Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2009 oktyabr 15
Ərazi: 4,5 Hektar
Ünvan: Suraxanı rayonu, Hövsan qəsəbəsi, E Qasımov küçəsi 15k
İndeks: AZ1089
Şəhər: Bakı
Telefon: 457-73-81
Faks:

Hövsan Olimpiya İdman Kompleksi

Hövsan Olimpiya İdman Kompleksi 2009-cu il oktyabrın 15-də istifadəyə verilib.

Ərazisi 4,5 hektar olan kompleksin üçmərtəbəli əsas binasının ümumi sahəsi 19 min kvadratmetrdir. Binanın böyük idman zalının ölçülüsü 47.5x41.20 m. Burada yarışları izləyəcək tamaşaçılar üçün 1730 oturacaq quraşdırılıb.

Ölçüsü (25x12 m) olan üzgüçülük hovuzunun 122 tamaşaçı oturacağı vardır.

Kiçik idman zalı idmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulub və burada 200 tamaşaçı yeri quraşdırılıb. Bunlardan başqa, əsas binada idmançıların soyunub-geyinməsi, şərhçi və məşqçi otaqları və digər xidməti otaqlar vardır. Kompleksdəki oyun zallarında həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür.

Binanın ikinci mərtəbəsində məşq zalları, inzibati otaqlar vardır. Üçüncü mərtəbədə isə idmançıların istirahəti üçün otaqlar inşa olunub.

Açıq havada 100 tamaşaçı yeri olan oxatma zalı (130x40m), tennis kortu(44x22m), mini futbol (44x22m), basketbol və voleybol meydançaları (44x22m) vardır. Güllə atıcılığı üzrə qapalı tir (45x13.5m) də inşa olunub.