Azərbaycan tələbə kartı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının 6.7.1. bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulmuşdur.

Bununla əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Azərbaycan Tələbə Kartı”nın Avropa Gənclər kartı ilə birgə buraxılması və kartların tələbələrə dövlət hesabına təmənnasız verilməsi təşəbbüsü irəli sürülmüşdür.  Təşəbbüs Gənclər və İdman və Təhsil Nazirlikləri tərəfindən dəstəklənmişdir.

Azərbaycan gənc kart vasitəsilə gənclərin mobilliyi haqqında razılaşmaya 2012-ci ilin mart ayında qoşulmuşdur və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Avropa Gənclər Kartını Azərbaycanda “Xəzər” İnvestisiya Mərkəzi liə birgə təmsil edir. Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq ictimai iaşə obyektlərindən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını yaradacaqdır.

19.05.2012-ci il tarixdə “Hilton Baku” otelində Azərbaycan Tələbə Kartı ilk 150 istifadəçiyə təqdim olunmuşdur.

01.03.2013-cü il tarixdə isə Bakı Ali Neft Məktəbində Gənclər və İdman Naziri cənab Azad Rəhimovla keçirilən görüşdə 110 tələbəyə Azərbaycan Tələbə Kartı tərəfindən təqdim edilmişdir.Hal-hazırda 90 mindən artıq tələbəyə təqdim edilmişdir. Cari ilin iyun ayınadək bu prosesi yekunlaşdırmaq nəzərdə tutulur. Qeyd edilməlidir ki, dünyada ilk dəfə olaraq tələbə kartları Azərbaycanda dövlət hesabına təmənnasız olaraq təhsil müddəti bitənədək tələbələrin istifadəsinə veriləcəkdir.  Ümumilikdə 200 minə yaxın tələbəyə tələbə kartının verilməsi nəzərdə tutulur. 


printerçap versiyası


E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1217

Partnyorlar