Ministry of Youth and Sports
2012-01-17 12:16
2012-01-17 10:51
2012-01-16 15:47
2012-01-16 12:04
2012-01-12 10:55
2012-01-12 10:53
2012-01-09 17:42
2012-01-05 14:07
2012-01-05 10:39
2011-12-29 15:00
2011-12-28 17:32
2011-12-28 11:51
2011-12-27 17:30
2011-12-27 16:35
2011-12-24 14:34
2011-12-24 13:59
2011-12-23 12:28
2011-12-19 13:46
2011-12-17 15:17
2011-12-16 21:05
Gənclər tədbirləri
2009-03-05 16:33
“Novruz etüdləri” adlı rəsm müsabiqəsi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Novruz etüdləri” adlı rəsm müsabiqəsinin keçirilməsinə start verilib. Müsabiqənin keçirilməsində məqsəd, tələbələri milli adət-ənənələrlə yaxından tanış etmək, yaradıcı və istedadlı gəncləri aşkar etmək, onlara dövlət qayğısını artırmaqdır. 

Müsabiqədə iştirak etmək üçün əsas şərtlər:

1. Müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edə bilər.

2. Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri mart ayının 13-dək Gənclər və İdman Nazirliyinə və ya Tələbə-Gənclər Təşkilatına təqdim etməlidirlər:

- İştirakçı vərəqi
- Tələbə biletinin surəti
- Şəxsiyyət vəsiqəsinin surəti

3. Rəsmlər qrafika və rəngkarlıq janrında - (karandaş, tuş, kömür, sulu və yağlı boya, həmçinin qarışıq texnika ilə işlənə bilər). Rəsmlər yalnız A3 (40 x 30 sm) və ya A4 (20 x 30 sm) ölcülərdə qəbul olunur.Yağlı boya ilə işlənmiş tablolar orta ölcüdən (60 x 80 sm) yuxarı olmamalıdır. Hər iştirakçı yalnız 3 iş təqdim edə bilər.

4. Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması mart ayının 17-də saat 15.00-da “Abşeron” rəsm qalereyasında keçiriləcək yekun sərgidə elan ediləcəkdir.

Əlavə məlumat üçün:
Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektoruna və yaxud təhsil müəssisəsinin Tələbə-Gənclər Təşkilatına müraciət edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Olimpiya küç, 4
Əlaqə tel: (012) 465-64-43
(050) 222-34-74

E-mail: tgt01@ mail.ru


 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 496

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva