Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2009 may 25
Ərazi: 9 Hektar
Ünvan: İpək yolu küçəsi, 1
İndeks: AZ5732
Şəhər: Şəmkir
Telefon: 022-30-5-54-46
Faks: -
E-mail: samkiroik@mys.az

Şəmkir Olimpiya İdman Kompleksi

Şəmkir Olimpiya İdman Kompleksi 2009-cu il mayın 25-də istifadəyə verilib. Kompleksin ərazisi 9 hektar, əsas korpusu isə üçmərtəbəlidir. Əsas korpusda həndbol, futzal, voleybol, basketbol oyunlarının keçirilməsi üçün əsas zal yerləşir. 700 tamaşaçı tutan zalda (45x22 m) elektron tablo quraşdırılıb. Burada digər idman növləri üçün də meydançalar var. Qapalı üzgüçülük hovuzu xüsusi antimikrob örtüklə, süzgəc və xlor vannası ilə təchiz edilib. Əsas binada idman zallarından başqa, trenajor zalı (12x6 m), stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Kompleksin ərazisində 2 tennis kortu, 2 voleybol və 1 basketbol meydançası vardır. 
Kompleks
ə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, 30 yerlik mehmanxana və 73 yerlik yeməkxana mövcuddur. Kompleksin ərazisində 2 min tamaşaçı yeri olan futbol stadionu (110x70 m), avtomobil dayanacağı və birmərtəbəli kotteclər daxildir. Müasir standartlara uyğun inşa olunmuş Şəmkir Olimpiya İdman Kompleksində yerli və beynəlxalq yarışların keçirilməsi, idmançıların fiziki hazırlıqları üçün bütün şərait yaradılmışdır.