Kateqoriya: Elm və Təhsil
Növ: Təhsil
Əlaqəli şəxs: Sadıxov Qədəmşah Qədəmşah oğlu
Vəzifə: Direktor
E-mail: gpm@mys.gov.az
İndeks: AZ1110
Şəhər: Bakı

Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi

Azərbaycan Respublikasının Prezidenti 29 iyul 1999-cu il tarixli fərmanı və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 avqust 2001-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin nəzdində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi yaradılmışdır. 

Mərkəzin əsas məqsədi dövlət gənclər siyasətinin formalaşdırılması və həyata keçirilməsi üçün elmi baza yaratmaq, gənclik problematikası üzrə araşdırmalar aparmaqdır. Ölkənin inkişafında gənclərin fəal iştirakını təmin etmək üçün konsepsiyaların, proqramların, qanunvericilik və digər normativ-hüquqi aktların layihələrini, onların həyata keçirilməsi üçün fəaliyyət mexanizmini hazırlayır. 
Gənclərin problemləri ilə bağlı elmi araşdırmalar fəaliyyət istiqamətləri üzrə bölünür:
1. Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması
2. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı
3. Gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası
4. Gənc ailələrin problemləri
5. Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi
6. Gənclərin asudə vaxtının səmərəli təşkili
7. Gənclərin beynəlxalq əməkdaşlığının inkişafı
8. Ətraf mühitin qorunmasında gənclərin iştirakı

Mərkəz, gənclərin problemləri ilə bağlı elmi araşdırmaların səmərəli təşkili üçün xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir, ümumləşdirir və onun tətbiqi üçün təkliflər hazırlayır.
Daha ətraflı məlumalar, Mərkəzin internet səhifəsində yerləşdirilir.

Yerləşdiyi ünvan: Bakı şəhəri, N. Nərimanov r., Sülh döngəsi 2A 
Əlaqə telefonu: 5649029
Email: gpm@mys.gov.az
İnternet səhifəsi: http://www.gencalim.az/