Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2013 iyul 19
Ərazi: 6 Hektar
Ünvan: Bakı pros. 83
İndeks: AZ2700
Şəhər: Xaçmaz
Telefon: 32-5-82-30
Faks: -
E-mail: xacmazoik@mys.az

Xaçmaz Olimpiya İdman Kompleksi

Xaçmaz Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 19 iyul 2013-cü ildə istifadəyə verilmişdir.
İdman Kompleksinin binası 3 Blokdan ibarətdir.
A blokunun birinci mərtəbəsində universal idman zalı yerləşir. Zalın ölçüsü 48x22 metr, tamaşaçı tutumu 749 nəfərdir. İkinci mərtəbədə isə iki döşəkli güləş zalı yerləşir.
B blokunda xidməti otaqlarla yanaşı, birinci mərtəbədə 50 nəfərlik yeməkxana, II mərtəbədə 50 nəfərlik konfrans zalı və bilyard sahəsi yerləşir.
C blokunda üzgüçülük zalı iki hissədən ibarətdir. Böyüklər üçün üzgüçülük hovuzunun ölçüsü (25x12.5 m), xüsusi olaraq uşaqlar üçün inşa edilmiş hovuzun ölşüsü isə 8.75x6 metrdir. İkinci mərtəbədə trenajor zalı və köməkçi otaqlar yerləşir.
6 hektar ərazisi olan kompleksin həyətində stadion, mini-futbol, basketbol meydançaları inşa edilib. Stadionda (90x66 metr ölçülü) təbii ot örtüklü meydançanın ətrafında atletika yarışları üçün epidem örtüklü 6 zolaqlı qaçış yolu, 3 ədəd uzunluğa tullanma cığırı mövcuddur. Stadionda üstüörtülü 1300 tamaşaçı tutumu olan tribuna, müasir işıqlandırma sistemi və elektron tablo quraşdırılıb. 
Bundan əlavə, stadionun yanında 44x22 metr ölçüdə, 8 mm-lik süni örtüklü mini futbol meydançası inşa edilib və işıqlandırma sistemi ilə təchiz olunub.
Azərbaycanda Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyət göstərir.
Kompleksdə iki nəfərlik 18 və ikiotaqlı 3 lüks nömrənin olduğu mehmanxana da vardır. Mehmanxanada idmançıların və qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.
Kompleksin ərazisində 4 ədəd 2 mərtəbəli standart və 1 ədəd 2 mərtəbəli lüks kottec inşa edilib. Standart kotteclərdə 1 qonaq otağı və 3 ədəd 2 nəfərlik yataq otağı, lüks kottecdə 1 qonaq otağı, 2 ədəd yataq otağı, mətbəx, qarderob otağı, 2 ədəd sanitar qovşaq və duş otaqları vardır. Kotteclərin ümumi tutumu 28 nəfərdir.