E-müraciət

Tam adınız: *
e-Mail: *
Telefon: *
Ünvan: *
*
Şöbə: *
Sualınız: *
Kod: *

* - doldurulması mütləqdir



İyul
12
2013
Tam adınız: Gyulnar(ranluyg.avorihsab@gmail.com)
Sualınız: Sizə bir layihə təqdim edə bilərəm?
Cavab:
Hörmətli Gülnar xanım, Nəzərinizə çatdırırıq ki, Gənclər və İdman Nazirliyi yalnız nizamnamə məqsədlərində gənclərlə işi nəzərdə tutan və fəaliyyəti yalnız gənclər sahəsini əhatə edən qeyri-hökumət gənclər təşkilatları tərəfindən təqdim edilən layihələri maliyyələşdirir.
İyul
10
2013
Tam adınız: Agalar(agalar.memmedov@yandex.com)
Sualınız: salam əvvəla size təşəkkür etmək istiyirəm ki belə bir saytın yaradılması Azərbaycanda gənclərin gələcək inkişafının stimullaşdırılmasında böyük töhfələr verir və verəcək menim sizə sualım budur ki Mən nazirliyin nəznində Mən Azərbaycanlıyam adı altında bir layihə keçırilməsi düşünülür ancaq iş orasındadır ki mən saytda bu haqda məlumat tapa bilmədim buna görə sizdən xahiçim bundan ibarətdir ki əgər həqiqətən belə bir layihə varsa mənə bu layihənin linkini e-mail unvanıma göndərəsiniz bir daha təşəkkür edirəm
Cavab:
Salam. Saytın URL ünvanı-www.menazerbaycanliyam.az
İyul
17
2013
Tam adınız: İnci(ince2589@gmail.com)
Sualınız: Salam.
Mən İtaliyada keciriliecek Caucasus İnternational Summer school`a iştirak haqqı qazanmışam. Amma maddi səbəəblər üzündən qatıla bilmirəm. 4 iyun tarixində isə onlara cavab verməliyəm. Konfrans-yay məktəbi olan tədbirdə Leyla Aliyeva da istirak edecek. Xahiş edirəm kömək edin.Gənclər Fonduna müraciət etmişəm, amma onlar 1 ay müddətində cavab verəcəklər. Bu isə çox gecdir
Cavab:
Hörmətli İnci xanım, Nəzərinizə çatdırırıq ki, vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müraciətə baxılma müddəti 15 gündən - 1 ayadəkdir. Bununla əlaqədar gələcəkdə bu və ya digər müraciətlə bağlı qanuna əsasən müraciətə baxılma müddətini nəzərə almağınız tövsiyə olunur.
İyul
2
2013
Tam adınız: Xudaverdiyev Elvin Eynulla oqlu(10uj023@mail.ru)
Sualınız: Hormetli Azad Rehimov,men avto idman novu uzre Azerbaycan Bayraginizi Ukrainada iki defe qaldirmisam. Sizden xaisim odur ki,mene destek olasiniz ve mende Azerbaycanin avto idman novunu butun dunyaya tanidim. Hormetle Elvin!
Cavab:
İdman şöbəsi tərəfindən müraciətiniz araşdırılmışdır. Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Avtomobil İdmanı Federasiyasına müraciət etməyinizi xahiş edirik. Tel5664881
İyul
22
2013
Tam adınız: Yusubova Necabet(seva_snej@yahoo.com)
Sualınız: Men Sizden shehid aileleri uchun guzeshtli esaslarla usaqlarimin asude vaxtinin semereli kecirilmesi ucun yay istirahet dushergesine
gonderish elde edilmesi ucun yardim etmek ucun muraciet edirem. evvvelceden teshekkurler
Cavab:
Nəzərinizə çatdırırıq ki, Gənclər və İdman Nazirliyi tərəfindən cari ilin iyul-avqust aylarında yay istirahət düşərgəsi təşkil olunur. Bununla bağlı əlavə məlumat əldə etmək üçün yaşadığınız ərazidə yerləşən yerli Gənclər və İdman idarəsi ilə əlaqə saxlaya və ya 4658416 nömrəsinə zəng vuraraq məlumat əldə edə bilərsiniz.
İyul
22
2013
Tam adınız: Fərid(programmer_pro@bk.ru)
Sualınız: Salam . Sizə Bir Sualim var . Bu il mən necə Yay Düşərgəsinə düşə bilərəm *?
Cavab:
Nəzərinizə çatdırırıq ki, Gənclər və İdman Nazirliyi tərəfindən cari ilin iyul-avqust aylarında yay istirahət düşərgəsi təşkil olunur. Bununla bağlı əlavə məlumat əldə etmək üçün yaşadığınız ərazidə yerləşən yerli Gənclər və İdman idarəsi ilə əlaqə saxlaya və ya 4658416 nömrəsinə zəng vuraraq məlumat əldə edə bilərsiniz.
İyul
10
2013
Tam adınız: Mətləb(matlab_mirzayev@yahoo.com)
Sualınız: Salam.Mən Sizə AMEA,Radiyasiya Problemləri İnstitutundan yaziram. Bilmək istərdim ki,gənc alim və tədqiqatcilarin layihələrini həyata kecirilməsində və maliyyələşdirilməsində Sizin Cənclərin elm fondu varmi, varsa bu fonda layihələr necə təqdim etmək lazimdir? Tesekkurler!
Cavab:
Sizin Gənclər və İdman Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Gənclər və İdman Nazirliyi yalnız gənclərin qeyri-hökümət təşkilatları tərəfindən təqdim olunan layihələrin müsabiqə yolu ilə maliyyələşdirilməsini həyata keçirir. Məlumat üçün bildiririk ki, 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu fəaliyyət göstərir. Fond tərəfindən mütəmadi olaraq gənc alim və mütəxəssislərin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə gənc alimlərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələr təşkil olunur. Qeyd edək ki, 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da fəaliyyət göstərir. Gənclər Fondu tərəfindən elan olunan müsabiqələrdə "Azərbaycanlı gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi" istiqaməti üzrə layihələr qəbul olunur. Bununla əlaqədar olaraq layihəniz olduğu təqdirdə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna müraciət etməyinizi tövsiyyə edirik. Elan olunacaq növbəti müsabiqələr barədə daha geniş məlumatı sözügedən qurumların rəsmi internet saytlarından əldə edə bilərsiniz.
İyul
18
2013
Tam adınız: Seymur Veliyev(seymurveliyev@mail.ru)
Sualınız: Salam.
2013 cu ilin üçün hansi yay məktəbləri tədbirləri nəzərdə tutulub və istirak qaydalari hansılardir,
Öncədən minnətdarlığımı bildirirəm.
Cavab:
Nəzərinizə çatdırırıq ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 11-18 avqust 2013-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində Bakı və Naxçıvan şəhərlərinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə “VII Liderlik məktəbi” adlı layihə həyata keçiriləcəkdir. Ətraflı məlumat əldə etmək üçün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına müraciət edə bilərsiniz.
May
29
2013
Tam adınız: Rəqsanə Məmmədova(raqsanaintiqamqizi@gmail.com)
Sualınız: Salam, men “Ümüdlü Gələcək və İşgüzar Gənclər” İctimai Birliyini tesis etmisem ve birliyin məqsədi Azərbaycanda yaşı 16- dan yuxarı olan valideyn himayəsindən məhrum olmuş, kimsəsiz uşaq və gənclərin cəmiyyətə adaptasiya olunmasına, mənəvi və psixoloji yardım etməkdən ibarətdir.Sizden bizim birliye destek olmaginizi xahiş edirem o usaqlarin komeye ehtiyaclari var.
Cavab:
Salam Rəqsanə, Təsis etdiyiniz “Ümüdlü Gələcək və İşgüzar Gənclər” İctimai Birliyinin fəaliyyətinə uğurlar arzulayırıq. Eyni zamanda bidiririk ki, nazirlik yalnız dövlət qeydiyyatına alınmış, nizamnamə məqsədlərində gənclərlə işi nəzərdə tutan və fəaliyyəti yalnız gənclər sahəsini əhatə edən gənclər təşkilatları ilə əməkdaşlıq etmək səlahiyyətinə malikdir. Xahiş edirik nəzərə alasınız.
May
22
2013
Tam adınız: Elshad Dilivarov(dilivarov@mail.ru)
Sualınız: Salam Cenab Nazir Men Ozel Oz Ishimi Gurmag Isteyirem Turizim Ishini Sadeje Meni Vesayitim Mene Imkan Vermirki Lisenziya Alim Bashka Hansi Bir Yola Men bu Ishle Meshkul Ola Bilere? Bir Azerbayjan Genji Kimi Butun Bize Gelen Xaricilere Bizim Gozel Gusheleri Gostermek Isterdim Ve Hal Hazirda bir Neje Xarici Turizim Shirketlerinen Mene Teklifler Gelir Menim Lisenziyam Olmadixina Gore Men Olari Cavablandira Bilmirem Eger Imkan Olsa Bir Cixish Yolu Deyerdiz Zehmet Olmasa
Cavab:
May
22
2013
Tam adınız: Ingilab Musayev(ingilab.musayev@mail.ru)
Sualınız: Salam. manim siza yazdiqim ikinci maktubdur.Man AzaridmanServis MMC sirkatinin bas direktoru Azar Maharramov yoldasin qabuluna dusa bilmiram. Girisda mana dedilar ki ,kimsa zang etmalidir biza deyilmalidir ondan sonra. basa dusmuram,Icra bascisinin, polis raisinin, rayon prokurorunun qabuluna gedanda vatandasi tez bir vaxtda qabul edib ,dinlayib va laziumi tadbirlar gorurlar.Dagig bilmiram, balkada bu hagda bas direktora hac bir malumat verilmir.Sizdan artig daracada xahis ediram ,bir Azarbaycan vatandasi olaraq,mana komaklik edasiniz.Avvalcadan minnatdaram.
Cavab:
Salam. "Azəridmanservis" MMC-nin ünvanını diqqətinizə çatdırırıq. Az1072 Bakı şəh Olimpiya küçəsi,4 Tel564-79-86 e-mailmazer@mys.gov.az
May
22
2013
Tam adınız: Ingilab Musayev(ingilab.musayev@mail.ru)
Sualınız: salam man azarbaycanda ilk topazin agentlaruindanam cox aziyyet cekib ttopazi reklam ede ede yaxsi veziyyete getirmisem deyilesi sozum coxdur ancag goirusub demek isteyirem. man azaridman servis mmc sirketinin bas direktoru Azar Maharramovun gebuluna duse bilmirem belke ona demirler ,deye bilmerem sizden xahis edirem mene onun gebuluna dusmek ucun komek edesiniz.
Cavab:
Salam. "Azəridmanservis" MMC-nin ünvanını diqqətinizə çatdırırıq. Az1072 Bakı şəh Olimpiya küçəsi,4 Tel564-79-86 e-mailmazer@mys.gov.az
May
22
2013
Tam adınız: Elsen Mikayilov(poctmen@mail.ru)
Sualınız: salam men 1 ci qrup elilem idmanin oxculuq veya aticiliq novleri ile mesgul olmaq isteyirem mene komek etmenizi xahis edirem
Cavab:
Salam. Xahiş edirik Paralimpiya komitəsinə müraciət edin. azenpc@hotmail.com
May
24
2013
Tam adınız: Ramal Əsgərov(ramals@hotmail.com)
Sualınız: Salam hörmətli Cənab Nazir.Mən 2 ali təhsilli,Taekwondo üzrə 4-cü dan qara kəmər usdası, Məşqçı müəllim və 2 kateqoriya üzrə beynəkxalq dərəcəli hakiməm.Eyni zamanda London olimpiadası üçün keçirilən hakimlərin lisenziyasının iştirakçısıyam.Hörmətli Cənab Nazir xahiş edirəm mənə ipoteka almaq üçün köməklik edəsiniz.
Cavab:
Hörmətli Ramal müıllim, Sizin müraciətinizə Gənclər və İdman Nazirliyində baxılmışdır. Bununla əlaqədar olaraq güzəştli ipoteka kreditlərinin alınması ilə bağlı məlumatı http//www.amf.cbar.az/ saytından əldə edə bilərsiniz. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, Nazirliyimiz tərəfindən əlavə köməklik göstərilməsi imkan xaricindədir.
May
22
2013
Tam adınız: Camal Memmedov(camal_boxer@mail.ru)
Sualınız: salam qeyri olimpiya idman novu uzre(kinboksinq) dunya cempionuyam bu il idman akademyasina qebul olmaq isdeyirem Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 iyul 2012-ci il tarixli, 159 nömrəli qərarı hal hazirda quvvededirmi? men bu imtiyazlardan istifade ede bileremmi/?
Cavab:
Salam. Təəsüflər olsun ki, adı çəkilən qərara əsasən kikboksinq idman növü Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmayıb. Sizin akademiyaya qəbul olmağınız adi qaydada aparılır.
May
23
2013
Tam adınız: Gafar(qafarsahratov@gmail.com)
Sualınız: Salam,Menim shikayetim onunla baglidir ki bizm Rayon kendinde Yardimli Rayonunda,xususilede Chayuzu kendinde Cudo mektebimiz varidi.Lakin bir nece ildir ki bu mekteb baglanib.Neye gore? Bakidan gelen numayende heyyeti yaxshi qarshilanmayib.rushvet verilmeyib ona gore.Hormetli cenab prezdentimizin serancamina esasen idman Azerbaycanda inkishaf etdiyi bir vaxtda bu addim niye atilib.Rushvet verilmediyi ucun?,Xahsih edirik arasdirilsin bu mesele,men Cenab prezdentimize de muraciet edecem bu haqda.Yardimli rayonunda Cudo mektebi niye baglandi.
Hormetle.
Cavab:
Salam. Yardımlı rayon Uşaq-Gənclər İdman Məktəbi Təhsil Nazirliyinin tabeliyindədir. Xahiş edirik mövcud məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edəsiniz.
May
29
2013
Tam adınız: Kənan(bashirovknn@gmail.com)
Sualınız: Salam. Demek olarki bütun mövzularda layihələr, seminarlar, traninglər, Gənc alimlər üçün keçirilən sessiyalarda Neft Qaz ixtisasindan başqa her cür ixtisasa toxunursunuz
Cavab:
Salam Kənan, Təklifiniz üçün təşəkkür edirik. Məlumat üçün bildiririk ki, dövlət gənclər siyasəti gənclərin maraqlarını əhatə etməklə müxtəlif istiqamətlərdə fəaliyyətlər həyata keçirilir. Neft-qaz ixtisası üzrə peşəkar təşkilatlardan biri olan “Gənc Xəzər Mühəndisləri” İctimai Birliyi ilə əlaqə saxlamağınızı tövsiyə edirik. Ünvan SAT PLAZA biznes mərkəzinin 8-ci mərtəbəsi, Bəşir Səfəroğlu küçəsi. 133, Bakı, Azərbaycan. http//thecesworld.org/az/
May
23
2013
Tam adınız: konul(astara81@gmail.com)
Sualınız: salam.telebe endirim karti haqqinda bilmek isteyerdim.bir de bu karti harada verirler.men ADAU nun 4cu kurs telebesiyem.
Cavab:
Hörmətli Könül xanım. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə “Azərbaycan tələbə kartı” ilə bağlı ünvanladığınız müraciətlə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan tələbə kartı ilə əlaqədar olaraq təhsil aldığınız Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatına (sədr Hafiz Bayramov) və ya birbaşa olaraq “Xəzər İnvestisiya Mərkəzi”nə ( +994 12 436 77 50, 436 77 51) müraciət edə bilərsiniz.
May
23
2013
Tam adınız: Ferhad Asedov(farxad-214-a@mail.ru)
Sualınız: Men,Asadov Ferhad,1998-1999 yashli idmancilar arasinda Yungul Atletika uzre 60 ve 200 m. mesafeye qacishda Baki ve Azerbaycan cempionuyam.(11-12.01.13) .Bu barede diplomlar var.(Nazirin imzasi ile ).Size muraciyet etmeyimin esas sebebiBaki Ve Azerbaycan cempionu kimi Turkiyede kecirilecek yariwlarda Azerbaycani temsil etmeli idim.Lakin mene bu yaxinlarda bildiriblerki adim yarisha gedecek idmancilar sirasinda yoxdur.Men cox vaxtimi ve gucumu serf etmishemki birinci olum.Tek ozume gore yox,hemde Azerbaycanimizi laiqince diqer dovletlerde temsil edim.Basha dushmurem men cempion ola-ola Azerbaycani turkiyede kim temsil edecek.Xahish edirem mene komeklik edesiniz.
Cavab:
Hörmətli Fərhad Əsədov. Sizin Türkiyədə keçiriləcək yarışlarda iştirak etməyiniz üçün ümumvətəndaşlıq pasportunuz olmayıb. Eyni zamanda bildiririk ki, Türkiyədə ölkəmizi yüksək nəticələr verə biləcək idmançılar təmsil edəcəklər.
May
22
2013
Tam adınız: Fariz(azeri79@mail.ru)
Sualınız: Cənab Nazir yazib sizdən xaiş edrəm ki biz idmana həvəsmiz var ama bir zalimiz yoxdur ki biz idmanla məşqul olaq Cənab Nazir yazib sizdən xaiş edrəm bizm bu müraciyətmizə baxasniz öz minlatarlqmizi bildrik.
Cavab:
Salam. Yaxın zamanlarda müxtəlif tipli idman qurğularının inşası planlaşdırılır. Sizin qaldlrdığınız məsələ yaxın zamanlarda öz həllini tapacaqdır.
← əvvəlki    1  2  3  4  5  6  7  8  9  10  11    növbəti 
Baku2015

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

Partnyorlar