Növ: İdman Qurğusu
Əlaqəli şəxs: Əsgərəlizadə Salam Bağır oğlu
Şəxsin vəzifəsi: Direktor
Telefon:
E-mail:
İndeks:
Şəhər: Bakı
Telefon: (012) 511-54-08

Bakı Tennis Akademiyası

Bakı Tennis Akademiyası 2009-cu il mayın 5-də isti­fadəyə verilib və Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. 8-ci mikrorayonda yerləşən akademiyanın ümumi ərazisi 2,7 hektardır.
Mərkəzi kort da daxil olmaqla, kompleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
Uzunluğu 126, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutan qapalı zalda müasir tələblərə cavab verən şərait vardır. Kortların hər birinin sahəsi, beynəlxalq standartlara uyğun olaraq, 670 kvadratmetrə bərabərdir.
İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb.
Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı da istifadəyə verilib.
Bundan başqa, ümumi sahəsi 2510 kvadratmetr olan, 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür.