E-müraciət

Nazirliyin elektron müraciət xidməti

Ad səhvdir!
E-mail səhvdir!
Telefon səhvdir!
Ünvan səhvdir!
Zəhmət olmasa müraciətinizi bura yazın!

Elşən 2017 avgust 17

Salam mən Sadıqbəyli Elşən İlham oğlu Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Hansı struktura gedirəm məni işlə təmin etmirlər. Deyirlər oxuduğun sahə üzrə müraciət et. Xahiş edirəm məni işlə təmin edəsiniz.

Salam
Sizin işlə təmin olunmaq barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ünvanladığınız məktuba, Regionlarla iş və kadrlar şöbəsində baxılmışdır.
Nəzərinizə çatdırırıq ki, Nazirliyin strukturuna  daxil olan qurumlarda inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlara uygun olan vakant vəzifələrin tutulması üçün “Dövlət Qulluğu Haqqında” Azərbaycan Respublikasıının Qanuna əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən növbəti müsabiqə elan edilmişdir.
Hal-hazırda bu kimi elanlar, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında (www.dqmk.gov.az və www.csc.gov.az) və digər kütləvi informasiya vasitələrində vaxtaşırı verilir. Elanda vakant vəzifənin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər, o cümlədən dövlət qullluğunda işləmək üçün lazım olan şərtlət göstərilir. Yalnız müsabiqədə qalib gələn namizədlərin dövlət qulluğuna işə qəbul edilməsi mümkündür.
Xahiş edirik nəzərə alasınız.

Kamran 2017 iyul 26

Demo Demo Demo TEST

Demo Cavab Cavab

Elşən 2017 iyul 07

Salam mən İsmayılov Elşən Eldar oğlu, Azərbaycan Dövlət İqtisad Universtetində “Beynəxalq İqtisad Məktəbində” 1081 (min səksən bir) ci qrupda ingiliscə təhsil alıram. Hal hazırda II kursu kəsirsiz bitirdim. Universtetimiz bir çox ölkələrlə əlaqələri və tələbə mübadilə proqramları var, və bu il bizə təklif olundu III kursu Fransada Montpellier Universtetində təhsil almaq (davam etmək) və IV kursu qayıdıb burda təhsil davam edib bitirmək. Nəticədə iki diplom əldə etmək olar. Çox böyük şansdir bizim üçün və mən sənədlərimi təqdim elədim. Artıq dəvət məktubu gelib mənə yəni qəbul olmuşam. Bunu sizə yazmaqda məqsədim maliyyə köməkliyi istəməyimdir. Bu proqrama qoşularkən heç bir xərc qarşılanmır.Yəni yaşayiş yeri ve ayliq xərc, ordaki tehsil haqqı ( Montpellier) , hətta İqtisad Universtetinin təhsil haqqı tələb olunur. Ailəm bu xərclərin bir hissəsini qarşılıya bilir. Bu səbəbə görə sizdən mallliyə yardımı rica edirəm. Montpellier Universtetinin təhsil haqqı 2.500 (iki min beş yüz) euro. İqtisad Universtetiin təhsil haqqı 2.500 (iki min beş yüz) manat. Sentyabra qədər ödəniş etməliyəm. Siz tərəfindən müəyyən maliyyə köməkliyi ilə bu proqramı müvəffəqiyətlə başa vura bilərəm. Ümid edirəm məni nəzərə alarsız. Hörmətlə Elşən İsmayılov

Salam.
Sizin təhsil haqqınızın ödənilməsi ilə bağlı Gənclər və İdman Nazirliyinə ünvanladığınız müraciətə cavab olaraq bildiririk ki, təhsil haqlarının ödənilməsinə maliyyə dəstəyinin göstərilməsi Gənclər və İdman Nazirliyinin səlahiyyətləri xaricindədir. 
Məhz bu səbəbdən də Sizə hər hansi maliyyə köməkliyi göstərilməsi qeyri-mümkündür.