2010-08-26 11:38
Avropa Şurası Gənclər və İdman Direktorluğu, Asiya-Avropa Fondu və Beynəlxalq Düşərgələrin təşkili üzrə Koreya Təşkilatı 9-15 noyabr 2010-cu il tarixlərdə Seul şəhərində Sosial Mühitdə İnsan Hüquqları üzrə Asiya-Avropa ölkələrinin gəncləri üçün təlim kursu təşkil edir.
Plenar iclaslar, işçi qrupları, debat və təlim sessiyalarından ibarət olacaq təlim kursunda Asiya və Avropa ölkələrindən olan 30 gənc iştirak edəcəkdir. Müzakirə ediləcək əsas mövzular sosial mühit və İnsan hüquqları arasında əlaqə və mövcud durum, qeyri-formal təhsilin sosial mühitə və insan hüquqlarına verdiyi töhfələr, bu sahədə gənclər işi və gənclər təşkilatları tərəfindən həyata keçirilmiş konkret fəaliyyətlər, ictimai və özəl sektorun rolu və sosial mühit hüquqları üzrə lazımi tədbirlərdir.
İştirak etmək üçün kriteriyalar:
- Yaşı 18-30 arasında olan gənclər;
- Gənclər təşkilatlarının fəal üzvləri;
- Təlim kursu tam başa çatanadək (Oktyabrdan dekabradək kimi təlim kursu üzrə on-layn iş daxil olmaq şərtilə) iştirak etmək.
Yaşayış və yemək xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir. Yol xərcləri Asiya
Avropa Fondu və Avropa Şurası tərəfindən qarşılanacaqdır. Avropadan olan gənclər üçün maksimum 750 avro, Asiyadan olan gənclər üçün 500 avro nəzərdə tutulmuşdur.
Təlimdə iştirak etmək üçün http://youthapplications.coe.int elektron ünvanında
təqdim edilmiş ərizə formasını doldurmaq lazımdır. Bundan əlavə tərcümeyi hal, şəkil və gəncin tədbirdə iştirakına razılığı təsdiqləyən tövsiyə məktubunun da elektron variantı əlavə edilməlidir.
Ərizə formasının son göndərilmə tarixi: 9 sentyabr 2010 – cu il














