2009-cu ilin dekabr ayında Bakıda keçiriləcək Beynəlxalq Elm Olimpiadasının loqosu artıq hazırdır.
Bütün türk dünyası, şərqi-asiya ölkələrinə çox yaxşı tanış olan və özündə alovun dilini, gülü, həyatın başlanğıcını, yüksəlişə olan qüvvə, dəyişikliyi cəm edən “Buta” simvolu loqonun əsasını təşkil edir.
Loqodakı 6 rəqəmi olimpiadanın neçənci dəfə keçirilməsini, 9 rəqəmi isə keçirilmə ilini göstərir.
Olimpiada Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Çağ Öyrətim İşlətmələrinin birgə səyi ilə həyata keçiriləcək.
Dünyanın 4 ölkəsində - İndoneziya, Brazilya Koreya, Tayvanda 5 dəfə (İndoneziyada 2 dəfə olub) keçirilən olimpiadan sonra Azərbaycan 6-cı ölkə olaraq bu mötəbər tədbirə ev sahibliyi edəcək.
Qeyd edək ki, olimpiadaya dünyanın 50 ölkəsindən çox 15 yaşlı yeniyetmə qatılacaq.
Sualların ingilis dilində olacağı olimpiadada yeniyetmələr eyni vaxtda 3-fizika, kimya və biologiya fənləri üzrə qalibiyyət uğrunda mübarizə aparacaqlar.














