Şəki Olimpiya İdman Kompleksi əslində Olimpiya İdman Bazasıdır. Onun ətrafında salınmış 16 kottecdə 60-dan artıq idmançının qalması üçün hər cür şərait yaradılmışdır. Respublikanın dağlıq zonasında salınmış baza gələcəkdə idmançıların təlim-məşq toplanışlarının mərkəzinə çevriləcəkdir. Kompleksdə üç zal vardır. Bu zallardan biri 700, digəri 300 tamaşaçı tutur. Üçüncü zal üzgüçülük hovuzudur. Uzunluğu 25m olan hovuzun 8 üzmə cığırı vardır. Kompleksin trenajor zalı məşq üçün ən müasir trenajorlarla təchiz olunmuşdur. Bazanın həyətində tennis kortları, voleybol, basketbol meydançaları salınmışdır.














