Ministry of Youth and Sports
2010-09-08 13:28
2010-09-08 13:04
2010-09-08 13:03
2010-09-06 17:45
2010-09-06 12:43
2010-09-02 11:56
2010-09-02 09:05
2010-09-01 14:21
2010-08-31 09:21
2010-08-30 12:51
2010-08-30 11:36
2010-08-27 12:19
2010-08-26 10:36
2010-08-25 12:42
2010-08-25 12:09
2010-08-24 17:17
2010-08-23 11:59
2010-08-23 11:07
2010-08-23 11:01
2010-08-23 10:59
İdman tədbirləri
2009-10-20 14:34
“Məndə sığar iki cahan, mən bu cahana sığmaram...” adlı İnternet müsabiqə

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi MDB üzv ölkələrindən olan gənc rəssamlar arasında “Məndə sığar iki cahan, mən bu cahana sığmaram...” adlı İnternet müsabiqə elan edir. 

Müsabiqənin məqsəd və vəzifələri

Müsabiqənin əsas məqsəd vizual incəsənətin və internetin imkanlarından istifadə edərək mədəni müxtəliflik dəyərlərinin inkişaf etdirilməsidir.
Müsabiqənin əsas vəzifələri:
• MDB məkanında vizual incəsənət sahəsində gənc istedadların aşkar edilməsi və onların yaradıcılıqlarının inkişaf etdirilməsi;
• müsabiqə və sərgilərin keçirilməsi;
• elm və yaradıcılığın inkişafı üçün internetdən ünsiyyət vasitəsi kimi istifadənin inkişaf etdirlməsi və populyarlaşdırılması;
• internet vasitəsi ilə incəsənət əsərlərinin nümayişi və ideyaların təbliği;
• vizual incəsənət saytlarının inkişafı;

Müsabiqənin mövzusu

Müsabiqənin mövzusunun əsasını Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmaram...” şerinin fəlsəfi dini ideyası təşkil edir. Nəsiminin bu misralarının kifayət qədər konkret, eyni zamanda olduqca dərin mənası var. Zamanın ruhunu və cəmiyyətdə mövcud olan mənəvi-əxlaqi keyfiyyətləri əks etdirən misralar insanı məkan və zaman anlayışlarına çəkib aparır, keçmişə qərq olub, eyni anda gələcəyə baxmada sövq edir. Məhz bu mövzunun köməyi ilə gənc rəssamlar özlərinin həm indiki, real dünyanı, həm də o zamanın hisslər, düşüncələr, baxışlar dünyasını dərk etmək səylərinə cavab tapacaqlar.

Müsabiqə iştirakçılarına aşağıdakı suallar ətrafında düşünmək təklif olunur:
• nə dərəcədə gənc bir insan öz şəxsi fəlsəfə konsepsiyasına malik olmaq və onu müdafiə etmək imkanındadır?
• hansı vasitələrlə reallığın kor-koranə təqlidindən uzaqlaşıb, bu reallığın yeni tərəflərini göstərmək və öz şəxsiyyətinin yeni hüdudlarını üzə çıxartmaq mümkündür?
• bəlkə reallığı deyil, qeyri-reallığı, başqa dünyaları göstərməyinə dəyər, misal üçün, fantazi janrında olduğu kimi?
• həyatın mənasını nə təşkil edir? Ətraf aləm və bu aləmdə şəxsiyyət nədir?

Müsabiqədə kim iştirak edə bilər

Müsabiqənin şərtlərinə əsasən vizual incəsənət sahəsində peşəkar, həvəskar və ya yeni başlayan, müsabiqənin mövzusuna, məqsəd və vəzifələrinə uyğun əsər təqdim edən, MDB üzv-dövlətlərindən olan 18-30 yaşlı şəxslər İnternet-müsabiqədə iştirak edə bilərlər. İştirak üçün namizədlər oktyabr ayının 23-dək www.artcis.az internet səhifəsində qeydiyyatdan keçməli, Təşkilat komitəsinə doldurulmuş anket ilə birgə jpeg formatında (1024 x 768 pxs, max. ölçü 1 Mb) iş təqdim etməlidirlər. Üslub, işlənmə texnikası və əsərlərin ölçüsü müəllif tərəfindən müstəqil olaraq seçilir.

Nominasiyalar və mükafatlar

Müsabiqə aşağıdakı 4 əsas nominasiya üzrə aparılır:

1) rəssamlıq, qrafika, heykəltəraşlıq - 1 qalib, mükafat 1000 manat;
2) fotoşəkil -1 qalib, mükafat 1000 manat;
3) kompyuter qrafikası -1 qalib, mükafat 1000 manat;
4) instalyasiya, performans -1 qalib, mükafat 1000 manat.

Bundan əlavə iştirakçılar üçün xüsusi və həvəsləndirici mükafatlar da təsis edilib:

2 xüsusi mükafat:
«İdeyanın ən yaxşı ifadəsi» -1 qalib, mükafat 750 manat.
«Ən yaxşı texnika» -1 qalib, mükafat 750 manat.

3 həvəsləndirici mükafat – hər mükafat 500 manatdır.

Müsabiqənin qalibləri beynəlxalq münsiflər heyəti tərəfindən on-line rejimdə gizli səs vermə yolu ilə əsərlərin yaradıcılıq ideyasının orijinallığı və mövzuya uyğunluğu, müəllifin bədii ustalıq səviyyəsi meyarlarına əsasən müəyyən ediləcək.
Müsabiqənin qalibləri diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. İşlərini təqdim etmiş bütün müsabiqə iştirakçılarına sertifikat təqdim ediləcək.
Müsabiqənin yekunlarına həsr edilmiş kataloq dərc ediləcək.
Əlavə məlumatı müsabiqənin rəsmi internet saytından www.artcis.az və ya Təşkilat komitəsinə müraciət etməklə əldə edmək mümkündür:

Ünvan: Bakı, Olimpiya küç. 4, Gənclər və İdman Nazirliyinin inzibati binası
Tel.: (994-12) 465-84-15
E-mail: info@artcis.az
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 1360

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva