2012-03-14 | 10:13
İlham Əliyev Astarada Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdirPrezident İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
İdmançılar dövlət başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Müasir olimpiya kompleksinin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artıracaqdır.
Dövlət başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti kompleksdə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanmış, inşaat işləri yüksək səviyyədə aparılmışdır. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.
2012-03-09 | 20:00
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
Tofiq Bəhrəmov adına Stadionda görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 85 min 700 kvadratmetr olan stadionda əsaslı təmir və yenidənqurma işlərini Koreya Respublikasının "Samhoa" şirkəti həyata keçirir. 29 min 870 tamaşaçı yeri olan stadionda daha 2500 yer artırılacaq və nəticədə tamaşaçı yerlərinin sayı 31 min 200-ə çatacaqdır. Burada "ailə otağı" adlanan 16 xüsusi otaq inşa olunacaqdır.
2011-05-30 | 13:04
İlham Əliyev Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılış mərasimində iştirak etmişdirPrezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışında iştirak etmişlər.
İnşaatçılar və Tennis Akademiyasının əməkdaşları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev mərkəzi kortun açılışını bildirən rəmzi lenti kəsdi.
Azərbaycan Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlətimizin başçısına məlumat verdi ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil edilməsi üçün hər cür şərait yaradılmışdır.
Böyük zövq və ustalıqla qurulan mərkəzi kortda beynəlxalq yarışların təşkili, o cümlədən yeniyetmə və gənc idmançıların tennislə məşğul olmaları üçün bütün imkanlar vardır.
2011-05-26 | 15:01
İnsan hüquqları gənclərin gözü ilə E L A NAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “18 iyun İnsan Hüquqları günü”nə həsr olunmuş “İnsan haqlarına dair gənclər festivalı” nın keçirilməsi ilə əlaqədar olaraq müsabiqə elan edir.
2011-05-05 | 15:50
Azad Rəhimov Amerikanın məşhur “USA today” qəzetinə müsahibə veribGənclər və idman naziri Azad Rəhimov Amerikanın “USA today” qəzetinin müxbirləri ilə görüşüb. Görüşün əsas məqsədi qəzetin Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə hazırlayacağı məqalədə ölkədə aparılan gənclər və idman siyasəti haqqında məlumatların da geniş yer almasıdır.
2011-04-16 | 15:55
Azad Rəhimov Ukraynanın 1-ci kanalına müsahibə veribGənclər və İdman naziri Azad Rəhimov Ukraynanın 1-ci kanalına müsahibə verib. Kanalın Azərbaycanla bağlı hazırladığı verilişin əsas istiqamətlərindən bu gün ölkədə aparılan gənclər siyasəti və Azərbaycanın sabahı olan gənclərlə bağlı planlar, onların problemlərinin həlli istiqamətində görülən işlərin işıqlandırılmasıdır.
2011-04-12 | 17:12
MDB-nin 20 illiyi Bakıda qeyd olunacaq2010-cu il 27-28 may tarixlərində Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasının toplantısında növbəti iclasın Bakıda keçirilməsi qərara alınmışdır.
2011-04-07 | 18:06
Yeniyetmə və gənc qızlar arasında açıq Respublika birinciliyi keçiriləcək10 aprel 2011-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənc qızlar arasında sərbəst güləş üzrə açıq Respublika birinciliyi keçiriləcək. Azəraycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyası tərəfindən keçirilən yarışda məqsəd ölkədə qadın sərbəst güləş idman növünün inkişafına və kütləviliyinə nail olmaqdır. FİLA-nın mövcud qaydalarına əsasən keçirilən yarışda yerli güləşçilərlə yanaşı, Belarusiya və Ukrayna komandaları da iştirak edəcək.
2011-04-07 | 18:06
2 qızıl, 1 gümüş, 1 bürünc6 aprel 2011 tarixdə Türkiyənin Antalya şəhərində Paralimpiyaçılar arasında Dünya Oyunlarına start verilmişdir.
2011-02-22 | 16:55
22 fevraldan 11 mart tarixinədək baş tutacaq idman yarışlarının siyahısı25 fevral 2011-ci il tarixindən başlayaraq Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə respublika qış çempionatına start veriləcək. Çempionatda Bakı, Sumqayıt və Gəncə şəhərinin komandalarının iştirakı gözlənilir. Saat 10.30 da başlayacaq yarışlar 27 fevral tarixinədək davam edəcək.
2011-02-14 | 17:55
19-27 fevral tarixlərində keçiriləcək idman tədbirləri25-27 fevral 2011-ci il tarixlərdə Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə respublika qış çempionatı keçiriləcəkdir. Çempionatda Bakı, Sumqayıt və Quba şəhər və rayonlarının komandalarının iştirakı gözlənilir.
2010-12-10 | 16:59
15-26 dekabr tarixlərinə olan idman tədbirləri15-18 dekabr 2010-cu il tarixdə Bakı İdman Sarayında boks üzrə Abbas Ağalarovun
xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Yarışda Rusiya, Türkiyə, Özbəkistan, Qazaxstan, Latviya, Polşa, İran, Gürcüstan, Çin, Dağıstandan olan idmançılar iştirak edir. Turnirdə Azərbaycan iki komandadan 20 idmançı ilə təmsil olunur.
2010-08-26 | 11:38
Asiya-Avropa ölkələrinin gəncləri üçün təlim kursuna qatılmaq imkanıAvropa Şurası Gənclər və İdman Direktorluğu, Asiya-Avropa Fondu və Beynəlxalq Düşərgələrin təşkili üzrə Koreya Təşkilatı 9-15 noyabr 2010-cu il tarixlərdə Seul şəhərində Sosial Mühitdə İnsan Hüquqları üzrə Asiya-Avropa ölkələrinin gəncləri üçün təlim kursu təşkil edir.
2010-06-02 | 18:16
1-30 iyun tarixində keçiriləcək idman yarışları03-07 iyun 2010-cu il tarixlərdə Türkiyənin Quş adası şəhərində sərbəst, yunan-roma və yeniyetmələrdən ibarət qadın güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə milli komandamız 23 idmancı ilə iştirak edəcək
2010-04-07 | 13:26
“Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsiGənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tələbələr arasında “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsi keçirir.
Müsabiqənin keçirilməsində əsas məqsəd Heydər Əliyev irsini tələbələr arasında təşviq etmək, gənclərdə Vətənə məhəbbət və hörmət hissi aşılamaq, İstedadlı tələblərin zehni, əqli və yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaq və tələbələr arasında maarifləndirmə işini təşkil etməkdir.
2010-02-22 | 12:33
22 fevral-10 mart tarixlərində keçiriləcək idman tədbirləri20 fevral-05 mart 2010-cu il tarixlərdə atletika idman növü üzrə respublika yığma komandası 3 nəfər tərkibdə beynəlxalq yarışlara hazırlıq məqsədilə Efiopiyanın Addis-Abeba şəhərində keçirilən təlim məşq toplanışında iştirak edəcəklər
2009-09-08 | 16:40
Gənclər və İdman Naziri Azad Rəhimov mətbuat nümayəndələri ilə görüşübGörüş zamanı gənclər və İdman sahəsində son 8 ay ərzində həyata keçirilmiş layihələr haqda məlumat verən nazir, eyni zamanda gerçəkləşməsi nəzərdə tutulan tədbirlər haqda da danışdı.
Gənclər sahəsində bir çox layihələrin məhz ilk dəfə olaraq həyata keçirildiyini bildirən nazir onlar haqda qısaca məlumat verdi.
2009-03-13 | 16:06
ELANElan
Gənclər və İdman Nazirliyinin Aparaında və Struktur qurumlarında inzibati vəzifələrin altıncı və doqquzuncu təsnifatlarına uyğun vakant Dövlət Qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə və müsahibə elan edilmişdir.
Daha ətraflı məlumat www.csc.gov.az az saytında yerləşdirilmişdir.
2008-12-15 | 16:06
Azad Rəhimov sədr müavini seçildi10-12 dekabr 2008-ci il tarixdə Yunanıstanın Afina şəhərində Avropa Şurası İdmana məsul nazirlərin 11-ci Konfransı keçirilmişdir. Konfransda Avropa Şurasının Baş Katibinin müavini xanım Mod De Bur Bukikkio da iştirak etmişdir. Konfransda iştirak edən Gənclər və İdman Naziri Azad Rəhimov Konfransın sədr müavini seçilmişdir.
2008-10-10 | 15:44
2008-ci il üçün Şahmat haqqında hesabat2007-ci ilin son günlərində başlayıb 2008-ci ilin əvvəlində başa çatan 2 böyük beynəlxalq turnirdə Azərbaycan şahmatçıları uğurla çıxış etmişlər. İngiltərənin Hastinqs şəhərində keçirilmiş ənənəvi turnirdə beynəlxalq qrossmeyster Nicat Məmmədov 9 oyundan 7.5 xalla 1-3-cü yerləri bölüşdürmüş, əmsallar cədvəlinə görə 2-ci olmuşdur. Digər beynəlxalq qrossmeysterimiz Fərhad Tahirov ondan 1 xal geri qalmışdır və 18 yerlə kifayətlənmişdir. Daha bir şahmatçımız Erkin Qurbanzadə isə 5 xalla yalnız 47-ci olmuşdur. Qalib adını belçikalı Vadim Malaxatko qazanmışdır.
2005-04-05 | 16:37
06-08 aprel tarixlərində keçiriləcək idman tədbirləri6 aprel tarixindən etibarən Şəmkir rayonu Olimpiya İdman Kompleksində kişilər arasında voleybol üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilir. Yarışlar saat 10.00-da başlayacaq.