Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Fotoqraflar Birliyinin təşkilati dəstəyi ilə fevral ayının 10-dan gənclər arasında 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Qadın, gözəllik və incəsənət” adlı fotomüsabiqəyə start verilir. Müsabiqənin keçirilməsində əsas məqsəd 8 mart Beynəlxalq qadınlar gününün yaradıcı gənclər arasında qeyd olunması, gənclər arasında “qadın”, “gözəllik” və “incəsənət” kimi anlayışların qarşılıqlı-əlaqəli şəkildə təbliğinin genişləndirilməsi, onların qadına münasibətdə hörmət ruhunda tərbiyəsinin yüksəldilməsi, həmçinin gənclər arasında foto sənətinə marağın artırılması, incəsənətin bu sahəsində yeni istedadların aşkar edilməsi, gənc fotoqrafların yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, onların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasından ibarətdir.
Müsabiqədə iştirak etmək üçün əsas şərtlər:
1.Müsabiqədə yaşı 14-29 olan gənclər iştirak edə bilərlər.
2.Müsabiqədə iştirak etmək istəyən gənclər aşağıdakı sənədləri fevralın ayının 10-dan 25-ə kimi Təşkilat komitəsinə təqdim etməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti
- 20 x 30 sm ölçüdə olan “Qadın, gözəllik və incəsənət” mövzusunda rəngli və ya ağ-qara fotoşəkillər (hər iştirakçı üçün sayı 5-dən artıq olmamaq şərti ilə)
Müsabiqə qaliblərinin müəyyənləşdirilməsi üçün əlaqədar dövlət orqanlarının, qeyri-hökümət təşkilatlarının, yaradıcılıq ittifaqlarının nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət, tərkibi Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş Münsiflər heyəti yaradılmışdır.
Qaliblərin müəyyənləşdirilməsi Münsiflər heyəti tərəfindən fotonun keyfiyyəti, yaradıcılıq ideyasının orijinallığı və bədii ifası, mövzuya uyğunluğu meyarlarına əsasən bal sistemi ilə həyata keçiriləcəkdir.
Müsabiqə qalibləri Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş mükafatlar, qiymətli hədiyyə və Fəxri Fərmanlar ilə təltif ediləcəklər. Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması mart ayının 9-da keçiriləcək yekun sərgidə elan ediləcəkdir.
Müsabiqədə iştirak edən fotoşəkillər sərgiyə həsr olunmuş kataloqda nəşr ediləcəkdir.
Əlavə məlumat üçün:
Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektoruna və ya Fotoqraflar Birliyinə müraciət edə bilərsiniz.
Gənclər və İdman Nazirliyi:
Bakı ş., Olimpiya küç., 4
Əlaqə tel.: (012) 465-84-19
(050) 523-84-20
e-mail: z_ulviya@mail.ru
zulviyya@mys.gov.az
Əlaqələndirici şəxs: Ülviyyə Zeynalova
Fotoqraflar Birliyi:
Bakı ş., Şəmsi Bədəlbəyli küç.,11
Əlaqə tel.: (012) 497-34-68
(050) 355-22-35
e-mail: shahus@hotmail.com
Əlaqələndirici şəxs: Şahin Hüseynov














