Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2008 sentyabr 20
Ərazi: 4,5 Hektar
Ünvan: H.Əliyev küçəsi, 1
İndeks: AZ4800
Şəhər: Oğuz
Telefon: 024-215-31-75
Faks:
E-mail: oguzoik@mys.az

Oğuz Olimpiya İdman Kompleksi

Oğuz Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 20-də istifadəyə verilib. 4,5 hektar ərazidə yerləşən kompleksin əsas korpusuna 408 tamaşaçı yerlik tribunaları olan universal idman zalı (60x40 m), trenajor zalı, 100 yerlik konfrans salonları, restoran-bar, habelə inzibati otaqlar daxildir. Digər korpusda 25x12 m ölçülü üzgüçülük hovuzu vardır. Kompleksin ərazisində 1728 yerlik tribunaları olan və beynəlxalq standartlara cavab verən futbol stadionu (60x110 m), voleybol, basketbol meydançaları, tennis kortu tikilmişdir. İdmançıların qalması və istirahəti üçün hər birində 6 yataq yeri olan 5 kottec tikilmişdir. Stadiona Türkiyədən gətirilmiş süni örtük döşənmişdir.
İdman qurğusunun nasos stansiyası, transformatoru, qazanxanası, h
ər birinin tutumu 400 kubmetr olan 2 ehtiyat su anbarı, yanğından mühafizə məntəqəsi də vardır.