2007-ci ilin son günlərində başlayıb 2008-ci ilin əvvəlində başa çatan 2 böyük beynəlxalq turnirdə Azərbaycan şahmatçıları uğurla çıxış etmişlər. İngiltərənin Hastinqs şəhərində keçirilmiş ənənəvi turnirdə beynəlxalq qrossmeyster Nicat Məmmədov 9 oyundan 7.5 xalla 1-3-cü yerləri bölüşdürmüş, əmsallar cədvəlinə görə 2-ci olmuşdur. Digər beynəlxalq qrossmeysterimiz Fərhad Tahirov ondan 1 xal geri qalmışdır və 18 yerlə kifayətlənmişdir. Daha bir şahmatçımız Erkin Qurbanzadə isə 5 xalla yalnız 47-ci olmuşdur. Qalib adını belçikalı Vadim Malaxatko qazanmışdır.
İtaliyanın Recio Emiliya şəhərində keçirilmiş beynəlxalq turnirdə iştirak etmiş beynəlxalq qrossmeyster Vüqar Həşimov 9 oyundan 5 xalla 2-4-cü yerləri bölüşdürmüş, əmsallar cədvəlinə görə 2-ci olmuşdur.
2008-ci ilin ilk günlərində Ukraynanın Odessa şəhərində sürətli şahmat üzrə Dünya Kubokunda həmyerlimiz Teymur Rəcəbov güclü rəqiblərinə bir-birinin ardınca qalib gələrək Dünya Kubokunun sahibi olmuş və 2008-ci ildə Azərbaycana ilk medalı və ilk qızıl medalı gətirən idmançı oldu.
03-13 yanvar 2008-ci il tarixlərdə Ağstafada 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışları keçirilmişdir. Yarışlarda Azərbaycanın 54 şəhər və rayonlarından 282 şahmatçı iştirak etmişdir. Yarışların nəticələrinə görə hər yaş qrupundan təxminən 5-6 şahmatçı müvafiq yarışın final mərhələsinə vəsiqə qazanmışdır.
07-17 yanvar tarixlərdə Bakı şəhərində qadınlar arasında Azərbaycan çempionatı keçirilmişdir. Yarışda 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparmışdır. 11 oyundan 8 xal toplamış beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova növbəti dəfə Azərbaycan çempionu adını qazanmışdır. 7.5 xal toplamış Nərmin Kazımova və Xəyalə İsgəndərova 2-3-cü yerləri bölüşdürmüşlər. Hər 3 şahmatçı aprel ayında Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil etmək hüququ qazanmışlar.
14-28 yanvar tarixlərdə Dünya reytinq sıralamasında ilk 10-luqda qərarlaşmış beynəlxalq qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən «CORUS-2008» beynəlxalq turnirində iştirak etmişlər. FİDE-nin 20-ci kateqoriyası kimi yüksək bir səviyyəyə malik bu ənənəvi turnirdə ilk dəfə olaraq 2 həmyerlimiz birlikdə iştirak etmişlər. 2007-ci ildə bu turnirin qalibi olmuş Teymur bu dəfə 3-cü yerlə kifayətlənmişdir. Şəhriyarın çıxışı isə gözlənildiyindən xeyli zəif olmuş və o yalnız 9-cu nəticə göstərmişdir. Turnirin qalibi isə gənc norveçli Maqnus Karlsen olmuşdur.
18-29 yanvar tarixlərdə Bakı şəhərində kişilər arasında Azərbaycan çempionatı keçirilmişdir. Yarışda 10 şahmatçı (6 beynəlxalq qrossmeyster və 4 beynəlxalq usta) dairəvi sistem üzrə mübarizə aparmışdır. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Hollandiyada keçirilən mötəbər turnirdə iştirak etdikləri üçün bu çempionata qatılmamışlar. Yığma komanda üzvlərindən yarışda yalnız Rauf Məmmədov iştirak etmiş və gözlənildiyi kimi 4-cü dəfə Azərbaycan çempionu adını qazanmışdır. 2-3-cü yerləri Rəsul İbrahimov və Nicat Məmmədov bölüşdürmüşlər. Nisbətən zəif çıxış Fransada yaşayan həmyerlimiz Namiq Quliyevə məxsus olmuşdur. Nəticədə o, ELO-su (beynəlxalq reytinqi) azalan yeganə idmançı olmuşdur.
01-12 fevral tarixlərdə 6 şahmatçımız – beynəlxalq qrossmeysterlər Qədir Hüseynov, Rüfət Bağırov, beynəlxalq usta Eltac Səfərli və FİDE ustası Nicat Abasov, Cahangir Ağarəhimov və Alim Səmədov - Moskva şəhərində keçirilmiş «Moskva Open» turnirində iştirak etmişlər. Təəssüf ki, nəticələr uğursuz olmuşdur. Azərbaycan nümayəndələri arasında ən yüksək nəticəni Qədir Hüseynov ( oyundan 5.5 xal, 59-cu yar) göstərmişdir.
13-23 fevral tarixlərdə Moskva şəhərində «Aeroflot-2008» ənənəvi turniri keçirilmişdir. Bu turnirdə Azərbaycanı 6 şahmatçı – beynəlxalq qrossmeysterlər Rauf Məmmədov, Qədir Hüseynov, beynəlxalq usta Eltaç Səfərli, ustalığa namizədlər Şəhriyar Həsənov, Cahangir Ağarəhimov və Erkin Qurbanzadə təmsil etmişlər. 9 oyundan 6 xal toplayan Qədir Hüseynov 4-8-ci yerləri bölüşdürmüş, əlavə göstəricilərə görə 7-ci olmuşdur. Ondan yarım xal geri qalan Rauf 9-cu yerlə kifayətlənmişdir. Eltac Səfərli 4.5 xalla 37-ci olmuşdur. Qalib adını isı 7 xal toplamış rusiyalı qrossmeyster Yan Nepomnyaşiy qazanmışdır.
09 fevral – 09 mart tarixlərdə ənənəvi «Linares» turniri keçirilmişdir. «Linares -2008» də 1 il əvvəl olduğu kimi iki ölkədə - ilk dövrə Mexikoda, 2-ci dövrə isə İspaniyanın Linares şəhərində - keçirilmişdir. XXI FİDE kateqoriyalı bu turnirdə 8 şahmatçı, o cümlədən həmyerlimiz Teymur Rəcəbov iştirak etmişdir. İlk dövrəni Teymur 7 oyundan 3 xalla başa vurmuşdur. 4.5 xalı olan Vişvanathan Anand turnir cədvəlinə başçılıq edirdi. İspaniya mərhələsindən sonra Teymur vəziyyətini bir qədər yaxşılaşdırmış və yarışı 50%-lik nəticə ilə (14 oyundan 7 xal) 5-ci yerdə başa vurmuşdur. Qalib adını isə 8.5 xal toplamış V.Anand qazanmışdır.
15-24 fevral tarixlərdə Fransanın Nansi şəhərində keşirilən beynəlxalq festivalda həmyerlimiz, beynəlxalq qrossmeyster Namiq Quliyev iştirak etmişdir. Festivalın baş turnirində 10 şahmatçı dairəvi sistem üzrə mübarizə aparmışdır.
15-26 fevral tarixlərdə Fransanın Capella-la-Qrande şəhərində keçirilmiş ənənəvi turnirdə beynəlxalq qrossmeysterlər Vüqar Həşimov, Zeynəb Məmmədyarova (144-cü yer), Türkan Məmmədyarova (188-ci yer), Nicat Məmmədov (56-cı yer) və beynəlxalq ustalar Fərid Abbasov (150-ci yer), Rəşad Babayev (151-ci yer), Vasif Durarbəyli (73-cü yer) iştirak etmişlər. 612 şahmatçının iştirak etdiyi turnirdə 9 oyundan 7 xal toplamış Vüqar Həşimov 1-ci yer tutmuşdur.
01-11 mart tarixlərdə Bakı şəhərində 18 və 20 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinin final yarışları keçirilmişdir. Yarışlarda Azərbaycanın 9 şəhər və rayonlarından 42 şahmatçı iştirak etmişdir. Hər yaş qrupunda I yer tutan idmançı müvafiq Dünya birinciliyində, II yer tutan idmançılar isə müvafiq Avropa birinciliyində iştirak etmək hüququ qazanmışdır.
oğlanlar qızlar
18 yaş 20 yaş 18 yaş 20 yaş
I yer Rəsulov Vüqar (Gəncə) Abdulov Orxan (Bakı) Bəxtiyarlı Aysel (Sumqayıt) İsgəndərova Xəyalə (Xırdalan)
II yer Rəhmanov Şəhriyar (Bakı) Dyrarbəyli Vasif (Bakı) Əsgərova Turan (Sumqayıt) Ağayeva Aytən (Gəncə)
III yer Ağayev Nicat (Gəncə) Əhmədov Fariz (Yevlax) Məmmədova Gülnar
(Əli-Bayramlı) Kazımova Nərmin (Bakı)
14-28 mart tarixlərdə Şəhriyar Məmmədyarov məşqçisi , beynəlxalq qrossmester Fərhad Tahirovla birlikdə Fransanın Nitsa şəhərində keçirilən beynəlxalq superturnirə ezam olunmuşlar. Turnirdə 12 şahmatçı, o cumlədən V.Anand, V.Kramnik və digər elit şahmatçılar, 1 oyun sürətli şahmat, digəri isə taxtaya baxmadan (gözübağlı) olmaqla dairəvi sistem üzrə mübarizə aparmışlar. Şəhriyarın bu turnirdəki çıxışı uğursuz olmuşdur. 22 mümkün xaldan yalnız 9 xal toplayan həmyerlimiz 10-12-ci yerləri bölüşdürmüşdür.
22 mart – 01 aprel tarixlərdə Bakı şəhərində 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinin final yarışları keçirilmişdir. Yarışlarda Azərbaycanın 25 şəhər və rayonlarından 120 şahmatçı iştirak etmişdir. 10 müxtəlif qrupun hər birində 12 şahmatçı dairəvi sistem üzrə (11 tur) mübarizə aparmışlar. Hər yaş qrupunda I yer tutan idmançı müvafiq Dünya birinciliyində, II yer tutan idmançılar isə müvafiq Avropa birinciliyində iştirak etmək hüququ qazanmışdır.
oğlanlar
8 yaş 10 yaş 12 yaş 14 yaş 16 yaş
I yer Axundov Şəmşəd (Tovuz) Süleymanlı Ramazan (Bakı) Rzayev Çingiz (Quba) Məmmədov Zaur (Bakı) Durarbəyli Vasif (Sumqayıt)
II yer Məhərrəmli Çingiz (Bakı) Zeynallı Miradil (Bakı) Nuri Murad (Sumqayıt) Bacarani Ülvi (Bakı) Məmmədov Ayaz (Gəncə)
III yer Qədimli Abdulla (Bakı) Sadıxov Ülvi (Bakı) Babazadə Cavidan (Lənkəran) Allahyarov Səid (Göyçay) Quliyev Murad (Bakı)
qızlar
8 yaş 10 yaş 12 yaş 14 yaş 16 yaş
I yer Məmmədzadə Günay (Bakı) İmanlı Məğrurə (Bakı) Bağırova Xatun (Ucar) Xələfova Nərmin (Bakı) Quliyeva Səbinə (Göyçay)
II yer Balacayeva Xanım (Qax) Firudinli Lalə (Beyləqan) Fətəliyeva Ülviyyə (Gəncə) Rəhimli İzzət (Zərdab) Kazımova Nərmin (Bakı)
III yer Məhərrəmli Jalə (Mingəçevir) Höccətova Aydan (Bakı) Söyünlü Nərmin (Bakı) İbrahimova Səbinə (Gəncə) Abdurahmanlı Aytac (Şəki)
Mart ayının sonlarında 3 şahmatçımız – Zeynəb və Türkan Məmmədyarovalar və Nərgiz Umudova İsveçin paytaxtı Stokholmda keçirilmiş beynəlxalq turnirdə iştirak etmişlər. Zeynəb 14-cü, Türkan 30-cu, Nərgiz isə 38-ci yerləri tutmuşlar.
01-14 aprel tarixlərdə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimov Rusiyanın Soçi şəhərində keçirilən Rusiya liqasında iştirak etmişlər. Teymur Rəcəbovun çıxış etdiyi «Ural» komandası Rusiya çempionu adını qazanmışdır. Şəhriyarın komandası 5-ci, Vüqarın çıxış etdiyi komanda isə 6-cı olmuşdur. Yarışda 12 komanda iştirak edirdi.
05-15 aprel tarixlərdə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilmiş beynəlxalq turnirdə beynəlxalq qrossmeysterlərimiz Rəsul Quliyev, Qədir Hüseynov və Sərxan Quliyev 9 mümkün xaldan 6.5 xalla müvafiq olaraq 10, 11 və 12-ci yerləri bölüşdürmüşlər. Ümumiyyətlə turnirdə Azərbaycanı 8 şahmatçı təmsil etmişdir.
Aprel ayının 1-nə olan reytinq-cədvələ əsasən Şəhriyar Məmmədyarov 7-ci (2752), Teymur Rəcəbov isə 8-ci (2751) sırada qərarlaşmışlar.
20 aprel- 04 may tarixlərdə Bolqarıstanın Plovdiv şəhərində kişilər və qadınlar arasında şəxsi Avropa çempionatı keçirilmişdir. 329 kişi və 159 qadın şahmatçının iştirak etdiyi çempionatda Azərbaycan 5 kişi (beynəlxalq qrossmeysterlər Rauf Məmmədov, Nicat Məmmədov, Qədir Hüseynov, Fərhad Tahirov və beynəlxalq usta Eltac Səfərli), 7 qadın (beynəlxalq qrossmeysterlər İlahə Qədimova, Zeynəb və Türkan Məmmədyarovalar, beynəlxalq usta Nərgiz Umudova, Xəyalə İsgəndərova, Nərmin Kazımova və Gülnar Məmmədova) şahmatçı və 1 hakim (Ülkər Umudova) ilə təmsil olunmuşdu. Bunlardan 11 nəfəri Nazirlik tərəfindən ezam olunmuşdu. İştirakçılarımız arasında ən yüksək nəticəni R.Məmmədov göstərmişdir. O, 11 oyundan 7.5 xalla 18-ci olmuş və tie-break oynamaq hüququ qazanmışdır. Lakin “armagedon”da Rusiya şahmatçısına məğlub olan həmyerlimiz Dünya kubokuna vəsiqə qazana bilməmişdir. Digər şahmatçılarımızın nəticələri aşağıdakı kimi olmuşdur: Q.Hüseynov – 7 xal (48-ci yer), N.Məmmədov – 6.5 (78), E.Səfərli – 6 (149), F.Tahirov – 4.5 (261), İ.Qədimova – 6.5 (40), Z.Məmmədyarova – 6 (66), T.Məmmədyarova – 5.5 (82), N.Kazımova – 5 (96), X.İsgəndərova – 5 (98), N.Umudova – 5 (112), G.Məmmədova – 4.5 (123).
20 aprel- 06 may tarixlərdə Bakıda H.Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş FİDE-nin ilk Qran-Pri turnirinin 1-ci mərhələsi keçirilmişdir. Yarışda 14 şahmatçı dairəvi sistem üzrə mübarizə aparmışdır. Çox güclü heyətə malik turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimov təmsil etmişlər. 13 oyundan sonra 3 şahmatçı – V.Həşimov, çinli Vanq Yu və norveçli Maqnus Karlsen hərəyə 8 xal topladılar və əmsallar cədvəlinə görə Vüqar 1-ci oldu. Şəhriyar 7.5 xalla rusiyalı Aleksandr Qrişukla 4-5-ci yerləri bölüşdürdü. Digər yerlər aşağıdakı kimi bölüşdürülmüşdür: 6-7. Pyotr Svidler (Rusiya), Maykl Adams (İngiltərə) – 6.5 xal; 8-10. T.Rəcəbov, Sergey Karyakin (Ukrayna), Qata Kamski (ABŞ) – 6 xal; 11-12. David Navara (Çexiya), İvan Çeparinov (Bolqarıstan) – 5.5 xal; 13-14. Etyen Bakro (Fransa), Ernesto İnarkiyev (Rusiya) – 5 xal.
09-21 may tarixlərdə Bakı Əyləncə Mərkəzində H.Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş digər bir beynəlxalq turnir – “3-cü Prezident Kuboku” Beynəlxalq Şahmat Festivalı keçirilmişdir. Festival 4 müxtəlif turnirdən ibarət idi. 96 şahmatçının iştirak etdiyi U-14 uşaq turnirində 9 mümkün xaldan 8 xal toplamış Bakı məktəblisi Zaur Məmmədov qalib olmuşdur. Hərəyə 7 xal toplamış Araz Hacıyev (Şəmkir), Cəlal Hüseynov (Sumqayıt) və Səbinə İbrahimova (Gəncə) növbəti yerləri bölüşdürmüşlər.
180 nəfər iştirakçısı olan Open Turnirdə 20 ölkənin nümayəndəsi, o cümlədən 35 beynəlxalq qrossmeyster və 13 beynəlxalq usta iştirak edib. Qalib adını və Kuboku Rusiya nümayəndəsi Yevgeni Nayer qazanmışdir. O, 9 oyundan 7.5 xal toplamışdır. Daha 8 şahmatçı 7 xalla növbəti yerləri bölüşdürmüşdür. Əmsallar cədvəlinə əsasən 2-ci və 3-cü yerlər Azərbaycan şahmatçıları Fərid Abbasov və Qədir Hüseynova nəsib olmuşdur.
16 şahmatçının iştirakı ilə keçirilmiş beteran turnirində 7 oyundan hərəyə 5 xal toplamış 3 şahmatçısı əmsallar cədvəlinə görə aşağıdakı kimi yerləşmişlər: 1. Oleq Pavlenko (FİDE ustası, Bakı), 2.Raviz Babayev (Bakı), 3.Eldar Cahangirov (Lənkəran).
Nəhayət, sonuncu – blits-turnirdə 80 idmançı iştirak etmiş və qalib adını 9 oyundan 7.5 xalla Şəhriyar Məmmədyarov qazanmışdır. 5 şahmatçı 7 xal toplamış və əlavə göstəricilərə görə yerlər aşagıdakı kimi bölünmüşdür: 2.B.Jobava (GEO). 3.Rauf Məmmədov (AZE), 4.Q.Hüseynov (AZE), 5.V.Milov (SUİ), 6.Tamaz Gelaşvili (GEO).
04-15 iyun tarixlərdə Gürcüstanın Batumi şəhərində 8 yaşadək oğlan və qızlar arasında Avropa birinciliyi keçirilmişdir. Oğlanların yarışında 36 şahmatçı , o cümlədən 3 Azərbaycan nümayəndəsi iştirak etmişdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda Türkiyə şahmatçısi Təmizkan Dənizcan 7 xalla qalib adını qazanmışdır. 6.5 xal toplamış 3 şahmatcı, o cümlədən həmyerlimiz Şəmşəd Axundov növbəti yerləri bölüşdürmüşlər. Əmsallar cədvəlinə görə Şəmşəd bu qrupda sonuncu olmuş və mükafatçılar sırasından kənarda qalmışdır. Çingiz Məhərrəmli 6 xalla 5-8-ci yerləri (əmsala görə 6-cı yer), Abdulla Qədimli isə 5 xalla 1—18-ci yerləri (əmsala görə 12-ci yer) bölüşdürmüşdür.
Qızların yarışında isə 17 şahmatçı mübarizə aparmış və 8 yaşadək qızlar arasında Avropa birinciliyinin qalibi adını 9 oyundan 8 xalla həmyerlimiz Günay Məmmədzadə qazanmışdır. Gürcüstan nümayəndəsi Nino Calaqoniya həmyerlimizdən yalnız əlavə göstəricilərə əsasən geri qalmışdır. Digər şahmatçımız Xanım Balacayeva 6 xalla 5-ci yer tutmuşdur.
30 iyul – 15 avqust tarixlərdə Rusiyanın Soçi şəhərində FİDE-nin ilk Qran-Pri turnirinin 2-ci mərhələsi keçirilmişdir. Yarışda 14 şahmatçı dairəvi sistem üzrə mübarizə aparmışdır. Çox güclü heyətə malik turnirdə Azərbaycanı Teymur Rəcəbov və Vüqar Həşimov təmsil etmişlər.
Rk. Name Rtg FED 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Pts. TB1
1 Aronian Levon 2737 ARM * ½ ½ ½ ½ ½ ½ 0 ½ 1 1 1 1 1 8,5 50,75
2 Radjabov Teimour 2744 AZE ½ * 0 ½ 0 ½ 1 ½ ½ ½ 1 1 1 1 8,0 47,50
3 Wang Yue 2704 CHN ½ 1 * ½ ½ ½ ½ ½ ½ ½ ½ 1 ½ ½ 7,5 48,50
4 Kamsky Gata 2723 USA ½ ½ ½ * ½ ½ ½ 1 ½ ½ 0 ½ 1 1 7,5 46,00
5 Svidler Peter 2738 RUS ½ 1 ½ ½ * 1 0 0 1 ½ 0 ½ ½ 1 7,0 45,00
6 Jakovenko Dmitry 2709 RUS ½ ½ ½ ½ 0 * ½ ½ 1 ½ 1 ½ ½ ½ 7,0 44,75
7 Karjakin Sergey 2727 UKR ½ 0 ½ ½ 1 ½ * ½ ½ 0 1 ½ ½ 1 7,0 43,50
8 Ivanchuk Vassily 2781 UKR 1 ½ ½ 0 1 ½ ½ * ½ ½ ½ 0 ½ ½ 6,5 43,50
9 Gashimov Vugar 2717 AZE ½ ½ ½ ½ 0 0 ½ ½ * ½ ½ ½ 1 1 6,5 39,25
10 Grischuk Alexander 2728 RUS 0 ½ ½ ½ ½ ½ 1 ½ ½ * 0 ½ ½ ½ 6,0 38,75
11 Cheparinov Ivan 2687 BUL 0 0 ½ 1 1 0 0 ½ ½ 1 * ½ ½ ½ 6,0 37,50
12 Gelfand Boris 2720 ISR 0 0 0 ½ ½ ½ ½ 1 ½ ½ ½ * ½ ½ 5,5 34,00
13 Navara David 2646 CZE 0 0 ½ 0 ½ ½ ½ ½ 0 ½ ½ ½ * 0 4,0 26,25
14 Al-Modiahki Mohamad 2556 QAT 0 0 ½ 0 0 ½ 0 ½ 0 ½ ½ ½ 1 * 4,0 23,25
Cədvəldən göründüyü kimi Teymurun çıxışı uğurlu olmuş və o, 13 oyundan 8 xal toplayaraq 2-ci olmuşdur. İlk mərhələnin qalibi Vüqar Həşimov isə yalnız son turda məğlub olaraq , 9-cu yerlə kifayətlənməli olmuşdur. 2 mərhələdən sonra Vüqar Həşimov Qran-Pri yarışında 2-ci mövqedədir.
02-16 avqust tarixlərdə Türkiyənin Qaziantep şəhərində 20 yaşadək oğlan və qızlar arasında Dünya birinciliyi keçirilmişdir. Oğlanların yarışında 109 şahmatçı , o cümlədən 5 Azərbaycan nümayəndəsi iştirak etmişdir. Şahmatçılarımız arasında ən yaxşı nəticə (13 oyundan 9 xal) göstərmiş beynəlxalq qrossmeyster Eltac Səfərli 5-ci yer tutmuşdur. Digər nəticələr: Rauf Məmmədov – 8 xal, 17-ci yer; Vasif Durarbəyli - 8 xal, 19-cu yer; Orxan Abdulov və Bəhruz Rzayev – 6.5 xal, 58-63-cü yerlər.
67 şahmatçının iştirak etdiyi qızların turnirində 13 oyundan 8.5 xalla Türkan Məmmədyarova və Nərmin Kazımova müvafiq olaraq 7 və 9-cu yerləri tutmuşlar. Xəyalə İsgəndərovanın 6 xalla 34-cü olmasına baxmayaraq, o “Beynəlxalq usta” normasını yerinə yetirmişdir.
16-25 avqust tarixlərdə Türkiyənin Mersin şəhərində keçirilmiş 16 yaşadək komandalar arasında Şahmat Olimpiadasında 17 ölkədən 26 komanda iştirak etmişdir. 4 şahmatçıdan ibarət olan komandalarda Azərbaycandan iştirak etmişlər. Mükafatalayiq yerləri bölüşdürmüş Hindistan, Rusiya və Filippin komandalarından sonra Azərbaycan komandası 4-cü olmuşdur.
Avqust ayında Yardımlıda kişilər və qadınlar arasında Azərbaycan çempionatının zona yarışları keçirilmişdir.
Avqust ayında Şəhriyar Məmmədyarov Sankt-Peterburq şəhərində keçirilmiş M.Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmişdir. Lakin onun bu çıxışı uğursuz olmuş və o, 10 şahmatçı arasında 9-cu yerlə kifayətlənməli olmuşdur.
İyul – avqust aylarında Azərbaycan şahmatçıları BƏƏ, İran, İspaniya, Fransa və bir sıra ölkələrdə keçirilmiş 20-dən artıq beynəlxalq turnirlərdə iştirak etmişlər.
02-13 sentyabr tarixlərdə İspaniyanın Bilbao şəhərində ilk “Böyük Dəbilqə” yarışı keçirilmişdir. Yarışda 6 şahmatçı, o cümlədən həmyerlimiz Teymur Rəcəbov 2 dövrədə mübarizə aparmışlar. İlk dəfə olaraq bu yarışda qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal verilmə sistemi tətbiq edilmişdir. Teymur 10 oyundan 10 xalla 5-ci olmuşdur. O yalnız son turda Levon Aronyana qalib gəlmiş və 7 görüşü heç-heçə başa çatdırmışdır. Qalib adını bolqar Veselin Topalov qazanmışdır. Sonuncu yer hindistanlı Vişvanathan Ananda nəsib olmuşdur.
14-26 sentyabr tarixlərdə Monteneqronun Herseq-Novi şəhərində keçirilmiş 8, 10, 12, 14, 16 və 18 yaşadək oğlan və qızlar arasında Avropa birinciliyində 12 oğlan və 11 qız şahmatçımız iştirak etmişdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışlarda Azərbaycan nümayəndələrinin çıxışı heç də uğurlu olmamışdır. Hər il medal qazanmalarına adət etdiyimiz gənc şahmatçılarımız bu dəfə Avropa birinciliyindən əliboş geri dönmüşlər. İdmançılarımızın göstərdikləri nəticələr və tutduqları yerlər aşağıdakı kimi olmuşdur:
B-10 - Sadıxov Ülvi – 9 oyundan 7 xal (6-cı yer), Süleymanlı Ramazan – 6.5 (11), Həsrətli Vüsal – 5 (43), Qasımov Çingiz – 3 (98);
B-12 - Bayramov Elxan – 5.5 (34), Nuri Murad – 5 (37), Babazadə Cavidan – 5 (49);
B-14 - Bacarani Ülvi – 6 (10), Məmmədov Zaur – 5.5 (23);
B-16 - Məmmədov Ayaz – 6.5 (11);
B-18 - Rəsulov Vüqar – 6.5 (6), Rəhmanov Şəhriyar – 5.5 (19);
G-10 - Höccətova Aydan – 6.5 (8), Məmmədzadə Günay – 6 (12), Məmmədova Nərmin – 5.5 (23), Firidunlu Lalə - 5 (26), İmanlı Məğrurə - 5 (31);
G-12 - Fətəliyeva Ülviyyə - 6 (10), Söyünlü Nərmin – 3 (69);
G-14 - Rəhimli İzzət – 5.5 (20);
G-16 - Abdulla Xəyalə - 6.5 (6), Kazımova Nərmin – 6 (13);
G-18 - Əsgərova turan – 4.5 (35).
01 oktyabr 2008-ci il tarixinə Fide-nin elan etdiyi yığma komandaların reytinq cədvəlində Azərbaycan 2634 əmsalla 5-ci pilləyə yüksəlmişdir. O, yalnız Rusiya, Ukrayna, Çin və İzrail komandalarından geri qalır.
Şahmat üzrə yəğma komandaların 01.10.2008-ci il tarixinə olan reytinq cədvəli
Average GMs IMs Total Titled
1 Russia
2719 185 412 1808
2 Ukraine
2690 69 154 361
3 China
2651 22 13 85
4 Israel
2642 34 36 133
5 Azerbaijan
2634 17 12 54
6 United States of America
2631 61 108 497
7 Hungary
2630 40 98 364
8 India
2620 17 57 153
9 Armenia
2619 22 22 63
10 Bulgaria
2617 26 52 115
11 Germany
2616 70 187 1055
12 France
2614 33 74 280
13 Netherlands
2608 22 64 250
14 Georgia
2603 23 28 92
15 Poland
2600 25 88 279
16 Serbia
2589 47 94 484
17 Spain
2587 33 79 369
18 Romania
2586 19 72 252
19 England
2576 36 52 216
20 Cuba
2575 14 33 210
21 Czech Republic
2573 24 62 211
22 Croatia
2567 28 52 211
23 Belarus
2564 14 21 73
24 Sweden
2553 16 33 112
25 Kazakhstan
2543 12 26 90
26 Brazil
2540 7 26 109
27 Argentina
2537 13 59 196
28 Greece
2536 10 23 86
29 Slovakia
2535 10 19 76
30 Slovenia
2535 9 24 92
31 Uzbekistan
2534 10 8 33
32 Norway
2529 9 22 79
33 Switzerland
2514 7 30 108
34 Philippines
2513 8 22 43
35 Denmark
2507 8 33 82
36 Lithuania
2504 7 11 39
37 Bosnia & Herzegovina
2503 6 19 75
38 Vietnam
2494 6 4 61
39 Italy
2488 6 31 155
40 Moldova
2487 6 16 58
41 Austria
2481 6 36 166
42 Myanmar
2481 1 4 32
43 Canada
2473 6 26 116
44 Iceland
2472 11 10 47
45 Latvia
2472 8 8 44
46 Belgium
2470 4 13 62
47 Former YUG Rep of Macedonia
2469 8 10 44
48 Turkey
2465 2 13 50
49 Peru
2464 2 8 46
50 Iran
2463 5 7 49
51 Estonia
2460 4 13 36
52 Montenegro
2459 6 10 53
53 Mexico
2458 5 26 109
54 Egypt
2452 2 23 37
55 Indonesia
2451 6 9 40
56 Finland
2436 5 18 81
57 Scotland
2431 5 9 31
58 Colombia
2430 1 19 71
59 Portugal
2428 3 10 33
60 Australia
2422 3 16 75
61 Bangladesh
2418 5 1 25
62 Singapore
2400 3 10 45
63 Turkmenistan
2397 3 6 37
64 Ireland
2388 1 5 19
65 Venezuela
2385 1 8 28
66 Ecuador
2383 1 7 31
67 Morocco
2380 1 2 20
68 Mongolia
2366 2 3 22
69 New Zealand
2355 1 5 26
70 Paraguay
2342 2 2 15
71 Kyrgyzstan
2335 1 3 10
72 Uruguay
2320 1 3 11
73 Albania
2319 1 5 11
74 Malaysia
2317 0 3 17
75 Luxembourg
2315 1 2 13
76 Dominican Republic
2313 1 6 16
77 Costa Rica
2306 1 7 14
78 Faroe Islands
2305 0 3 6
79 Wales
2301 0 3 14
80 Iraq
2301 0 2 24
81 Syria
2294 0 3 17
82 South Africa
2282 0 6 27
83 United Arab Emirates
2279 1 5 27
84 Bolivia
2271 1 1 15
85 Yemen
2265 0 3 8
86 Algeria
2257 1 10 22
87 Jordan
2253 0 1 12
88 Tunisia
2250 2 3 9
89 Nicaragua
2236 0 2 13
90 Lebanon
2215 0 1 11
91 Jersey
2215 0 0 2
92 Japan
2211 0 1 6
93 El Salvador
2208 0 3 18
94 Andorra
2206 1 1 5
95 Namibia
2199 0 0 2
96 Thailand
2193 0 0 5
97 Palestine
2192 1 1 4
98 Honduras
2191 0 1 9
99 Puerto Rico
2190 0 2 6
100 Zimbabwe
2181 0 3 6
101 Guatemala
2175 0 1 12
102 Pakistan
2170 0 2 3
103 Qatar
2165 2 3 8
104 Monaco
2159 1 0 4
105 Zambia
2159 0 2 4
106 Libya
2158 0 0 5
107 Sri Lanka
2156 0 0 7
108 Tajikistan
2151 1 2 4
109 Barbados
2148 0 1 6
110 Nigeria
2139 0 4 6
111 Hong Kong
2138 0 0 8
112 Sudan
2136 0 0 3
113 Jamaica
2127 0 0 3
114 Trinidad & Tobago
2124 0 0 5
115 Papua New Guinea
2123 0 0 1
116 Uganda
2122 0 0 0
117 Malta
2109 0 0 4
118 Panama
2106 0 1 4
119 Cyprus
2097 0 0 5
120 Brunei Darussalam
2093 0 0 1
121 Nepal
2092 0 0 0
122 San Marino
2082 0 0 4
123 Mauritius
2082 0 0 0
124 Surinam
2075 0 0 3
125 Liechtenstein
2075 0 0 1
126 Madagascar
2061 0 0 0
127 British Virgin Islands
2035 0 0 1
128 Afghanistan
2022 0 0 2
129 Seychelles
2022 0 0 0
130 Bahrain
1976 0 0 5
131 Guernsey
1969 0 0 3
132 South Korea
1956 1 0 3
133 Bermuda
1944 0 0 2
134 Angola
1941 0 5 7
135 Botswana
1917 0 0 4
136 Aruba
1884 0 0 0
137 Chinese Taipei
1875 0 0 0
138 Bahamas
1862 0 0 0
139 Fiji
1861 0 0 1
140 Maldives
1851 0 0 0
141 Macau
1773 0 0 2
142 Kenya
1669 0 0 3
Şəxsi nəticələrə gəldikdə isə, ilk dəfə olaraq Azərbaycanın 4 şahmatçısı birdən – Teymur Rəcəbov (8, 2751), Şəhriyar Məmmədyarov (14, 2731), Vüqar Həşimov (31, 2703) və Qədir Hüseynov (70, 2650) - Dünyanın ən güçlü 100 şahmatçısı sırasına daxil olmuşdur.
Dünyanın ən güclü 100 şahmatçısının 01.10.2008-ci il tarixinə olan reytinq cədvəli
Rank Name Title Country Rating Games B-Year
1 Topalov, Veselin
g BUL 2791 10 1975
2 Morozevich, Alexander
g RUS 2787 9 1977
3 Ivanchuk, Vassily
g UKR 2786 50 1969
4 Carlsen, Magnus
g NOR 2786 31 1990
5 Anand, Viswanathan
g IND 2783 10 1969
6 Kramnik, Vladimir
g RUS 2772 16 1975
7 Aronian, Levon
g ARM 2757 23 1982
8 Radjabov, Teimour
g AZE 2751 23 1987
9 Leko, Peter
g HUN 2747 16 1979
10 Jakovenko, Dmitry
g RUS 2737 39 1983
11 Wang, Yue
g CHN 2736 23 1987
12 Adams, Michael
g ENG 2734 16 1971
13 Movsesian, Sergei
g SVK 2732 12 1978
14 Mamedyarov, Shakhriyar
g AZE 2731 16 1985
15 Karjakin, Sergey
g UKR 2730 24 1990
16 Kamsky, Gata
g USA 2729 22 1974
17 Svidler, Peter
g RUS 2727 24 1976
18 Shirov, Alexei
g ESP 2726 34 1972
19 Eljanov, Pavel
g UKR 2720 26 1983
20 Gelfand, Boris
g ISR 2719 27 1968
21 Dominguez Perez, Leinier
g CUB 2719 15 1983
22 Ponomariov, Ruslan
g UKR 2719 14 1983
23 Grischuk, Alexander
g RUS 2719 13 1983
24 Vachier-Lagrave, Maxime
g FRA 2716 30 1990
25 Alekseev, Evgeny
g RUS 2715 30 1985
26 Bu, Xiangzhi
g CHN 2714 9 1985
27 Polgar, Judit
g HUN 2711 0 1976
28 Ni, Hua
g CHN 2710 5 1983
29 Bacrot, Etienne
g FRA 2705 23 1983
30 Nakamura, Hikaru
g USA 2704 6 1987
31 Gashimov, Vugar
g AZE 2703 27 1986
32 Rublevsky, Sergei
g RUS 2702 14 1974
33 Cheparinov, Ivan
g BUL 2696 28 1986
34 Wang, Hao
g CHN 2696 9 1989
35 Sasikiran, Krishnan
g IND 2694 9 1981
36 Tiviakov, Sergei
g NED 2686 56 1973
37 Nisipeanu, Liviu-Dieter
g ROU 2684 19 1976
38 Najer, Evgeniy
g RUS 2682 20 1977
39 Bologan, Viktor
g MDA 2682 9 1971
40 Milov, Vadim
g SUI 2681 9 1972
41 Efimenko, Zahar
g UKR 2680 10 1985
42 Akopian, Vladimir
g ARM 2679 5 1971
43 Moiseenko, Alexander
g UKR 2678 40 1980
44 Naiditsch, Arkadij
g GER 2678 17 1985
45 Roiz, Michael
g ISR 2677 32 1983
46 Fressinet, Laurent
g FRA 2676 12 1981
47 Malakhov, Vladimir
g RUS 2675 21 1980
48 Postny, Evgeny
g ISR 2674 40 1981
49 Motylev, Alexander
g RUS 2672 11 1979
50 Kasimdzhanov, Rustam
g UZB 2672 5 1979
51 Timofeev, Artyom
g RUS 2670 20 1985
52 Dreev, Alexey
g RUS 2670 5 1969
53 Inarkiev, Ernesto
g RUS 2669 22 1985
54 Nikolic, Predrag
g BIH 2669 0 1960
55 Vallejo Pons, Francisco
g ESP 2664 22 1982
56 Jobava, Baadur
g GEO 2664 12 1983
57 Areshchenko, Alexander
g UKR 2664 0 1986
58 Tkachiev, Vladislav
g FRA 2664 0 1973
59 Almasi, Zoltan
g HUN 2663 5 1976
60 Nielsen, Peter Heine
g DEN 2662 10 1973
61 Volokitin, Andrei
g UKR 2659 29 1986
62 Harikrishna, P.
g IND 2659 12 1986
63 Ivanisevic, Ivan
g SRB 2658 42 1977
64 Avrukh, Boris
g ISR 2657 16 1978
65 Riazantsev, Alexander
g RUS 2656 32 1985
66 Grachev, Boris
g RUS 2653 22 1986
67 Lastin, Alexander
g RUS 2651 20 1976
68 Sutovsky, Emil
g ISR 2651 19 1977
69 Karpov, Anatoly
g RUS 2651 0 1951
70 Guseinov, Gadir
g AZE 2650 20 1986
71 Sokolov, Ivan
g NED 2650 11 1968
72 Smirin, Ilia
g ISR 2649 27 1968
73 Zhang, Zhong
g SIN 2649 20 1978
74 Savchenko, Boris
g RUS 2648 43 1986
75 Khenkin, Igor
g GER 2647 20 1968
76 Bareev, Evgeny
g RUS 2647 15 1966
77 Tregubov, Pavel V.
g RUS 2646 12 1971
78 Zvjaginsev, Vadim
g RUS 2646 11 1976
79 Tomashevsky, Evgeny
g RUS 2646 0 1987
80 Berkes, Ferenc
g HUN 2645 27 1985
81 Georgiev, Kiril
g BUL 2645 23 1965
82 Onischuk, Alexander
g USA 2644 30 1975
83 Sadvakasov, Darmen
g KAZ 2643 16 1979
84 Sargissian, Gabriel
g ARM 2642 12 1983
85 Short, Nigel D
g ENG 2642 11 1965
86 Sakaev, Konstantin
g RUS 2640 11 1974
87 Caruana, Fabiano
g ITA 2640 10 1992
88 Kazhgaleyev, Murtas
g KAZ 2640 9 1973
89 Nyback, Tomi
g FIN 2639 20 1985
90 Vitiugov, Nikita
g RUS 2638 21 1987
91 Graf, Alexander
g GER 2636 32 1962
92 Zhang, Pengxiang
g CHN 2636 4 1980
93 Vescovi, Giovanni
g BRA 2635 9 1978
94 Amonatov, Farrukh
g TJK 2634 29 1978
95 Gurevich, Mikhail
g TUR 2634 19 1959
96 Gustafsson, Jan
g GER 2634 12 1979
97 Seirawan, Yasser
g USA 2634 0 1960
98 Malakhatko, Vadim
g BEL 2633 69 1977
99 Navara, David
g CZE 2633 22 1985
100 Istratescu, Andrei
g ROU 2633 9 1975
Və nəhayət 01.10.2008-ci il tarixi üçün Azərbaycanın 100 ən güclü şahmatçısının reytinq cədvəli ilə tanış olaq:
# Name Title Fed Rating G B-Year
1 Radjabov, Teimour
g AZE 2751 23 1987
2 Mamedyarov, Shakhriyar
g AZE 2731 16 1985
3 Gashimov, Vugar
g AZE 2703 27 1986
4 Guseinov, Gadir
g AZE 2650 20 1986
5 Mamedov, Rauf
g AZE 2631 31 1988
6 Mamedov, Nidjat
g AZE 2594 43 1985
7 Abbasov, Farid
g AZE 2578 38 1979
8 Safarli, Eltaj
g AZE 2568 36 1992
8 Ibrahimov, Rasul
g AZE 2568 30 1981
10 Mirzoev, Azer
g AZE 2567 48 1978
11 Guliyev, Namig
g AZE 2521 44 1974
12 Guliev, Sarhan
g AZE 2490 7 1968
13 Bagirov, Rufat
g AZE 2486 10 1979
14 Maharramzade, Javad
m AZE 2481 0 1976
15 Babaev, Rashad
g AZE 2479 60 1981
16 Guliev, Logman
m AZE 2452 52 1974
16 Tahirov, Farhad
g AZE 2452 9 1987
18 Dovliatov, Sanan
m AZE 2439 0 1980
19 Durarbeyli, Vasif
m AZE 2434 34 1992
19 Allahverdiev, Anar
m AZE 2434 0 1975
21 Sideifzade, Fikret I
m AZE 2414 14 1952
22 Gasimov, Ragim
m AZE 2409 0 1976
23 Rasulov, Vugar
f AZE 2384 10 1991
24 Abasov, Nijat Azad oglu
AZE 2363 26 1995
25 Mamedjarova, Zeinab
wg AZE 2351 18 1983
26 Abdulov, Orkhan
AZE 2350 13 1988
26 Agaragimov, Djakhangir
f AZE 2350 7 1986
28 Bajarani, Ilgar
m AZE 2345 0 1965
29 Aleskerov, Faik
AZE 2344 0 1985
30 Kadimova, Ilaha
wg AZE 2328 2 1975
31 Mammadov, Ayaz
AZE 2314 10 1992
32 Zeynalov, Farid
AZE 2310 0 1986
33 Bayramov, Vugar
AZE 2302 9 1971
34 Velikhanli, Firuza
wg AZE 2301 0 1970
35 Huseynov, Sabir
AZE 2289 0
36 Rzayev, Bahruz
AZE 2285 23 1993
37 Agayev, Nidjat
AZE 2283 10 1990
38 Gassanov, Assif
f AZE 2281 10 1973
39 Hasanov, Shakhriyar
AZE 2273 6 1989
40 Mamedjarova, Turkan
wg AZE 2269 28 1989
41 Davidov, Samir
AZE 2260 0 1986
42 Akhmedov, Fariz
AZE 2254 9 1988
43 Badalov, Samir
AZE 2241 0 1962
44 Hasanov, Ali Nazim oglu
AZE 2237 0 1988
45 Bajarani, Ulvi
f AZE 2232 17 1995
46 Jafarli, Alizamin
AZE 2231 0 1989
47 Umudova, Nargiz
wm AZE 2219 12 1989
47 Idrisov, Tebriz
AZE 2219 0 1989
49 Pavlenko, Oleg
f AZE 2214 0 1942
50 Musaev, Eldar
AZE 2212 0 1985
51 Shukurova, Meihriban
wm AZE 2210 0 1984
52 Husseinov, Shahin
AZE 2207 0 1980
53 Isgandarova, Khayala
AZE 2206 13 1988
54 Gurbanzade, Erkin
AZE 2204 13 1990
55 Asgarov, Mushfig Nizami oglu
AZE 2196 9 1988
56 Orujov, Elshad
AZE 2190 0 1972
57 Asadov, Emin
AZE 2183 0 1987
58 Baladjaev, Gara
AZE 2176 0 1987
59 Abbasov, Vusal
AZE 2174 0 1987
60 Agasiyev, Kamal
AZE 2173 0 1988
60 Mammadova, Gulnar
wf AZE 2173 0 1991
62 Kazimova, Narmin Nizami qizi
AZE 2171 19 1993
63 Djafarov, Mahir
AZE 2166 0 1974
64 Hasanov, Rashad Agaqasim oglu
AZE 2163 0 1990
65 Namazov, Farid Rasim oglu
AZE 2156 0 1991
66 Allahverdiev, Elchin
AZE 2152 0 1964
67 Rahmanov, Shakhiyar
AZE 2145 0 1990
68 Allajov, Ramil
AZE 2143 0 1985
69 Mammadov, Farid Yediyar oglu
AZE 2137 4 1978
70 Djavadov, Ramil
AZE 2134 0 1984
71 Mammadov, Zaur Fazahir Oglu
AZE 2132 12 1994
72 Aliyev, Elnur Fakhraddin oglu
AZE 2128 0 1987
73 Ismailova, Aytaj
AZE 2121 0 1987
74 Aliyev, Rauf
AZE 2116 0 2000
74 Mammadov, Vafa
AZE 2116 0
76 Huseyn, Orkhan Samir oglu
AZE 2115 0 1993
77 Gurbanov, Fuad
AZE 2112 0 1979
78 Talishzada, Orkhan Rovshan oglu
AZE 2104 5 1992
78 Huseynova, Sahar
AZE 2104 0 1989
78 Shirinov, Javid Nariman Oglu
AZE 2104 0 1992
81 Gadjiev, Shahin
AZE 2099 18
82 Agasiyeva, Fidan
AZE 2096 0 1988
83 Khudaverdieva, Afag
AZE 2091 7 1988
84 Djabbarov, Eldar Shikar oglu
AZE 2088 0 1955
85 Guliyev, Murad Natiq oglu
AZE 2086 0 1993
86 Abdullayev, Shami Sabir oglu
AZE 2080 0 1994
87 Ojagverdiyev, Zaur
AZE 2074 0 1972
88 Samedov, ALim
AZE 2072 0 1961
89 Aliakbarov, Anar Samir Oglu
AZE 2069 6 1993
90 Hasanov, Sahib
AZE 2063 20 1965
91 Abasov, Yasar
AZE 2060 3
92 Hasanov, Shakhin
AZE 2051 0 1990
93 Alieva, Elmira
wm AZE 2050 0 1954
94 Ramazanov, Fizuli
AZE 2048 0 2000
95 Abdullayev, Azer
AZE 2043 0 1988
96 Ismayilov, Vugar
AZE 2039 0 1969
97 Abdulla, Khayala Mardan qizi
AZE 2029 0 1993
98 Garakhanbeyli, Ramiz
AZE 2022 0 1958
98 Rahimov, Beyrak
AZE 2022 0 1988
100 Babazade, Javidan
AZE 2018 0 1997














