Dama
01-11 fevral 2010-cu il tarixlərdə Bakı şəhəri Respublika Şahmat mərkəzində dama idman növü üzrə gənclər kadetlər, kiçik kadetlər və ümüdlər arasında “64” xanalı dama üzrə Azərbaycan birinciliyi keçiriləcəkdir.
Stolüstü tennis
07-15 fevral 2010-cu il tarixlərdə Bakı şəhəri tibb universitetinin idman kompleksində stolüstü tennis üzrə kişi və qadınlar arasında Azərbaycan cempionatı keçiriləcəkdir. Yarışda 100-ə yaxın idmançının iştirakı gözlənilir.
Badminton
03-06 fevral 2010-cu il tarixlərdə İran İslam Respublikasında badminton idman növü üzrə ənənəvi “Fəcr” turniri keçiriləcəkdir. Turnirdə milli komandamız 4 idmancı və 2 məşqçi tərkibdə iştirak edəcək.
1. Orxan Qələndarov idmançı
2. Kənan Rzayev idmançı
3. Pərvin Əlizadə idmançı
4. Aygün Bayramov idmançı
5. Cavanşir Əlizadə məşqçi
6. Ceyhun Məmmədəliyev baş məşqçi
Bilyard
06-11 fevral 2010-cu il tarixlərdə “Piramida” Bilyard İdman Kulubunun binasında bilyard idman növü üzrə Azərbaycan cempionatı keçiriləcək.
Atletika
06-07 fevral 2010-cu il tarixlərdə Bakı şəhərində Respublika Olimpiya Mərkəzində atletika idman növü üzrə A.Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə memorial keçiriləcəkdir. Memorialda Gürcüstan Respublikasının və Rusiya Federasiyasının Yakutiya komandalarının iştirakı gözlənilir.
Açıq suda üzgüçülük
02-07 fevral 2010-cu il tarixlərdə Argentinanın Vledeme şəhərində açıq suda üzgüçülük üzrə dünya kubokunun mərhələ yarisı keçiriləcəkdir. Yarışda respublikamızı milli yıgma komandamızın üzvləri Fesenko Sergey, Anastasiya Jitkova və İnqa Kocur təmsil edəcəklər.
Bədii gimnastika
05-07 fevral 2010-cu il tarixlərdə Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 8-10 yaşlı uşaqlar arasında açıq Bakı birinciliyi keçiriləcəkdir. Yarışda Bolqarıstan, Ukrayna və Gürcüstan komandalarının iştirakı da gözlənilir.
Milli karate
03-08 fevral 2010-cu il tarixlərdə Türkiyənin İzmir şəhərində miııi karate üzrə Avropa çempionatı keçiriləcəkdir. Yarışda yeniyetmələr və gənclərdən ibarət yığma komandamız iştirak edəcək :
1. Mikayılov Tural - idmançı
2. Novruzov Ramazan - idmançı
3. Abdullayev Pənah - idmançı
4. Kamallı Tural - idmançı
5. İldırımzadə Fəyyaz - idmançı
6. Mirzəyev Ağabəy - idmançı
7. Bağırova Tansul - idmançı
8. Fərzəliyev Firdovsi - idmançı
9. Rəcəbbəyli Nağı - idmançı
10. Ağalarzadə Tural - idmançı
11. Quliyev Səid - idmançı
12. Məmədov Samir - idmançı
13. Fərəcli Surə - idmançı
14. Qasımova İlahə - idmançı
15. Həsənov Rafiz - idmançı
16. Mamayev Ayxan - idmançı
17. Hətəmov Rəhman - baş məşqçi (kumite)
18. Eyvazov Vahid - baş məşqçi (kata)
19. Məmmədov Yusif - hakim
20. Bəşirov Yaşar - rəhbər
Velosiped idmanı
02-13 fevral 2010-cu il tarixlərdə İran İslam Respublikasında velosiped idman növü üzrə “Kerman Tur” beynəlxalq yürüş keçiriləcəkdir. Yyürüşdə milli komandamızın üzvlərindən Surtikoviç Serqey, Əsədov Elçin, İsmayılov Akşin və Ələkbərov Məhəmməd iştirak edəcəklər.
Cüdo
Сüdo idman növü üzrə Azərbaycan milli komandamız 04-12 fevral 2010-cu il tarixlərdə Fransanın Paris şəhərində keçiriləcək Qran-Pri yarışında və beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.
1. Əhmədov Sərxan Rauf oğlu-66 kq-İU-1990-Zaqatala şəhəri
2. Kərimov Tərlan Eldəniz oğlu-66 kq-İU-1986-DİN İC Sumqayıt
3. Məmmədli Elnur Çingiz oğlu-81 kq–İU-1988-Neftçi İSM
4. Rəcəbli Elxan Əhməddin oğlu-81 kq-İU-1980-Neftçi İSM
5. Qurbanov Ramin Mahmud oğlu-81 kq-İU-1990-Attila İK
6. Məmmədov Elxan Əbülfəz oğlu-90 kq-İU-1982- Neftçi İSM
7. Qasımov Elmar İlqar oğlu -100 kq-İU-1990-Attila İK
8. Yusubova Ramilə Şahvələd qızı-63 kq-İU-1987-Attila İK
9. Axundzadə Ağayar Əbdüləzim oğlu – Baş məşqçi
10. Hacıəhmədov Hacıağa Səməd oğlu – Məşqçi
11. Şahbanov İbadulla Şəmsuddinoviç – Məşqci
12. İsgəndərov Kamil Vəliyullah oğlu – Həkim
Uşu
12-15 fevral 2010-cu il tarixlərdə İsveçin Kalmar şəhərinə uşu idman növü üzrə beynəlxalq turnir keçiriləcəkdir. Turnirdə milli yığma komandamızın üzvləri Quliyev Mürsəl və Mənəfzadə Orxan iştirak edəcəklər.














