Azərbaycanın ən dilbər guşəsində inşa edilmiş və 18 hektar sahəni əhatə edir. Beynəlxalq standartlara cavab verən və 5000 tamaşaçı üçün nəzərdə tutulmuş olimpiya stadionu bütün sutka ərzində yarış və məşqlərin keçirilməsinə imkan verir. Quba Olimpiya Kompleksinin 2000 tamaşaçı üçün nəzərdə tutulan qapalı idman meydançası kompleksin nəhəng qurğusudur. Bu meydança voleybol, basketbol, tennis, mini futbol, gimnastika və digər idman növləri üçün inşa edilib. Kompleksin 1500 nəfərlik qapalı üzgüçülük hovuzu ölkənin ən iri hovuzlarından biridir. Uzunluğu 50, eni isə 25 metr olan 12 cığırlı hovuz bütün standartlara cavab verir. Qış fəslində hovuzun suyu 30 dərəcəyə qədər qızdırılır. 2200 ton su tutan hovuzda saatda 400 ton su 12 nəhəng filter vasitəsilə təmizlənir. Nəticədə hovuzun suyu tər-təmiz və bullur kimi şəffaf qalır.














