Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2009 avgust 03
Ərazi: 9 Hektar
Ünvan: Şəhriyar küçəsi
İndeks: AZ6800
Şəhər: Şərur
Telefon: 0136-42-30-4 
Faks: -

Şərur Olimpiya İdman Kompleksi

Şərur şəhərində Olimpiya İdman Kompleksi 2009-cu il avqustun 3-də istifadəyə verilib. 
Kompleksin ümumi
ərazisi 9 hektardır, 4 hektar sahədə yaşıllaşdırma işləri aparılmışdır. Binanın sahəsi 12.086 kvadratmetrdir. Buraya mehmanxana, idman kompleksi, 142 tamaşaçı yeri olan üzgüçülük hovuzu daxildir. Bundan əlavə, kompleksdə 2400 tamaşaçı yeri olan süni örtüklü stadion, tennis kortları, mini futbol, basketbol və voleybol meydançaları vardır. Üçmərtəbəli, 60 nəfərlik mehmanxanada hər cür rahatlığı olan 30 otaq, iclas zalı, 68 nəfərlik yeməkxana fəaliyyət göstərir. İkimərtəbəli idman kompleksindəki oyun zalında həm mini futbol, həm də boks, güləş, basketbol yarışları keçirmək mümkündür. Kompleksdə iki trenajor zalı da var.
Kompleksin
ərazisində 2400 tamaşaçı yeri olan süni örtüklü stadion da inşa olunub.