Növ: İdman Qurğusu
Əlaqəli şəxs: Cavid Qarayev
Şəxsin vəzifəsi: Baş Direktor
Telefon:
E-mail: info@boss.az
İndeks: AZ1040
Şəhər: Bakı
Telefon: (012) 422 64 10 / 15

Bakı Olimpiya Stadionu

Bakı Olimpiya Stadionunun təməli 2011-ci ildə qoyulub və 2015-ci il martın 18-də istifadəyə verilib. Təxminən 50 hektar ərazidə tikilən, hündürlüyü 62 metr olan stadion 6 mərtəbədən ibarətdir.  Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumu olan stadiona olimpiya normativlərinə əsasən, insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3100 yerlik avtomobil parkı inşa edilib.

Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcüddur. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları məhz bu stadionda təşkil olunub.