Ministry of Youth and Sports
Gənclər tədbirləri
2010-01-06 12:43
2009-cu ildə Gənclər və idman Nazirliyi tərəfindən maliyyələşmiş layihələrin siyahısı “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin (Gənclər təşkilatlarına dövlət yardımı), Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.10 bəndinin (Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı üçün şəraitin yaradılması. Uşaq və gənclər təşkilatlarına dövlət yardımı), Gənclər və İdman Nazirliyinin kollegiyasının «Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında» qərarının icralarının təmin olunması məqsədilə 2009-cu ildə dövlət gənclər siyasətinin aşağıdakı istiqamətləri üzrə 65 gənclər təşkilatının 95 layihəsinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1.341.957,32 manat məbləğində maliyyə vəsaiti xərclənmişdir.
2009-11-26 17:41
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasına 2 dekabr start veriləcək 2-11 dekabr 2009-cu il tarixdə Azərbaycanda Beynəlxalq Elm Olimpiadası keçiriləcəkdir. Olimpiada 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçiriləcək. 49 ölkədən olan 600-dən artıq tələbə və onların müəllimləri dekabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan Yeniyetmələrin Vİ Beynəlxalq Elm Olimpiadasında iştirak etmək üçün artıq müraciət edib.
2009-10-12 12:05
Səttar Bəhlulzadənin 100 illik yubileyini gənc rəssamlar qeyd edəcək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc rəssamlar arasında Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş müsabiqə elan edir.
2009-10-10 14:33
Fəaliyyətdə aktiv olan gənclər gənclər təşkilatlarının fəaliyyətindən nə qədər razıdırlar Bu və gəncləri maraqlandıran digər mövzular Bakı və Gəncə şəhərlərində 19-25 oktyabr tarixlərində Avropa Şurasının dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Salto Youth Resurs Mərkəzi” nin təşkilatçılığı ilə “Azərbaycanda Gənclər işinin reallığı ” mövzusunda keçiriləcək beynəlxalq tədbirdə müzakirə olunacaq.
2009-10-05 12:40
Gənclər işinin reallığı Avropa Şurasının dəstəyi, Gənclər və İdman Nazirliyi və “Salto Youth Resurs Mərkəzi”nin birgə layihəsi
2009-09-02 12:05
Gənclər işinin reallığı Avropa Şurasının dəstəyi, Gənclər və İdman Nazirliyi və “Salto Youth Resurs Mərkəzi”nin birgə layihəsi
2009-08-07 17:01
Gənclər işinin reallığı 19-25 oktyabr 2009-cu il tarixlərdə Bakı və Gəncə şəhərlərində Avropa şurasının dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Salto Youth Resurs mərkəzi” nin təşkilatçılığı ilə “Gənclər işinin reallığı ” mövzusunda beynəlxalq tədbir keçiriləcək.
2009-08-04 16:47
Milli mətbuatımızın 134-cü ili Gənclər və İdman Nazirliyi Milli Mətbuatımızın 134-cü ilini mətbuat nümayəndələri ilə birgə qeyd etdi.
2009-06-12 17:14
Gənclər və İdman Nazirliyi Gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir Müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.10 bəndini, Gənclər və İdman Nazirliyinin kollegiyasının «Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında» qərarını və «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsini rəhbər tutaraq gerçəkləşdirilir.
2009-05-18 18:06
Tələbə baharı Gənclər və İdman Nazirliyinin 2009-cu ilin l yarımilliyi üçün təsdiq edilmiş perspektiv iş planınına əsasən Tələbə və tələbə təşkilatları ilə iş sektoru tərəfindən "Tələbə baharı" tələbələrin lll ümumrespublika yaradıcılıq festivalının keçirilməsi planlaşdırılır. Festivalın keçirilməsində məqsəd, tələbə gənclərin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
2009-05-08 14:14
ELAN AZƏRBAYCANIN ALİ MƏKTƏB MƏZUNLARININ N Ə Z Ə R İ N Ə!
2009-03-31 14:54
Beynəlxalq Elm Olimpiadası Bakıda 2009-cu ilin dekabr ayında Bakıda keçiriləcək Beynəlxalq Elm Olimpiadasının loqosu artıq hazırdır. Bütün türk dünyası, şərqi-asiya ölkələrinə çox yaxşı tanış olan və özündə alovun dilini, gülü, həyatın başlanğıcını, yüksəlişə olan qüvvə, dəyişikliyi cəm edən “Buta” simvolu loqonun əsasını təşkil edir. Loqodakı 6 rəqəmi olimpiadanın neçənci dəfə keçirilməsini, 9 rəqəmi isə keçirilmə ilini göstərir.
2009-03-05 16:33
“Novruz etüdləri” adlı rəsm müsabiqəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Novruz etüdləri” adlı rəsm müsabiqəsinin keçirilməsinə start verilib. Müsabiqənin keçirilməsində məqsəd, tələbələri milli adət-ənənələrlə yaxından tanış etmək, yaradıcı və istedadlı gəncləri aşkar etmək, onlara dövlət qayğısını artırmaqdır.
2009-02-20 17:03
“Qadın, gözəllik və incəsənət” fotomüsabiqəsinə start verilir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Fotoqraflar Birliyinin təşkilati dəstəyi ilə fevral ayının 10-dan gənclər arasında 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Qadın, gözəllik və incəsənət” adlı fotomüsabiqəyə start verilir.
2009-01-19 11:28
“Azərbaycan və Almaniya arasındakı akademik mübadilə: hazırki vəziyyət və prespektivləri” mövzusunda konfrans keçirildi 16 yanvar tarixində Almaniyanın Konrad Adenauer Fondunun Akademiyasında Azərbaycan və Almaniyanın təhsil və gənclər sahəsində əlaqələrin genişləndirilməsi məqsədi ilə böyük konfrans keçirilmişdir. Gənclər və İdman Naziri Azad Rəhimov, Təhsil Naziri Misir Mərdanov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və digər Azərbaycanlı rəsmilərin qatıldığı tədbirin əsas məqsədi Almaniya və Azərbaycan arasında təhsil və gənclər sahəsində əlaqələri möhkəmləndirmək, yeni layihələrə imza atmaqdır.
← Əvvəlki    1  2    Növbəti →
AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 770

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva