Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2003 sentyabr 11
Ərazi: 16 Hektar
Ünvan: Quba-Bakı magistralı, 4-cü km
İndeks: AZ4000
Şəhər: Quba
Telefon: 0169-5-1517, 0169-5-29-85
Faks:

Quba Olimpiya İdman Kompleksi

Quba Olimpiya İdman Kompleksi 2003-cü il oktyabrın 11-də istifadəyə verilib. 16 hekatarlıq ərazidə yerləşən böyük istirahət və idman ocağı həm də geniş imkanları ilə seçilir. Burada futbol, mini-futbol, basketbol, voleybol kimi komanda idman növlərinin inkişaf etdirilməsi üçün hər bir şərait var. 
Kompleksd
ə otel otaqları ilə yanaşı, 2 mərtəbəli kotteclər, geniş mənzillər, həmçinin 200-nəfərlik konfrans salonu da var.
Ərazidəki 5 zaldan böyüyü 2000 tamaşaçı tutur. 2 kiçik zaldan biri trenajorlar, digəri isə boks meydançası ilə təchiz olunub. Köməkçi zaldan isə güləşçilər faydalana bilirlər.
Kompleksd
ə bir çox idman yarışını da təşkil etmək üçün hər bir şərait var. 10 soyunub geyinmə, tibb məntəqəsi, komutator, mühafizə otagı, operator, texniki şöbə kimi otaqlar xidmətin səviyyəsini artırmağa kömək edir.
5100 tamaşaçı tutumu olan futbol meydançası da bu idman növününü t
ələblərinə uyğun bütün şəraitlə təchiz olunub. 50 metrlik üzgüçülük hovuzu da həm məşq, həm də yarışların keçirilməsinə tam yararlıdır. Burada 10 cığırlı üzmə zolağı, 1010 nəfərlik 3 tamaşaçı tribunası var.
Burada 3-m
ərtəbəli 24 otaqlı (11 otaq 2-nəfərlik, 9-u 3-nəfərlik, 4-ü 4-nəfərlik olmaqla) mehmanxana, habelə 24 birmərtəbəli, 6 ikimərtəbəli kottec, 2 apartament yüksək səviyyəli xidməti ilə seçilir.