Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2002 noyabr 09
Ərazi: 0,8 Hektar
Ünvan: S.Mümtaz küçəsi, 1
İndeks: AZ5500
Şəhər: Şəki
Telefon: 0177-5-17-63
Faks: -

Şəki Olimpiya İdman Kompleksi

Regionun ən böyük idman mərkəzlərindən biri olan Şəki Olimpiya İdman Kompleksi 2002-ci il noyabrın 9-da ulu öndər Heydər Əliyevin xeyir-duası ilə istifadəyə verilib.
O vaxtdan başlayaraq bu kompleksd
ə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilib. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılıb.
Yenid
ənqurma işlərinə 2008-ci ildən başlanılıb. Sahəsi 8 min kvadratmetr olan kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı yaradılıb. Kiçik idman zalının sahəsi isə 1800 kvadratmetrdir. İdman zalları burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. İdman və sağlamlıq üçün bütün infrastrukturun yaradıldığı Olimpiya Kompleksində hər biri 800 kvadratmetr olmaqla hovuz və SPA mərkəzi, 240 kvadratmetr sahədə isə trenajor zalı yaradılıb və zəruri idman avadanlığı quraşdırılıb.
Yenid
ənqurma işləri nəticəsində kompleksin ərazisində 1400 kvadratmetr sahəni əhatə edən akvapark yaradılıb. Bütün əyləncə növlərinin olduğu bu kompleksdə restoran və boulinq zalı da vardır. 
Konfrans zalının, internet klubun da yaradıldığı Ş
əki Olimpiya İdman Kompleksinin tərkibinə 1500 kvadratmetr sahəsi olan otel bölməsi də daxildir. Kompleksin ərazisində 8 min kvadratmetr sahəsi olan futbol meydançası da yaradılıb. Ərazidəki 27 kottecdə idmançıların istirahəti üçün bütün imkanlar vardır. Otel də daxil olmaqla bu kotteclər Şəkidə təşkil olunan yarışlarda iştirak etməyə gələn idmançıların qalması və istirahətini təmin edə bilər.
Kompleksd
ə uşaqların da idman növləri ilə məşğul olmaları üçün bütün şərait var. Burada balacalar üçün 380 kvadratmetrlik uşaq əyləncə binası da tikilib.