Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2008 sentyabr 26
Ərazi: 6,4 Hektar
Ünvan: Qalaqayın kəndi
İndeks: AZ5400
Şəhər: Sabirabad
Telefon: 021-23-4-11-07
Faks:
E-mail: sabirabadoik@mys.az

Sabirabad Olimpiya İdman Kompleksi

Sabirabad Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 26-da istifadəyə verilib.
Ümumi sah
əsi 6,4 hektar olan kompleksin əsas korpusunda tamaşaçı tutumu 600 nəfər olan idman zalı, 2 trenajor zalı, 4 inzibati, 2 texniki, 1 həkim otaqları və kafe fəaliyyət göstərir. Bundan əlavə 150 tamaşaçı yerlik üzgüçülük zalı (25x11.5 m) mövcuddur.

Kompleksin ərazisində 28 yerli, 14 otaqlı mehmanxana və hər biri 4 nəfərlik 3 kotec inşa edilib. Üzgüçülük kompleksində hovuz (tamaşaçı tutumu 196 nəfər), trenajor zali, 4 inzibati, 2 texniki, 1 həkim otaqları və kafe fəaliyyət göstərir. Əsas idman zalının ölçüsü 40m x60 m, tamaşaçı tutumu 432 nəfər üçün nəzərdə tutulub. Trenajor zalının ölçüsü isə 13m x 9m-dir.  Sabirabad Olimpiya İdman Kompleksinin ərazisində açıq tipli afalt örtüklü voleybol (21x12 m) və mini futbol meydançası (28x16 m), həmçinin qaçış zolağı mövcuddur.

Kompleksdə mini-futbol, voleybol, basketbol, üzgüçülük, stolüstü tennis, güləş və atletika idman növlərinin inkişafı üçün hər bir şərait yaradılıb. Sərbəst güləş, boks, mini-futbol, sambo, karate, trenajor, üzgüçülük, stolüstü tennis bölmələri fəaliyyət göstərir.