Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2002 sentyabr 12
Ərazi: 3 Hektar
Ünvan: Nizami və Şahsevənlər küçələrinin kəsişməsi
İndeks: AZ2000
Şəhər: Gəncə
Telefon: 022-54-34-75
Faks: 022-56-89-79
E-mail: info@mys.gov.az

Gəncə Olimpiya İdman Kompleksi

Kompleksin I korpusu 2002-ci ildə tikilib istifadəyə verilib. 2006-cı ildə kompleksin II korpusu inşa olunub.

Ümumi sahəsi 3 hektar olan kompleksin əsas binasında 2 zal var: tamaşaçı tutumu 900 nəfər olan idman zalı (48x22 m) və 220 nəfərlik güləş zalı (32x22 m). Örtülü üzgüçülük hovuzu (ölçüsü 25x15m, tamaşaçı tutumu 120 nəfər), 10 geyinib-soyunma, 1 köməkçi və 1 məşqçi-müəllim otaqları, 1 məşq zalı (ölçüsü 9x15m), 1 konfrans zalı (ölçüsü 18x6m), 2 kafe, inzibati otaqlar və qarderob (tutumu 1000 nəfər) fəaliyyət göstərir.

Kompleksin ərazisində açıq basketbol meydançası (tamaşaçı tutumu 160 nəfər) da inşa edilib. Hal-hazırda kompleksdə idmanın 12 növü üzrə 28 bölmə fəaliyyət göstərir. Gün ərzində kompleksdə 700-ə yaxın idmançı məşğul olur. Kompleksdə 18 məşqçi-müəllim müqavilə əsasında fəaliyyət göstərir.