun uzun olmasına görə azyaşlı uşaqlar və yola vaxt itkisi ilə əlaqədar bir çoxlarının bu komplekslərdən yararlanması mümkünsüz olur. Xahiş edirik, Buzovna və Albalılıq qəsəbələrində idman kompleksinin, zalların yaradılması ilə bağlı tədbirlər görəsiniz. Bu yüzlərlə uşaqların fiziki və mənəvi inkişafı üçün böyük töhfə olardı.Diqqətinizə görə çox saq olun.
(2011-02-02 12:05)
Hörmətli Azər Əliyev, Sizin müraciətinizə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üzrə Buzovna qəsəbəsində idman zalının tikintisi nəzərdə tutulmuşdur. Həmin məqsədlə maliyyə vəsaiti ayrılacağı təqdirdə Buzovna və Albalılıq qəsəbələri ərazisində idman zalının tikintisi həyata keçiriləcəkdir.

← Əvvəlki    1  2  3  4  5  6  7    Növbəti →
AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 496

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva