Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2008 yanvar 17
Ərazi: 3 Hektar
Ünvan: Quzanlı kəndi
İndeks: AZ0233
Şəhər: Ağdam
Telefon: 026-325-06-17
Faks:
E-mail: idman@mys.gov.az

Ağdam Olimpiya İdman Kompleksi

Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa olunmuş Ağdam Olimpiya İdman Kompleksi 2008-ci il yanvarın 17-də istifadəyə verilib.

Üç hektar ərazisi olan kompleksin ikimərtəbəli binasında 500 yerlik tribunaları olan idman zalı (20x40 m), habelə kiçik idman salonu, trenajor zalı, məşq salonları inşa edilmişdir. Kompleksin ərazisində beynəlxalq standartlara uyğun, 2 min yerlik tribunaları olan təbii ot örtüklü futbol stadionu (75x115 m), voleybol və basketbol meydançaları mövcuddur.

Ağdam Olimpiya İdman Kompleksinin ərazisində10 otaqlı, 30 yataq yeri olan  mehmanxana da  vardır.