Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2011 dekabr 19
Ərazi: 3 Hektar
Ünvan: 17-ci mkr, K.Axundov küçəsi
İndeks: -
Şəhər: Sumqayıt
Telefon: 018-657-03-02
Faks: -
E-mail: sumqayitoik@mys.az

Sumqayıt Olimpiya İdman Kompleksi

Sumqayıt Olimpiya İdman Kompleksi 2011-ci il dekabrın 19-da istifadəyə verilib.
Bu kompleks Az
ərbaycan Prezidentinin göstərişinə əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilib. Kompleksin tikintisi üçün şəhərin 7-ci mikrorayonu ərazisində üç hektar torpaq sahəsi ayrılmışdır. İnşasına 2007-ci ildə başlanılan kompleks üç hissədən ibarətdir. 
Kompleksd
əki trenajor və ağır atletika zallarında, həmçinin tir otağında gənclərin idmanın bu növləri ilə məşğul olmaları üçün ən müasir avadanlıq quraşdırılıb. Kompleksdəki kinozalda isə müxtəlif treninqlərin və digər tədbirlərin keçirilməsi mümkündür. Burada müxtəlif səviyyəli yarışların keçirilməsinə imkan verən müasir üzgüçülük zalı (25x12.5 m) da inşa olunub. 
Kompleksin ağır atletika, hovuz v
ə idman zallarının hər biri üçün soyunub-geyinmə, duş, sauna kabinəsi, masaj otaqları və digər texniki otaqlar yaradılıb. Baş plana əsasən, idman qurğusunun ərazisində uzunluğu 70.2m, eni 51 metr olan süni örtüklü futbol stadionu yaradılıb. Burada, həmçinin uzunluğu 110 metr olan qaçış zolağı, açıq basketbol (40x17.5 m), voleybol (15.2x35.2 m), tennis (40x17.5 m) meydançaları inşa edilib. 
Kompleksin
ərazisində geniş abadlıq işləri həyata keçirilib, yaşıllıq sahələri salınıb.
Sumqayıt Olimpiya İdman Kompleksi
ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana 42 nəfərlikdir. Buradakı 17 iki nəfərlik, 7 bir nəfərlik və bir lyuks otaq müasir tələblərə tam cavab verir.
Ümumi ölçüsü 51x21 m olan 804 yerlik universal idman zalı burada irimiqyaslı beyn
əlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir.

Uzunluğu 47,6, eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksin ikinci mərtəbəsində stolüstü tennis və bilyard stolları da mövcuddur.