Gənclər evləri və mərkəzləri

2002-ci ildə qəbul olunmuş “Gənclər siyasəti haqqında” AR Qanununun 2007-ci ildə əlavə olunmuş 5.5.-ci bəndinə uyğun olaraq “Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılmışdır”.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq Binəqədi, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında “Gənclər evi”nin tikintisi nəzərdə tutulmuşdur. Proqrama əsasən Xəzər, Sabunçu və Suraxanı rayonlarında Gənclər Evləri artıq gənclərin istifadəsinə verilmişdir. Binəqədi və Qaradağ rayonlarında Gənclər Evlərinin tikintisi davam edir və 2014-cü ilin sonunadək gənclərin istifadəsinə verilməsi planlaşdırılmışdır.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər planının 6.1.5.-ci yarımbəndinə uyğun olaraq “Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda “Gənclər evi”nin yaradılması” nəzərdə tutulub.

Hal-hazırda “Gənclər evləri”nin sayı 30-a çatıb. 2014-cü ilin sonuna qədər daha 3 “Gənclər evi”nin istifadəyə verilməsi planlaşdırılır.

“Gənclər evləri”nin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir.

“Gənclər evləri”nin fəaliyyət istiqamətləri:

1) qeyri-formal təhsil;

2) sağlam həyat tərzi;

3) gənclərin iştirakı;

4) psixososial dəstək;

5) peşə seçimi;

6) informasiya-məsləhət;

7) asudə vaxtın təşkili;

8) könüllülük hərəkatı;

9) digərləri.


Xəzər Gənclər evi Siyəzən Gənclər evi Şəmkir Gənclər evi
Quba Gənclər evi Qobustan Gənclər evi Qazax Gənclər evi
Naxçıvan Gənclər evi Mingəçevir Gənclər evi Fizuli Gənclər evi
Göygöl Gənclər evi Beyləqan Gənclər evi Ağcabədi Gənclər evi
Sabunçu Gənclər evi Suraxanı Gənclər evi Zərdab Gənclər Mərkəzi
Yevlax Gənclər Evi Tərtər Gənclər Evi Sabirabad Gənclər Mərkəzi
Saatlı Gənclər Evi Masallı Gənclər Evi

printerçap versiyası

← əvvəlki    1  2    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1214

Partnyorlar