Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2007 aprel 09
Ərazi: 3,5 Hektar
Ünvan: Talışxanov küçəsi
İndeks: AZ-4400
Şəhər: Masallı
Telefon: 0151-5-54-86
Faks: 0151-5-47-13

Masallı Olimpiya İdman Kompleksi

Masallı Olimpiya İdman Kompleksi 2007-ci il aprelin 9-da istifadəyə verilib. 
Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, örtülü üzgüçülük hovuzu, süni örtüklü voleybol və basketbol meydançaları, iki tennis kortu, mini-futbol meydançası daxildir. Olimpiya kompleksində avtomobil dayanacaqları və digər xidmət obyektləri də tikilmiş, idmançılar üçün hər cür şərait yaradılmışdır. Dördulduzlu mehmanxana səviyyəsində ondan kottecləri və 60 nəfərlik yeməkxanası var.
Kompleksdə 700-dən çox tamaşaçı yeri olan böyük salonda bütün əl oyunları, mini-futbol, güləş və digər idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Uzunluğu 25 metr olan üzgüçülük hovuzu Avropa ölkələri layihəsi əsasında inşa olunmuşdur və beynəlxalq standartlara uyğundur. Kompleksin ərazisinin ümumi sahəsi 3,5 hektardır.
Kompleksin 3 mərtəbəli binasının ümumi sahəsi 6 min 230 kvadratmetrdir.
Kompleksin ikinci mərtəbəsində gimnastika və boks, üçüncü mərtəbəsində isə güləş, trenajor salonları yerləşir. Kompleksə açıq səma altında müasir standartlara cavab verən otüstü hokkey stadionu daxildir. Sahəsi 6,3 min kvadratmetr olan stadionun 210 nəfər tamaşaçı tutan tribunası var.