10-12 dekabr 2008-ci il tarixdə Yunanıstanın Afina şəhərində Avropa Şurası İdmana məsul nazirlərin 11-ci Konfransı keçirilmişdir. Konfransda Avropa Şurasının Baş Katibinin müavini xanım Mod De Bur Bukikkio da iştirak etmişdir. Konfransda iştirak edən Gənclər və İdman Naziri Azad Rəhimov Konfransın sədr müavini seçilmişdir.
Təbdirdə idman etikası, idmanın muxtariyyatı və idman sahəsində pan-Avropa əməkdaşlğı məsələləri müzakirə edilmişdir. Nazir A.Rəhimov müzakirə olunan məsələlərlə bağlı çıxış etmiş və ölkəmizin mövqeyini bildirmişdir. Bu məsələlərə dair Konfransın sonunda qətnamələr qəbul olunmuşdur.
Eyni zamanda 2010-cu ildə Avropa Şurasının İdmana məsul Nazirlərinin növbəti qeri-formal Konfransının Bakıda keçirilməsi ilə əlaqədar cənab Azad Rəhimovun irəli sürdüyü təklif iştirakçılar tərəfindən qəbul olunmuşdur.
![]() |
![]() |
















